27/04/2017 13:02
728 x 90

Azər­bay­ca­nın yer­li is­teh­sal mal­la­rı üçün gü­zəştli rek­lam şərtlə­ri...

Va­hid Mə­hər­rə­mov: "Yer­li məh­sul­la­rın rek­la­mı­na gü­zəştlə­rin tət­biq olun­ma­sı va­cib amil­dir"

img

"Rek­lam həm is­teh­la­kın ar­tı­mı­nı sti­mul­laş­dı­rır, həm də o sa­hə ilə məş­ğul olan ti­ca­rət­çi­lə­rin ma­ra­ğı­nı özü­nə cəlb edir"

 

Yer­li məh­sul­lar TV-lər­də gü­zəştlə rek­lam edi­lə bi­lər. Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­na Azər­bay­can­da is­teh­sal olu­nan mal­la­rın döv­lət və özəl te­le­vi­zi­ya, ra­dio ka­nal­la­rın­da gü­zəştlə rek­lam edil­mə­si ba­rə­də tək­lif gön­də­ri­lib. Bu­nu Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın Sə­nəd­lər­lə və və­tən­daş­la­rın mü­ra­ci­ət­lə­ri ilə iş şö­bə­si­nin mü­di­ri Sü­ley­man İs­ma­yı­lov bil­di­rib.

O qeyd edib ki, və­tən­daş­lar sə­na­ye­nin və sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na da­ir tək­lif­lə­rin­də iq­ti­sa­di sa­hə­də ida­rə­et­mə­nin tək­mil­ləş­di­ril­mə­si, bə­zi struk­tur­lar­da ix­ti­sar­lar apa­rıl­ma­sı, is­ti­fa­də­siz qa­lan tor­paq­la­rın döv­riy­yə­yə cəlb edil­mə­si, emal mü­əs­si­sə­lə­ri­nin ya­ra­dıl­ma­sı üçün fa­iz­siz kre­dit­lər ve­ril­mə­si, iq­ti­sa­diy­yat­la bağ­lı ge­niş mü­za­ki­rə­lər, "də­yir­mi ma­sa" ət­ra­fın­da söh­bət­lər apa­rıl­ma­sı, ti­kin­ti ma­te­ri­al­la­rı is­teh­sa­lı­nın da­ha sə­mə­rə­li təş­kil edil­mə­si, ya­rım­çıq ti­ki­li­lə­rin ba­şa çat­dı­rıl­ma­sı­na döv­lət dəs­tə­yi, qey­ri-neft sek­to­ru­na ma­raq gös­tə­rən sa­hib­kar­lar üçün mü­va­fiq fondlar ya­ra­dıl­ma­sı və on­la­ra ver­gi gü­zəştlə­ri­nin edil­mə­si, bir sı­ra ra­yon mər­kəz­lə­rin­də əv­vəl­lər fə­a­liy­yət gös­tər­miş kon­serv za­vod­la­rı­nın fə­a­liy­yə­ti­nin bər­pa edil­mə­si, qo­yun­çu­lu­ğun in­ki­şaf et­di­yi əra­zi­lər­də ye­ni gön-də­ri tə­da­rü­kü mən­tə­qə­lə­ri­nin açıl­ma­sı, Azər­bay­ca­nın zən­gin tə­bi­ə­ti­nin im­kan­la­rın­dan is­ti­fa­də et­mək­lə ye­ni par­fü­me­ri­ya mü­əs­si­sə­si­nin açıl­ma­sı, neft-kim­ya sə­na­ye­si­nin da­ha da in­ki­şaf et­di­ril­mə­si, mü­hər­rik yağ­la­rı is­teh­sa­lı­nın təş­kil edil­mə­si, yer­li ti­kin­ti məh­sul­la­rı is­teh­sa­lı­nın çe­şi­di­nin ge­niş­lən­di­ril­mə­si və key­fiy­yə­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı, şə­rab­çı­lı­ğın, əc­za­çı­lı­ğın in­ki­şaf et­di­ril­mə­si, Azər­bay­can­da is­teh­sal olu­nan mal­la­rın döv­lət və özəl te­le­vi­zi­ya, ra­dio ka­nal­la­rın­da gü­zəştlə rek­lam edil­mə­si və sa­ir mə­sə­lə­lər ba­rə­də tək­lif və mü­la­hi­zə­lə­ri­ni bil­di­rir­lər".

Yer­li məh­sul­la­rın döv­lət və ya özəl te­le­ka­nal­lar­da gü­zəştli şə­kil­də rek­lam olun­ma­sı tək­li­fi ekspertlər tə­rə­fin­dən müs­bət də­yər­lən­di­ri­lir.

Qeyd edək ki, te­le­ka­nal­lar­da yal­nız ödə­niş əsa­sın­da is­tə­ni­lən məh­su­lu rek­lam et­mək müm­kün­dür. Yax­şı olar ki, əsas diq­qət key­fiy­yə­tə yö­nəl­sin. Key­fiy­yət­li məh­sul rek­lam olu­nar­kən ona gü­zəşt tət­biq edil­sin.

Aq­rar sa­hə üz­rə ekspert Va­hid Mə­hər­rə­mov "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, rek­lam həm is­teh­la­kın ar­tı­mı­nı sti­mul­laş­dı­rır, həm də o sa­hə ilə məş­ğul olan ti­ca­rət­çi­lə­rin ma­ra­ğı­nı özü­nə cəlb edir. Yer­li məh­sul­la­rın rek­la­mı­na gü­zəştlə­rin tət­biq olun­ma­sı va­cib amil­dir: "Nə­zə­ri­ni­zə çat­dı­rım ki, xa­ri­ci öl­kə­lər­də kənd tə­sər­rü­fa­tı­nın rek­la­mı­nı gün ər­zin­də təş­kil edən xü­su­si te­le­ka­nal­lar var. Tə­əs­süf ki, biz­də be­lə bir ka­nal yox­dur".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, ha­zır­da əsas diq­qət key­fiy­yət­li məh­su­lun is­teh­sa­lı­na yö­nəl­mə­li­dir: "Bəl­li­dir ki, bu gün "Mer­ce­des" mar­ka­lı av­to­mo­bi­lin rek­la­mı­na eh­ti­yac yox­dur. Hər kəs bu ma­şı­nın ne­cə key­fiy­yət­li ol­du­ğu­nu bi­lir. Bu mə­na­da ça­lış­maq la­zım­dır ki, key­fiy­yət­li məh­sul is­teh­sal edək və onun da­i­mi alı­cı­sı ol­sun".
V.Mə­hər­rə­mov onu da bil­dir­di ki, te­le­vi­zi­ya­lar ödə­niş şər­ti or­ta­ya qoy­maq­la is­tə­ni­lən məh­su­lu rek­lam edir: "Zən­nim­cə, in­di və­ziy­yət fərqli ol­ma­lı­dır. Yal­nız key­fiy­yət­li məh­sul rek­lam olun­ma­lı­dır ki, is­teh­lak­çı­lar o məh­su­la hə­vəs gös­tər­sin. Be­lə olan hal­da, məh­sul is­teh­sa­lı ar­ta­raq rə­qa­bət qa­bi­liy­yət­li olar və dün­ya ba­za­rı­na çı­xa bi­lər".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər