24/03/2017 08:07
728 x 90

Azər­bay­can­lı dus­taq və məh­kum­la­rın qo­lun­da elektron nə­za­rət me­xa­nizmlə­ri...

"Bu, mü­tə­rəq­qi ye­ni­lik­lər­dən bi­ri­dir"

img

Toğ­rul Cə­fə­rov: "Bu cür mü­a­sir va­si­tə­lər­dən is­ti­fa­də olun­ma­sı özü­nü doğ­rul­dur"

 

Azər­bay­can Pre­zi­den­ti­nin "Pe­ni­ten­si­ar sa­hə­də fə­a­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si, cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si və cə­miy­yət­dən təc­ri­det­mə ilə əla­qə­dar ol­ma­yan al­ter­na­tiv cə­za və pro­ses­su­al məc­bu­riy­yət təd­bir­lə­ri­nin tət­bi­qi­nin ge­niş­lən­di­ril­mə­si ba­rə­də" 2017-ci il 10 fev­ral ta­rix­li Sə­rən­ca­mı döv­lət baş­çı­sı­nın hu­ma­nist si­ya­sə­ti­nin növ­bə­ti tə­za­hü­rü, hə­ya­ta ke­çi­ri­lən sis­tem­li və ge­niş­miq­yas­lı hü­qu­qi is­la­hat­la­rın tər­kib his­sə­si­dir.

Ümu­mi­lik­də, sə­rən­ca­mı ci­na­yət tə­qi­bi və cə­za­la­rın ic­ra­sı sa­hə­lə­rin­də hü­qu­qi is­la­hat­la­rın ye­ni mər­hə­lə­si ad­lan­dır­maq olar. Ci­na­yət tə­qi­bi və cə­za­la­rın ic­ra­sı sa­hə­sin­də kor­rup­si­ya­nı is­tis­na edən şə­ra­i­tin tə­min olun­ma­sı, mü­a­sir tex­no­lo­ji va­si­tə­lə­rin tət­biq edil­mə­si də sə­rən­ca­mın məq­səd­lə­ri sı­ra­sın­da­dır.

Mə­sə­lə on­da­dır ki, cə­za­la­rın ic­ra­sı və qə­tim­kan təd­bir­lə­ri­nin tət­bi­qi za­ma­nı elektron nə­za­rət va­si­tə­lə­ri tət­biq olu­na­caq. Mü­a­sir dövrdə tex­no­lo­ji na­i­liy­yət­lər in­sa­nı həbs et­mə­dən onun dav­ra­nı­şı­na tam nə­za­rə­ti hə­ya­ta ke­çir­mə­yə im­kan ve­rir və dün­ya­nın bir sı­ra öl­kə­lə­rin­də pe­ni­ten­si­ar sa­hə­də elektron nə­za­rət sis­tem­lə­ri ge­niş tət­biq edi­lir. Elektron nə­za­rət va­si­tə­lə­ri­nin tət­bi­qi məh­ku­mun və ya təq­sir­lən­di­ri­lən şəx­sin yer­ləş­di­yi ye­ri mü­əy­yən et­mə­yə və onun yer­də­yiş­mə­lə­ri­ni qey­də al­ma­ğa im­kan ve­rən tex­ni­ki va­si­tə­nin hə­min şəx­sin üzə­rin­də yer­ləş­di­ril­mə­sin­dən iba­rət­dir.

Məh­kum­lar­la bağ­lı elektron nə­za­rət va­si­tə­lə­ri­nin tət­bi­qi­nə ekspertlər ne­cə ba­xır?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən hü­quq­şü­nas Toğ­rul Cə­fə­ro­vun söz­lə­ri­nə gö­rə, elektron va­si­tə­lə­rin tət­bi­qi mü­tə­rəq­qi ye­ni­lik­lər­dən bi­ri­dir: "Elektron nə­za­rət va­si­tə­lə­ri­nin tət­bi­qi məh­ku­mun və ya təq­sir­lən­di­ri­lən şəx­sin yer­ləş­di­yi ye­ri mü­əy­yən et­mə­yə və onun yer­də­yiş­mə­lə­ri­ni qey­də al­ma­ğa im­kan ve­rir. Bir sı­ra in­ki­şaf et­miş öl­kə­lər uzun il­lər­dir bu va­si­tə­lər­dən is­ti­fa­də edir. Bu isə o de­mək­dir ki, in­sa­nı həbs et­mə­dən onun dav­ra­nı­şı­na tam nə­za­rət et­mək olar. Tə­sa­dü­fi de­yil ki, dün­ya­nın bir sı­ra öl­kə­lə­rin­də pe­ni­ten­si­ar sa­hə­də elektron nə­za­rət sis­tem­lə­ri ge­niş tət­biq edi­lir. Mü­şa­hi­də­lər gös­tə­rir ki, bu cür mü­a­sir va­si­tə­lər­dən is­ti­fa­də olun­ma­sı özü­nü doğ­rul­dur. Düz­dür, öl­kə qa­nun­ve­ri­ci­li­yin­də bu ki­mi va­si­tə­lə­rin tət­bi­qi ümu­mən nə­zər­də tu­tu­lur­du. An­caq müx­tə­lif sə­bəb­lər­dən hü­quq-mü­ha­fi­zə or­qan­la­rı on­lar­dan is­ti­fa­də et­mə­yib. He­sab edi­rəm ki, Pre­zi­den­tin sə­rən­ca­mın­da bu­nun nə­zər­də tu­tul­ma­sı bu sa­hə­də iş­lə­rin sü­rət­lən­di­ril­mə­si­nə tə­kan ve­rə­cək. Bu, mü­tə­rəq­qi ye­ni­lik­lər­dən bi­ri­dir".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər