23/08/2017 08:12
728 x 90

Bakıda avtobusları çirkləndirən sərnişinlərə qarşı mübarizə başladı

img

Bakıda sərnişin avtobuslarını çirkləndirən sərnişinlərə qarşı tədbirlərə başlanıb.

“BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin APA-ya verdiyi məlumata görə, marşrut xəttindən qaraja qayıdan avtobusların salonuna diqqət yetirərkən  heyrətlənməmək, təəssüf  hissi keçirməmək mümkün deyil: “Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda  gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları v.s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir”.

M. Piriyev qeyd edib ki, bununla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən  sərnişinlərin kimliyi  aşkar olunub: “Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək”.

M. Piriyev sərnişinləri avtobuslardan istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə etdikləri zaman dərhal  “BakuBus”un *4242 qaynar xəttinə müraciət etmələrini xahiş edib.

Son xəbərlər