24/06/2017 12:38
728 x 90

Otel­lər Nov­ruz qiy­mət­lə­ri­ni in­di­dən xey­li qal­dır­dı­lar

"Bay­ram ərə­fə­sin­də qiy­mət qalxma­sı tə­bi­i­dir"

img

Ba­ha­dur Bi­la­lov: "Ho­tel­lə­rin qiy­mə­ti­nin in­zi­ba­ti qay­da­da aşa­ğı sa­lın­ma­sı müm­kün de­yil"

 

Nov­ruz bay­ra­mı­na sa­yı­lı gün­lər qal­sa da, ar­tıq otel­lə­rin qiy­mə­ti qal­xıb. Bay­ram tə­ti­lin­də pay­taxt və böl­gə­lər­də is­ti­ra­hət et­mək is­tə­yən­lər otel­lər­də yer bron et­mək is­tə­sə­lər, qiy­mət fər­qi on­la­rı tə­əc­cüb­lən­di­rə­cək. Çün­ki Azər­bay­can­da ho­tel­lər Nov­ruz bay­ra­mı gün­lə­ri üçün xid­mət­lə­rin qiy­mət­lə­ri­ni ma­ya də­yə­rin­dən 4-5 də­fə çox qal­dı­rıb.

Azər­bay­can Tu­rizm As­so­si­a­si­ya­sı (Az­TA) səd­ri­nin mü­şa­vi­ri Mü­zəf­fər Ağa­kə­ri­mov me­dia nü­ma­yən­də­lə­ri­nə açıq­la­ma­sın­da de­yib ki, Nov­ruz bay­ra­mı gün­lə­ri üçün ho­tel­lər­də­ki qiy­mət ar­tı­mı həm Ba­kı­da, həm də re­gi­on­lar­da mü­şa­hi­də edi­lir: "Ba­kı­da­kı ho­tel­lər qiy­mət­lə­ri da­ha çox xa­ri­ci tu­ristlər üçün ar­tı­rıb­lar. Re­gi­on­lar­da­kı ho­tel­lər isə, ümu­miy­yət­lə, ha­mı üçün qiy­mət­lə­ri­ni ar­tı­rıb. Bay­ram­dan əv­vəl 40-50 ma­nat olan qiy­mət­lər bay­ram gün­lə­ri üçün 70-80 ma­na­ta qal­dı­rı­lıb. Bu qiy­mə­tə ho­tel­də 1 ge­cə qal­maq və sə­hər ye­mə­yi da­xil­dir".

Qiy­mət­lə­rin qal­dı­rıl­ma­sı­nı düz­gün say­ma­yan M.Ağa­kə­ri­mov bil­di­rib ki, ho­tel­lər qə­bul et­dik­lə­ri tu­ristlə­rin sa­yı­nın da­ha çox ol­ma­sı üçün düz­gün mar­ke­tinq si­ya­sə­ti apar­ma­lı­dır: "La­kin ho­tel­lə­rin ək­sə­riy­yə­ti üçün bu­nu de­mək ol­maz. Biz töv­si­yə edər­dik ki, on­lar Tür­ki­yə, Avstri­ya və di­gər öl­kə­lə­rin təc­rü­bə­sin­dən is­ti­fa­də edə­rək həm qiy­mət si­ya­sət­lə­ri­ni düz­gün hə­ya­ta ke­çir­sin­lər, həm də tu­ristlər üçün əla­və xid­mət­lər təş­kil et­sin­lər".

Qiy­mət si­ya­sə­ti­nin də­yiş­mə­si üçün rə­qa­bət mü­hi­ti­nin artma­sı­nı va­cib sa­yan M.Ağa­kə­ri­mov bil­di­rib ki, rə­qa­bə­tin artma­sı üçün Azər­bay­can­da ho­tel ça­tış­maz­lı­ğı prob­le­mi ara­dan qal­dı­rıl­ma­lı, ye­ni ho­tel­lər ti­kil­mə­li­dir.

M.Ağa­kə­ri­mov əla­və edib ki, ha­zır­da Azər­bay­can­da 535 ho­tel fə­a­liy­yət gös­tə­rir. O qeyd edib ki, hə­min ho­tel­lə­rin 146-sı Ba­kı və Ab­şe­ron ya­rı­ma­da­sı­nın pa­yı­na dü­şür.

Tu­rizm sa­hə­si üz­rə ekspert Ba­ha­dur Bi­la­lov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, bay­ram ərə­fə­sin­də otel­lə­rin qiy­mə­ti­nin qalxma­sı tə­bi­i­dir: "Çün­ki otel­lə­rin qiy­mə­ti ba­za­ra uy­ğun də­yi­şir. İs­ti­ra­hət mər­kəz­lə­ri­nin müş­tə­ri­si var­sa, sa­hib­kar qiy­mə­ti qal­dır­ma­lı­dır. Xa­ri­ci tu­ristlə­rə bu qiy­mət sərf edir­sə, bu­nun iq­ti­sa­diy­ya­ta heç bir zi­ya­nı yox­dur, ək­si­nə, xey­ri var".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, ho­tel­lə­rin qiy­mə­ti­nin in­zi­ba­ti qay­da­da aşa­ğı sa­lın­ma­sı müm­kün de­yil: "Bir za­man­lar 4 ul­duz­lu otel­lər­də bir ge­cə qal­maq üçün 30 ma­nat tə­ləb olu­nur­du. An­caq in­di otel sa­hi­bi gö­rən­də ki, müş­tə­ri­lə­rin sa­yı ar­tıb, qiy­mət ar­tı­mı la­büd­dür".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər