26/06/2017 00:54
728 x 90

Ba­kı­da Nax­çı­van­dan xə­bə­ri ol­ma­yan "Nax­çı­van kol­ba­sa­la­rı"...

Ey­yub Hü­sey­nov: "Məh­sul sa­tı­şın­da coğ­ra­fi ad­dan is­ti­fa­də et­mək ha­zır­da ge­niş ya­yı­lıb"

img

"Şə­hə­rin is­tə­ni­lən dü­ka­nın­da "Nax­çı­van" adı ilə mar­ka­la­nan müx­tə­lif növ məh­su­la rast gəl­mək olar"

 

Xə­bər ve­ril­di­yi ki­mi, "Nax­çı­van" adın­dan qa­nun­suz is­ti­fa­də et­mək­lə is­teh­sal olun­muş kontra­fakt məh­sul­lar aş­kar­la­nıb.

Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Stan­dartlaş­dır­ma, Met­ro­lo­gi­ya və Pa­tent üz­rə Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən me­di­a­ya ve­ri­lən mə­lu­ma­ta gö­rə, da­xi­li ba­zar­da apa­rı­lan mü­şa­hi­də­lər üz­rə mü­əy­yən olu­nub  ki, Ab­şe­ron ra­yo­nu, Xır­da­lan şə­hə­ri, İl­ham Cə­fə­rov kü­çə­si 45 ün­va­nın­da fə­a­liy­yət gös­tə­rən fi­zi­ki şəxs S.G.Na­ba­tov və Hey­dər Əli­yev pros­pek­ti 184 a ün­va­nın­da fə­a­liy­yət gös­tə­rən fi­zi­ki şəxs N.S.Əs­gə­rov tə­rə­fin­dən is­teh­sal olun­muş 3 çe­şid­də kol­ba­sa məh­sul­la­rı mü­va­fiq qa­nun­ve­ri­ci­li­yin tə­ləb­lə­ri nə­zə­rə alın­ma­dan, qa­nun­suz ola­raq Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı ilə əla­qə­si ol­ma­dan "Nax­çı­van" adı ilə mar­ka­la­nıb.

Döv­lət Ko­mi­tə­si is­teh­lak­çı­la­rın və sa­hib­kar­la­rın nə­zə­ri­nə çat­dı­rır ki, "Əm­təə ni­şan­la­rı və coğ­ra­fi gös­tə­ri­ci­lər haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu­na əsa­sən coğ­ra­fi gös­tə­ri­ci­dən is­ti­fa­də hə­min əra­zi­də xid­mət gös­tə­rən sa­hib­kar­lar üçün nə­zər­də tu­tu­lur. Ey­ni za­man­da əm­təə ni­şan­la­rı, coğ­ra­fi gös­tə­ri­ci­lər və ya on­lar­la qa­rış­dı­rı­la­caq də­rə­cə­də ox­şar olan ni­şan­lar­la qey­ri-qa­nu­ni təc­hiz olu­nan mal­lar kontra­fakt məh­sul­lar he­sab edi­lir. Be­lə məh­sul­la­ra rast gəl­dik­də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Stan­dartlaş­dır­ma, Met­ro­lo­gi­ya və Pa­tent üz­rə Döv­lət Ko­mi­tə­si­nə və Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı İq­ti­sa­diy­yat Na­zir­li­yi­nə ope­ra­tiv mə­lu­mat ve­ril­mə­si xa­hiş olu­nur.

Qeyd edək ki, bu gü­nə ki­mi ba­zar­da "Nax­çı­van" adı al­tın­da is­teh­sal olu­nan bir ne­çə məh­sul aş­kar olu­nub. On­lar­dan "Nax­çı­van la­va­şı", "Nax­çı­van pen­di­ri", "Nax­çı­van kol­ba­sa­sı" və di­gər­lə­ri­ni qeyd et­mək olar.

Azad İs­teh­sal­çı­lar Bir­li­yi­nin rəh­bə­ri Ey­yub Hü­sey­nov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, məh­sul sa­tı­şın­da coğ­ra­fi ad­dan is­ti­fa­də et­mək ha­zır­da ge­niş ya­yı­lıb: "Bu gün bə­zi is­teh­sal­çı­lar han­sı­sa böl­gə­nin məh­su­lu­na bö­yük tə­lə­bin ol­du­ğu­nu bil­di­yi üçün məh­su­lun üzə­ri­nə hə­min böl­gə­nin adı­nı vu­rur. Mə­sə­lən, bu gün­lər­də aş­kar olu­nan "Nax­çı­van kol­bo­sa­sı". Hə­min məh­su­lun Nax­çı­va­na aid ol­ma­sı sü­büt olun­ma­lı­dır. Bu­nun üçün adı­çə­ki­lən kol­bo­sa­nın üzə­rin­də Nax­çı­va­nın han­sı­sa qu­rum­la­rı­nın mö­hu­ru ol­ma­lı­dır.

Mən si­zə de­yim ki, uzun müd­dət­dir bir sı­ra şir­kət­lər tə­rə­fin­dən "İva­nov­ka" məh­su­lu sa­tı­şa çı­xa­rı­lır. İva­nov­ka kən­di­nin Ba­kı­da cə­mi 2 dü­ka­nı var. An­caq 14 dü­kan "İva­nov­ka" adı ilə fə­a­liy­yət gös­tə­rir. Hə­min dü­kan­la­rın İva­nov­ka ilə heç bir əla­qə­si yox­dur. Sa­də­cə, bu ad­dan is­ti­fa­də edir­lər. Ana­lo­ji hal Nax­çı­van məh­sul­la­rın­da da ya­şa­nır. Bu sa­hə­də ai­diy­yə­ti qu­rum­lar mü­ba­ri­zə apar­ma­lı­dır".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, şə­hə­rin is­tə­ni­lən dü­ka­nın­da  "Nax­çı­van" adı ilə mar­ka­la­nan müx­tə­lif növ məh­su­la rast gəl­mək olar: "Mə­sə­lən, Nax­çı­van pen­di­ri, la­va­şı və kol­ba­sa­sı. İs­teh­sal­çı hə­min məh­su­lu alar­kən onun Nax­çı­va­na aid ol­ma­sı­nı gös­tə­rən sə­nəd­lə ta­nış ol­ma­lı­dır. Sa­tı­cı məh­su­lun Nax­çı­van is­teh­sa­lı ol­du­ğu­nu təs­diq­lə­yən sə­nəd təq­dim et­mə­sə, de­mə­li o sax­ta­dır".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər