22/10/2017 21:13
728 x 90

Həbsxa­na­lar­da çox-çox əv­vəl­lər möv­cud ol­muş is­teh­sal sa­hə­lə­ri ye­ni­dən bər­pa olu­na­caq...

"Ha­zır­da cə­za­çək­mə mü­əs­si­sə­lə­rin­də is­teh­sal sa­hə­lə­ri ilə bağ­lı mü­əy­yən prob­lem­lər möv­cud­dur"

img

Əli­məm­məd Nu­ri­yev: "Məh­bus­la­rın is­teh­sal mü­əs­si­sə­lə­rin­də əmək­lə məş­ğul ol­ma­sı on­la­rı zə­rər­li vər­diş dü­şün­cə­lə­rin­dən uzaq­laş­dı­ra­caq"

 

Mə­lum ol­du­ğu ki­mi, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti  pe­ni­ten­si­ar sa­hə­də fə­a­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si, cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si və cə­miy­yət­dən təc­ri­det­mə ilə əla­qə­dar ol­ma­yan al­ter­na­tiv cə­za və pro­ses­su­al məc­bu­riy­yət təd­bir­lə­ri­nin tət­bi­qi­nin ge­niş­lən­di­ril­mə­si ba­rə­də Sə­rən­cam im­za­la­yıb.

Sə­rən­ca­ma əsa­sən, azad­lıq­dan məh­rum olun­muş şəxslə­rin ic­ti­mai fay­da­lı əmə­yə cəlb olun­ma­sı üçün cə­za­çək­mə mü­əs­si­sə­lə­rin­də is­teh­sal sa­hə­lə­ri bər­pa edil­mə­li, həm­çi­nin, ye­ni is­teh­sal sa­hə­lə­ri ya­ra­dıl­ma­lı­dır.

Pe­ni­ten­si­ar mü­əs­si­sə­lə­rin fə­a­liy­yə­ti­nin mü­a­sir­ləş­di­ril­mə­si, infrastruk­tu­run ye­ni­lən­mə­si və ida­rə­çi­lik me­xa­niz­mi­nin tək­mil­ləş­di­ril­mə­si təd­bir­lə­ri­nin da­vam et­di­ril­mə­si qeyd olu­nub.

Cə­za­çək­mə mü­əs­si­sə­lə­rin­də is­teh­sal mü­əs­si­sə­lə­ri­nin bər­pa olun­ma­sı və ye­ni­lə­ri­nin ya­ra­dıl­ma­sı nə­ti­cə­sin­də azad­lıq­dan məh­rum olu­nan məh­kum­lar vax­tı­nı fay­da­lı işə sərf edə­cək.

Əd­liy­yə Na­zir­li­yi ya­nın­da Pe­ni­ten­si­ar Xid­mə­tə Nə­za­rət İc­ti­mai Ko­mi­tə­si­nin üz­vü Əli­məm­məd Nu­ri­yev "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, öl­kə baş­çı­sı İl­ham Əli­ye­vin mə­lum sə­rən­ca­mı ta­ri­xi əhə­miy­yə­tə ma­lik­dir. Hə­min sə­rən­cam­da hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın qar­şı­sın­da bir sı­ra və­zi­fə­lər qo­yu­lub. O və­zi­fə­lər­dən bi­ri də məh­kum­la­rın əmə­yə cəlb olun­ma­sı­dır: "Ha­zır­da cə­za­çək­mə mü­əs­si­sə­lə­rin­də is­teh­sal sa­hə­lə­ri ilə bağ­lı mü­əy­yən prob­lem­lər möv­cud­dur. Bax­ma­ya­raq ki, Pe­ni­ten­si­ar Xid­mə­tin rəh­bər­li­yi bu is­ti­qa­mət­də xey­li iş gö­rüb. Əv­vəl­lər məh­kum­lar ara­sın­da məş­ğul­luq sə­viy­yə­si 5-10 fa­iz təş­kil edir­di­sə, in­di 20 fa­i­zə qə­dər yük­sə­liş var. İn­di 7000-dən ar­tıq məh­kum mü­əy­yən əmək iş­lə­ri­nə cəlb olu­nub. Da­ha doğ­ru­su, bu­ra­da məc­bu­ri əmək­dən söh­bət ge­də bil­məz. Cə­za­la­rın İc­ra­sı Mə­cəl­lə­si­nin əsas prin­sip­lə­rin­dən bi­ri də məh­kum­la­rın is­lah edil­mə­si­dir. Əmək pro­se­si kö­nül­lü­lü­yə əsas­la­nır".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, cə­za­çək­mə mü­əs­si­sə­lə­rin­də pe­şə mək­təb­lə­ri fə­a­liy­yət gös­tə­rir. Hə­min pe­şə mək­təb­lə­rin­də məh­kum­la­ra ye­ni pe­şə­lər öy­rə­dir­lər: "Ey­ni za­man­da, azad­lıq­dan məh­rum olu­nan şəxslər kompyu­ter və mü­ha­sib kursla­rı­na cəlb olu­nur. Qa­dın cə­za­çək­mə mü­əs­si­sə­lə­rin­də xal­ça­çı­lıq­la bağ­lı bö­yük bir sex fə­a­liy­yət gös­tə­rir. Bu­nun­la ya­na­şı, cə­za­çək­mə mü­əs­si­sə­lə­rin­də məş­ğul­luq is­tə­ni­lən sə­viy­yə­də de­yil. Bu ba­xım­dan da­ha çox məh­kum iş­lə­mək is­tə­yir. On­lar iş­lə­mək­lə həm özü­nün gün­də­lik xər­ci­ni ödə­mək, həm də ai­lə­si­nə yar­dım gös­tər­mək is­tə­yir. Məh­bus­la­rın is­teh­sal mü­əs­si­sə­lə­rin­də əmək­lə məş­ğul ol­ma­sı on­la­rı zə­rər­li vər­diş dü­şün­cə­lə­rin­dən uzaq­laş­dı­ra­caq".

Eksper­tin fik­rin­cə, cə­za­çək­mə mü­əs­si­sə­lə­rin­də ye­ni is­teh­sal mü­əs­si­sə­lə­ri­nin ya­ra­dıl­ma­sı üçün özəl sek­to­ru bu sa­hə­yə yö­nəltmək la­zım­dır. Özəl sek­to­ru bu sa­hə­yə yö­nəltmək üçün qa­nun­ve­ri­ci­li­yə mü­əy­yən də­yi­şik­lik­lər et­mək la­zım­dır: "Bu, is­lah pro­se­si­nə müs­bət tə­sir et­mək­lə ya­na­şı, ci­na­yət­kar­lı­ğın qar­şı­sı­nın alın­ma­sın­da mü­hüm va­si­tə­lər­dən bi­ri ki­mi də­yər­lən­di­ril­mə­li­dir".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər