25/03/2017 19:33
728 x 90

Azər­bay­can­da hər yüz mi­nə 108 on­ko­lo­ji xəs­tə...

"On­ko­lo­ji xəs­tə­lik­lə­rin artma­sı sə­bəb­lə­rin­dən bi­ri də əha­li­nin düz­gün qi­da­lan­ma­ma­sı­dır"

img

Ra­sif Ba­ğı­rov: "Bu gün Azər­bay­can üçün prob­lem olan süd və­zi­si, ağ ci­yər, mə­də-ba­ğır­saq trak­tı­nın xər­çən­gi­dir"

 

Azər­bay­can­da on­ko­lo­ji xəs­tə­lik­lər­lə xəs­tə­lən­mə hal­la­rı ar­tıb. Açıq­la­nan sta­tis­tik rə­qəm­lə­rə əsa­sən, Azər­bay­can­da 2011-ci il­də əha­li­nin hər 100 min nə­fə­ri ara­sın­da on­ko­lo­ji xəs­tə­lik­lər­lə xəs­tə­lən­mə­nin gös­tə­ri­ci­si 95,8 nə­fər olub. 2012-ci il­də bu rə­qəm 94,2-yə, 2013-cü il­də 97,5-ə, 2014-cü il­də 101,4-ə ça­tıb.

2015-ci il­də isə Azər­bay­can­da əha­li­nin hər 100 min nə­fə­ri ara­sın­da on­ko­lo­ji xəs­tə­lik­lər­lə xəs­tə­lən­mə­nin gös­tə­ri­ci­si 106,9 nə­fər olub. Ötən il isə bu rə­qəm bir qə­dər yük­sə­lib və əha­li­nin hər 100 min nə­fə­rin­dən 108,5-in­də on­ko­lo­ji xəs­tə­lik olub.

On­ko­lo­ji xəs­tə­lik­lər nə sə­bəb­dən ar­tır? Bu xəs­tə­lik­lər­lə ne­cə mü­ba­ri­zə apa­rı­lır? 

Tib­bi ekspert Ra­sif Ba­ğı­rov bi­zim­lə söh­bə­tin­də qeyd et­di ki, on­ko­lo­ji xəs­tə­lik­lə­rin artma­sın­da bir ne­çə ami­lin ro­lu ol­sa da, bu­ra­da əsas ye­ri əha­li­nin qi­da­lan­ma mə­sə­lə­si tu­tur: "On­ko­lo­ji xəs­tə­lə­rin bö­yük bir qis­mi qey­ri-on­ko­lo­ji xəs­tə­xa­na­lar­da qey­diy­yat­da­dır. Qərb öl­kə­lə­rin­də xər­çəng xəs­tə­li­yi­nin mü­a­li­cə­si ilə on­ko­loq­lar məş­ğul ol­sa­lar da, cər­ra­hi əmə­liy­ya­tı cər­rah­lar edir. Biz Qərb də­yər­lə­ri­nə üs­tün­lük ve­ri­rik­sə, bu mə­sə­lə­lə­rə ya­naş­ma da fərqli ol­ma­lı­dır".

Həm­söh­bə­ti­miz he­sab edir ki, on­ko­lo­ji xəs­tə­lik­lə­rin artma sə­bəb­lə­rin­dən bi­ri si­qa­re­tin tə­si­ri, at­mos­fer­də ha­va­nın kor­lan­ma­sı­dır. Onun söz­lə­ri­nə gö­rə, sta­tis­ti­ka­ya əsa­sən, si­qa­ret çə­kən hər 20 nə­fər­dən bi­rin­də xər­çən­gə tu­tul­ma ris­qi ya­ra­nır. Bü­tün dün­ya­da on­ko­lo­ji xəs­tə­lik­lər get-ge­də ar­tır: "On­ko­lo­ji xəs­tə­lik­lə­rin artma­sı­nın əsas sə­bə­bi ət­raf mü­hi­tin qlo­bal çirklən­mə­si­dir. Yə­ni bu­ra­da söh­bət kü­çə­nin, şə­hə­rin və s. yer­lə­rin çirklən­mə­sin­dən yox, qlo­bal çirklən­mə­dən ge­dir. Ət­ra­fa ki­fa­yət qə­dər kon­so­ro­gen mad­də­lər xa­ric olu­nur. Ət­raf mü­hi­tin çirklən­mə­sin­də sə­na­ye­nin tə­si­ri var. İm­kan­lı və ağıl­lı öl­kə­lər hət­ta zə­hər­li mad­də­lə­rin is­teh­sa­lı­nı kə­na­ra çı­xa­rır. Mə­sə­lən, heç bir Av­ro­pa öl­kə­si kon­so­ro­gen mad­də­li məh­sul­la­rı öz əra­zi­sin­də is­teh­sal et­mir". R.Ba­ğı­rov onu da əla­və et­di ki, bu gün Azər­bay­can üçün prob­lem olan süd və­zi­si, ağ ci­yər, mə­də-ba­ğır­saq trak­tı­nın xər­çən­gi­dir. Tə­əs­süf ki, son za­man­lar pros­tat xər­çən­gi də  ya­yıl­ma­ğa baş­la­yıb.

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər