19/11/2018 16:15
728 x 90

Va­qif Ar­zu­man­lı - 70

Ədə­bi əla­qə­lə­rin me­qa­po­lis ali­mi - Va­qif Ar­zu­man­lı

img

Bi­li­rəm ki, "me­qa­po­lis" ter­mi­ni ta­ma­mi­lə baş­qa bir sa­hə­də is­ti­fa­də olu­nan an­la­yış­dır. Am­ma bi­lə­rək­dən, bu an­la­yı­şı pro­fes­sor, fi­lo­lo­gi­ya elmlə­ri dok­to­ru, Bey­nəl­xalq Eko-İn­for­ma­si­ya Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki, fi­lo­loq-ta­rix­çi, po­li­to­loq, elm şə­hə­ri­nin əbə­di sa­ki­ni Va­qif Ar­zu­man­lı­ya şa­mil edi­rəm və bu mə­qa­lə­ni də ürə­yi­min sı­zıl­tı­sı ilə ya­zı­ram.

Va­qif mə­nim 1969-cu il­dən bu gü­nə qə­dər ən ya­xın, əziz, ai­lə­vi dos­tum idi... Bu­nu bü­tün ədə­bi ic­ti­ma­iy­yət, ət­ra­fı­mız, mü­hi­ti­miz, qo­hum-qar­daş yax­şı bi­lir və iza­ha eh­ti­yac yox­dur... Be­lə bir in­sa­nın, şəx­siy­yə­tin, ali­min, me­qa tə­fək­kür sa­hi­bi­nin, dos­tun it­ki­si­nin də nə de­mək ol­du­ğu­nun da iza­ha eh­ti­yac yox­dur... Onu vaxtsız-və­də­siz itir­dik, ya­şa­say­dı, 70 ya­şı ta­mam olar­dı və onun yu­bi­le­yi­ni tən­tə­nə ilə ke­çi­rər­dik... Ne­cə ki, 50, 60, 65 il­lik yu­bi­ley­lə­ri­ni tən­tə­nə­li şə­kil­də ke­çir­miş­dik...

Va­qif Ar­zu­man­lı çox də­yər­li, həs­sas, Av­ro­pa zi­ya­lı­lı­ğı ilə Şərq zi­ya­lı­lı­ğı­nı bir­ləş­di­rən, çox­yön­lü el­mi-ic­ti­mai fə­a­liy­yə­ti olan, dost, alim, bə­şə­ri miq­yas­lı zi­ya­lı idi... Onun haq­qın­da vax­ti­lə yaz­dı­ğım mə­qa­lə­lə­rin bi­ri­ni "Uzaq­la­rı ya­xınlşdı­ran alim" ad­lan­dır­mış­dım... Bu onun nə­in­ki el­mi fə­a­liy­yə­ti­nin, həm­çi­nin in­sa­ni fə­a­liy­yə­ti­nin də, ya­şam tər­zi­nin də ən ba­riz, xa­rak­te­rik və ona çox ya­ra­şan xü­su­siy­yət­lə­rin­dən idi... O bu his­si tək­cə ət­ra­fı­na de­yil, mü­hi­ti­nə, mil­lə­ti­nə, əla­qə ya­rat­dı­ğı mil­lət­lə­rə be­lə aşı­la­ya bi­lir­di. Ət­ra­fı­na bir­lik və dostluq şə­fəq­lə­ri sa­çan və Azər­bay­ca­nı dün­ya­ya ta­nıt­maq gü­cü­nə, ener­ji­si­nə, məs­lə­ki­nə ma­lik olan bu is­te­dad­lı zi­ya­lı­mız ol­duq­ca zən­gin, ma­raq­lı, də­yər­li bir alim-zi­ya­lı öm­rü sür­müş, yar­da­dı­cı­lıq yo­lu keç­miş­dir. Va­qif Ar­zu­man­lı öm­rü­nün, ya­ra­dı­cı­lı­ğı­nın pa­lit­ra­sı çox zən­gin­dir, əl­van­dır, çox­çe­şid­li­dir...

Va­qif Ar­zu­man­lı 1947-ci il mart ayı­nın 5-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Qu­ba ra­yo­nun­da ana­dan olub. Əs­lən Sö­hüb kən­din­dən­dir­lər. 100 il­dən çox ya­şa­mış pəh­lə­van ba­ba­sı Ar­zu­man ki­şi­nin çar Ru­si­ya­sı tə­rə­fin­dən, el ara­sın­da "Ni­ko­lay pad­şah"dan al­dı­ğı pas­por­tu xü­su­si qü­rur­la və fə­rəh­lə gös­tə­rər­di... Çün­ki o döv­rün az-az adam­la­rın­da be­lə mö­hür­lü pas­port ol­muş­du... Həm də inam­la de­yər­di ki, mən də ba­bam ki­mi 100 il ömür sü­rə­cə­yəm... Fə­lək aman ver­mə­di...

Va­qif Ar­zu­ma­nov (son­ra­lar so­yad son­luq­la­rı­nın də­yi­şil­mə im­kan­la­rı­nın ilk mər­hə­lə­sin­də­cə, çə­tin­lik­lə də ol­sa, so­ya­dı­nı də­yiş­miş, Ar­zu­man­lı so­ya­dı ilə ta­nın­mış­dı) on­bi­ril­lik mək­tə­bi qı­zıl me­dal­la bi­tir­dik­dən son­ra 1964-1969-cu il­lər­də Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin fi­lo­lo­gi­ya fa­kül­tə­sin­də təh­sil al­mış­dı. 1969-1972-ci il­lər­də AMEA-nın, M.Qor­ki adı­na Dün­ya Ədə­biy­ya­tı İnsti­tu­tu­nun və Lit­va EA-nın as­pi­ran­tu­ra­la­rın­da oxu­muş­du. Bi­zim ilk ta­nış­lı­ğı­mız da bu il­lə­rə tə­sa­düf edir, as­pi­ran­tu­ra­ya bir yer­də, bir vaxtda im­ta­han ve­rir­dik. 1973-cü il­dən Ni­za­mi adı­na Ədə­biy­yat İnsti­tu­tun­da el­mi iş­çi iş­lə­miş, 1980-1991-ci il­lər­də AMEA SSRİ XDRS-da şö­bə mü­di­ri və­zi­fə­sin­də ça­lış­mış­dı. V.Ar­zu­man­lı 1991-2002-ci il­lər­də Azər­bay­can EA Mil­li Mü­na­si­bət­lər İnsti­tu­tu­nun (2000-ci il­dən Bey­nəl­xalq Mü­na­si­bət­lər İnsti­tu­tu) di­rek­to­ru iş­lə­miş­di. İnsti­tut el­mi struk­tur­dan çı­xan­dan son­ra, 2002-ci il­dən AMEA Ni­za­mi adı­na Ədə­biy­yat İnsti­tu­tu­nun "Xa­ri­ci öl­kə­lər ədə­biy­ya­tı və ədə­bi əla­qə­lər" şö­bə­si­nə rəh­bər­lik edir­di.

V.Ar­zu­man­lı coş­qun, məh­sul­dar el­mi fə­a­liy­yə­tə ma­lik alim­lə­ri­miz­dən idi. Lit­va-Azər­bay­can ədə­bi əla­qə­lə­ri is­ti­qa­mə­tin­də apar­dı­ğı təd­qi­qat­lar üz­rə 1973-cü il­də na­mi­zəd­lik, 1984-cü il­də dok­tor­luq dis­ser­ta­si­ya­sı mü­da­fiə et­miş, 1991-ci il­dən pro­fes­sor adı al­mış­dı. Bey­nəl­xalq Eko - İn­for­ma­si­ya Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki (1996) adı­na la­yiq gö­rül­müş­dü. Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin (1979), Azər­bay­can Jur­na­listlər Bir­li­yi­nin üz­vü (2000) idi.

Va­qif Ar­zu­man­lı bey­nəl­xalq sta­tus­lu ic­ti­mai təş­ki­lat­lar­da da fə­al iş­ti­rak edir­di, sə­mə­rə­li işi, nü­fu­zu ilə fərqlə­nir­di. O, "Al­man-Azər­bay­can Cə­miy­yə­ti" İda­rə He­yə­ti­nin üz­vü (1992), Bey­nəl­xalq "Soy­daş" As­so­si­a­si­ya­sı­nın vit­se-pre­zi­den­ti (1994), Dün­ya Azər­bay­can­lı­la­rı Mə­də­niy­yət Mər­kə­zi­nin vit­se-pre­zi­den­ti (1996),"Qu­ba Xey­riy­yə Cə­miy­yə­ti"nin səd­ri (1996), Tür­ki­yə­ni və S.Də­mi­rə­li Se­vər­lər Cə­miy­yə­ti­nin həm­səd­ri (1999), İc­ti­mai-Si­ya­si Pro­ses­lər və Bey­nəl­xalq Əla­qə­lər El­mi Araş­dır­ma­lar Mər­kə­zi­nin Pre­zi­den­ti (2002), Dün­ya Azər­bay­can­lı­la­rı Konqre­si (DAK) səd­ri­nin mü­a­vi­ni (2007), İda­rə he­yə­ti­nin üz­vü, DAK Di­va­nı­nın həm­səd­ri, Bey­nəl­xalq Di­as­por Mər­kə­zi İB-nin sədr mü­a­vi­ni (2009) ki­mi ic­ti­mai və­zi­fə­lər­də fə­a­liy­yət gös­tər­miş­di.

El­mi fə­a­liy­yət nəş­riy­yat işi ilə sıx əla­qə­dar­dır. Nəş­riy­yat qu­ru­mu el­mi iş­lə­rə can ve­rir, hə­yat ve­rir. Bu­nu əla bi­lən Va­qif Ar­zu­man­lı Azər­bay­can el­mi­nə xü­su­si sə­mə­rə ve­rən bir nəş­riy­yat sis­te­mi ya­rat­mış­dı. V.Ar­zu­man­lı "El­tu­ran"("Mil­li mə­sə­lə­lər") (1992) və "Di­as­po­run sə­si" (2009) jur­nal­la­rı­nın və "Ədə­bi Əla­qə­lər" top­lu­su­nun (2005) baş re­dak­to­ru, "Qar­tal" nəş­riy­ya­tı­nın di­rek­to­ru (1999) ki­mi on­lar­la el­mi əsər, mo­noq­ra­fi­ya və mə­qa­lə­lə­rə hə­yat və­si­qə­si bəxş et­miş­di.

Va­qif Ar­zu­man­lı Res­pub­li­ka­nın ali tə­lim-təh­sil sa­hə­sin­də də bir pe­da­qoq-pro­fes­sor ki­mi ta­nın­mış, yüz­lər­lə tə­lə­bə­nin se­vim­li­si­nə çev­ril­miş­di. 1974-cü il­dən Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin mü­əl­li­mi və pro­fes­so­ru idi. 1973-1974-cü il­lər­də M.F.Axundza­də adı­na RDƏ İnsti­tu­tun­da (in­di­ki Slav­yan Uni­ver­si­te­ti), 1976-1987-ci il­lər­də İrə­van Pe­da­qo­jı İnsti­tu­tu­nun Azər­bay­can böl­mə­sin­də dərs de­miş, mü­ha­zi­rə­lər oxu­muş­du.

Onun şəx­siy­yə­ti və el­mi fə­a­liy­yə­ti haq­qın­da müx­tə­lif il­lər­də xey­li mə­qa­lə və iki mo­noq­ra­fi­ya ya­zıl­mış­dı. Adı bir sı­ra xa­ri­ci öl­kə­lər­də nəşr edil­miş en­sik­lo­pe­di­ya­la­ra sa­lın­mış­dı. V.Ar­zu­man­lı Azər­bay­can di­lin­dən Lit­va di­li­nə, Lit­va, la­tış və rus dil­lə­rin­dən Azər­bay­can di­li­nə 10-dan ar­tıq ki­tab tər­cü­mə et­miş­di. El­mi əsər­lə­ri, ki­tab, mo­noq­ra­fi­ya və mə­qa­lə­lə­ri rus, Uk­ray­na, al­man, türk, Lit­va, la­tış, es­ton, be­la­rus, pol­yak, ərəb, fars, in­gi­lis və baş­qa dil­lər­də nəşr edil­miş­dir.

50-dən ar­tıq xa­ri­ci öl­kə­də iş­gü­zar sə­fər­lər­də və el­mi eza­miy­yət­lər­də ol­muş, bir sı­ra Bey­nəl­xalq sim­po­zi­um, konfrans və mü­şa­vi­rə­lər­də iş­ti­rak et­miş­di. V.Ar­zu­man­lı 2000, 2005 və 2010-ci il­lər­də Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin de­pu­tat­li­ğı­na na­mi­zəd ki­mi qey­də alın­mış­dı. Üç də­fə AMEA-nın müx­bir üzvlü­yü­nə na­mi­zəd­li­yi irə­li sü­rül­müş­dür (2001, 2007, 2012). Lit­va və Be­la­rus Res­pub­li­ka­la­rı Ali So­vet­lə­ri­nin, Res­pub­li­ka­mı­zın bə­zi elm və təh­sil ocaq­la­rı­nın, ay­rı-ay­rı təş­ki­lat­la­rın Fəx­ri Fər­man­la­rı, elə­cə də Azər­bay­ca­nın, Lit­va­nın, Lat­vi­ya­nın, Es­to­ni­ya­nın, Uk­ray­na­nın, İra­qın, Ta­ta­rıs­ta­nın bir sı­ra ədə­bi mü­ka­fat­la­rı və me­dal­la­rı ilə (1964-2012) təl­tif olun­muş, Mil­li qəh­rə­man Əlif Ha­cı­yev adı­na, gör­kəm­li tür­ko­loq Bə­kir Ço­ban­za­də adı­na Bey­nəl­xalq mü­ka­fat­la­ra, elə­cə də "Qı­zıl qə­ləm" və "Mir Cə­lal Pa­şa­yev" mü­ka­fat­la­rı­na la­yiq gö­rül­müş­dü.

İki mo­noq­ra­fi­ya­sı ("Ni­za­mi Gən­cə­vi­nin dün­ya şöh­rə­ti", "Də­yər­li us­tad") Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət mü­ka­fa­tı­na təq­dim olun­muş­du (1997, 2012). 2012-ci il­də Azər­bay­can ədə­biy­ya­tı­nın təd­qi­qi, ədə­bi əla­qə­lər sa­hə­sin­də sə­mə­rə­li el­mi fə­a­liy­yə­ti və ana­dan ol­ma­sı­nın 65 il­li­yi mü­na­si­bə­ti­lə "Fə­da­kar alim" dip­lo­mu­na və mü­ka­fa­tı­na la­yiq gö­rül­müş­dü. Xo­ca­lı şə­hə­ri­nin fəx­ri və­tən­da­şı se­çil­miş­di. V.Ar­zu­man­lı 35 ki­tab və mo­noq­ra­fi­ya­nın, həm­çi­nin 1500-dən ar­tıq el­mi və pub­li­sis­tik mə­qa­lə­nin, mü­sa­hi­bə­nin mü­əl­li­fi­dir. On­lar­dan cü­zi bir qis­mi­ni xa­tır­lat­saq, ye­ri­nə dü­şər: "Azər­bay­can və Bal­tik xal­qa­la­rı­nın ədə­bi əla­qə­lə­ri" (1972), "Ədə­biy­yə­tə qo­vu­şan sə­nət" (1976) "Ya­ra­dı­cı­lıq qar­daş­la­rı" (Vil­nüs 1976), "Azər­bay­can-Lit­va ədə­bi əla­qə­lə­ri" (1978), "Azər­bay­can-Uk­ray­na ədə­bi əla­qə­lə­ri" (1982), "Azər­bay­can-Pri­bal­ti­ka ədə­bi əla­qə­lə­ri" (1990), "1918-ci il Mart qır­ğın­la­rı" (1995), "Ni­za­mi Gən­cə­vi­nin dün­ya şöh­rə­ti" (1997), "Ta­ri­xin qa­ra sə­hi­fə­lə­ri. De­por­ta­si­ya. Soy­qı­rım. Qaç­qın­lıq (Na­zim Mus­ta­fa ilə)" (1998), "Azər­bay­can Res­pub­li­ka­sı və türk zi­ya­lı­lı­ğı­nın Mər­kə­zi Asi­ya və Şi­ma­li Qaf­qaz­da tə­şək­kü­lü" (2000), "Azər­bay­can Di­as­po­ru" (2001), "Mir­zə­şə­fi­şü­nas­lıq­da ye­ni mər­hə­lə" (2005), "Azər­bay­ca­nın ən qə­dim şə­hə­ri-Də­mir­qa­pı Dər­bənd" (2009), "Də­də Qor­qu­dun qəb­ri­nin izi ilə" (2012) "Mir­zə Fə­tə­li Axundza­də və Qər­bi Av­ro­pa ədə­bi-nə­zə­ri fik­ri" (2012) qə­bil­dən əsər­lə­ri Va­qif Ar­zu­man­lı­nın çox­şa­xə­li ya­ra­dı­cı­lıq di­po­zo­nu­nu tə­səv­vü­rə gə­tir­mə­yə yar­dım­çı olar...

Va­qif Ar­zu­man­lı­nın ən bö­yük xid­mət­lə­rin­dən bi­ri də "Də­də Qor­qud" ana ki­ta­bı­mı­zın Lit­va di­li­nə tər­cü­mə­si fak­tı­dır. Be­lə ki, əsər lit­va­ca 1978-ci il­də Vil­nüs­də "Va­ga" ("Şı­rım") nəş­riy­ya­tı tə­rə­fin­dən çap­dan bu­ra­xıl­mış­dır ("De­de Gor­gu­do sak­mes". Vil­ni­us, "Va­ga", 1978). Das­ta­nı, Va­qif Ar­zu­man­lı  Azər­bay­can di­lin­dən lit­va­ca­ya gör­kəm­li Lit­va şa­i­ri və tər­cü­mə­çi Si­gi­tas Ge­da (1943-2008) il' bir­lik­də tər­cü­mə et­miş­di­lər. V.Ar­zu­man­lı həm­çi­nin bu nəş­rə yaz­dı­ğı "Də­də Qor­qud das­tan­la­rı ba­rə­də" ad­lı ön sö­zün mü­əl­li­fi­dir...  Həm­çi­nin, onun Mir­zə Şə­fi Va­zeh haq­qın­da təd­qi­qa­tı da o döv­rün mü­hüm el­mi ha­di­sə­lə­rin­dən idi...

Va­qif Ar­zu­man­lı 60-dan ar­tıq el­mi əsə­rin re­dak­to­ru və ön sö­zün mü­əl­li­fi­dir. Ədə­bi əla­qə­lər və mil­li mü­na­si­bət­lər sa­hə­sin­də gənc alim­lə­rin və mü­tə­xəs­sis­lə­rin ye­tiş­di­ril­mə­sin­də fə­al iş­ti­rak et­miş, 30-dan ar­tıq as­pi­rant, dis­ser­tant, dok­to­ran­tın el­mi rəh­bə­ri, el­mi məs­lə­hət­çi­si ol­muş­du. Uzun müd­dət Azər­bay­can Mər­kə­zi te­le­vi­zi­ya­sın­da apar­dı­ğı "Və­tən­daş" proq­ra­mı onun Azər­bay­can sev­da­lı bir və­tən­daş ki­mi bo­yu­na bi­çil­miş­di...

Va­qif Ar­zu­man­lı­nın qə­ləm dostla­rı onun haq­qın­da yaz­dıq­la­rı mə­qa­lə­lər­də onun ya­ra­dı­cı şəx­siy­yə­ti­ni də­yər­lən­dir­miş, onu "İc­ti­mai xa­dim və el­mi təş­ki­lat­çı" (Bə­kir Nə­bi­yev, aka­de­mik), "Ge­niş ya­ra­dı­cı­lıq im­kan­lı alim" (Cə­mil Qu­li­yev, aka­de­mik), "Ya­zı­çı, ge­niş eru­di­si­ya­lı in­san, alim-və­tən­daş; ye­ni fi­kir­lər, ma­raq­lı faktlar təd­qi­qat­çı­sı"(As­lan Ab­ba­sov, mil­lət və­ki­li), "Mən if­ti­xar edi­rəm ki, Va­qif mü­əl­lim­lə ta­nı­şam" (Bö­yük bəy Rə­su­loğ­lu, DAHM ko­mi­tə­si­nin səd­ri), "Pri­bal­ti­ka­nın Azər­bay­ca­na, Azər­bay­ca­nın Av­ro­pa­ya pən­cə­rə­si" (İn­ti­qam Meh­di­yev, ya­zı­çı-jur­na­list), "Azər­bay­can ru­hu­nu Av­ro­pa­ya da­şı­yan ali­mi­miz" (Ni­za­məd­din Şəm­si­za­də, dok­tor-pro­fes­sor), "Mə­nim ic­mal­çı, po­li­to­loq us­ta­dım" (Rüs­təm Məm­mə­dov, dok­tor-pro­fes­sor, mil­lət və­ki­li), "Ara­yıb-ax­ta­ran araş­dı­rı­cı, gö­zəl alim, qay­ğı­keş in­san" (Tey­mur Əh­mə­dov, dok­tor-pro­fes­sor), "Düz­lü­yü, doğ­ru­lu­ğu se­vən alim" (Müs­lüm Məm­mə­dov, ta­rix elmlər dok­to­ru), "Fe­no­men şəx­siy­yət" (İm­ran Xə­li­lov, ya­zı­çı-tər­cü­mə­çi, AE-inin şö­bə mü­di­ri), "Ün­siy­yət kör­pü­sü" (Na­zif Qəh­rə­man, dok­tor-pro­fes­sor), "Öz­gür­lü­yü və özü olan alim-dost" (Qur­ban Bay­ra­mov f.f.d.), "Gö­zəl alim, gö­zəl dost" (Söh­rab Ta­hir, xalq şa­i­ri), "El­mi­mi­zin can­lı en­sik­lo­pe­di­ya­sı" (İra­də Sa­rı­ye­va, jur­na­list) ad­lan­dır­mış­lar ki, bu da onun zi­ya­lı şəx­siy­yə­ti­ni müx­tə­lif yön­lər­dən sə­ciy­yə­lən­di­rir...

Bu söz­lər də gənc, heç bir kompro­mi­sə qa­pıl­ma­yan jur­na­list İra­də xa­nı­mın söz­lə­ri­dir: "Va­qif Ar­zu­man­lı bü­töv Azər­bay­can boy­da bir Və­tən oğ­lu ki­mi ya­dım­da qa­lıb. Gü­ney Azər­bay­can­dan, İrə­van­dan, Dər­bənddən, Bor­ça­lı­dan, Kər­kük­dən da­nı­şan­da çox hə­yə­can­la­nır­dı pro­fes­sor. Bu yurdla­rı­mı­zın ta­ri­xi­ni, et­noq­ra­fi­ya­sı­nı, folklo­ru­nu elə gö­zəl bi­lir­di ki, adam onun söz­lə­rin­dən doy­mur­du..."

Ürə­yi ya­şa­maq-ya­rat­maq təş­nə­si ilə, hə­yat eş­qi ilə do­lu olan Va­qif Ar­zu­man­lı 2014-cü ilin iyul ayı­nın 9-da Nab­ran­da­kı bağ evin­də ağır xəs­tə­lik­dən - uzun müd­dət əziy­yət çək­di­yi xər­çəng xəs­tə­li­yin­dən dün­ya­sı­nı də­yiş­di... İyu­lun 10-da Xu­dat­da öz və­siy­yə­ti ilə ana­sı­nın, əq­ra­ba­la­rı­nın dəfn olun­du­ğu "Şıx­lar" qə­bi­ris­tan­lı­ğın­da tor­pa­ğa tap­şı­rıl­dı. İla­hi, Va­qif ana­sı­nı, öm­rü bo­yu mü­əl­li­mə iş­lə­miş ana­sı Fat­ma xa­nı­mı ne­cə də se­vir­di!? Və­tə­ni­ni ana­sı, ana­sı­nı da Və­tən tor­pa­ğı qə­dər se­vər­di... İn­di hər iki­si­nə qo­vu­şa­raq ra­hat­lan­dı...

Pir bu­la­ğı­nın ya­ma­cın­da, qo­ca­man Və­ləs və Qa­ra­ğac me­şə­si­nin köl­gə­li­yin­də baş ve­rən dəfn mə­ra­si­min­də onu ta­nı­yan, qiy­mət­lən­di­rən elm adam­la­rı­nın, ədə­bi iti­ma­iy­yə­tin, qə­ləm dostla­rı­nın, yer­li ca­ma­a­tın ək­sə­riy­yə­ti iz­di­ham­la iş­ti­rak edir­di. Dəfn mə­ra­si­mi­ni ida­rə edən AMEA-nın vit­se-pre­zi­den­ti, AMEA Ni­za­mi Gən­cə­vi adı­na Ədə­biy­yat İnsti­tu­tu­nun di­rek­to­ru, mil­lət və­ki­li, aka­de­mik İsa Hə­bib­bəy­li­nin mə­na­lı nit­qi, köv­rək, tit­rək sə­si in­di­nin özün­də də qu­laq­la­rım­dan get­mir. Mil­lət və­ki­li Sa­bir Rüs­təm­xan­lı­nın, aka­de­mik Tey­mur Kə­rim­li­nin, di­gər qə­ləm dostla­rı­nın, yer­li ida­rə­et­mə or­qan­la­rı­nın nüm­yən­də­lə­ri­nin dəfn mə­ra­si­min­də­ki çı­xış­la­rı mər­hu­mu son mən­zi­lə özü­nə­la­yiq bir şə­ra­fət­lə yo­la sal­dı...

Bu gün də bu­ra­da olan elm və ədə­bi ic­ti­ma­iy­yə­tin gör­kəm­li nü­ma­yən­də­lə­ri, qə­ləm dostla­rı, iş yol­daş­la­rı, tə­lə­bə­lə­ri ol­muş adam­lar, ya­xın­la­rı Va­qif Ar­zu­man­lı­nın 70 il­lik yu­bi­ley mə­ra­si­mi­nə yı­ğı­şa­raq onun şə­ra­fət­li hə­yat yo­lu­nu şə­ra­fət­lə qeyd edir­lər... Va­qif Ar­zu­man­lı elə bir hə­yat və ya­ra­dı­cı­lıq yo­lu ke­çib ki, heç bir vaxt unu­dul­ma­ya­caq... Ru­hun şad ol­sun, bir­lik­də acı­lı-şi­rin­li gün­lər, il­lər ke­çir­di­yi­miz, hər gün an­dı­ğım, xa­tır­la­dı­ğım əziz dos­tum, Va­qif Ar­zu­man­lı! Sən­siz qeyd et­di­yi­miz 70 ya­şın mü­ba­rək!..

Qur­ban Bay­ra­mov,
tən­qid­çi-ədə­biy­yat­şü­nas

Son xəbərlər