14/12/2017 10:11
728 x 90

Azər­bay­can­da na­ra­hat­lıq do­ğu­ran ye­ni de­moq­ra­fik prob­lem...

img

Kö­nül Va­qif­qı­zı: "Mək­təb yaş­lı qız­la­rın ana ol­ma­sı on­lar üçün ağır zər­bə­dir"
Pər­va­nə Mus­ta­fa­ye­va: "Mək­təb yaş­lı qız­la­rın ha­mi­lə­li­yi risq qru­pu­na da­xil­dir"
Ay­tə­kin Kam­ran­qı­zı: "Uşaq yaş­da qız­la­rın ərə ve­ril­mə­si uşaq hü­quq­la­rı­nın po­zul­ma­sı ilə bə­ra­bər, həm də cin­si is­tis­mar de­mək­dir"
Fa­ti­mə Ha­cı­bəy­li: "14-15 yaş­lı qız­la­rın öz­lə­ri­nin ana­ya eh­ti­ya­cı ol­du­ğu bir vaxtda ana ol­ma­sı da bir prob­lem­dir"

Azər­bay­can­da ni­kah ya­şı 18 ol­sa da, er­kən yaş­da ərə ve­ri­lən qız­la­rın sa­yı ilə bağ­lı cid­di rə­qəm­lər var və bu, son il­lər artmaq­da da­vam edir. Öl­kə­nin bə­zi böl­gə­lə­rin­də qız uşaq­la­rı­nı çox er­kən - 15-16-17 yaş­la­rın­da ərə ver­mə­yə adət edib­lər. Be­lə­də ye­ni­yet­mə qız­lar, tə­bii ki, həm də er­kən yaş­da ana olur. Rəs­mi sta­tis­ti­ka­dan be­lə mə­lum olur ki, er­kən yaş­da ana olan azər­bay­can­lı qız­la­rın sa­yı hər il bir ne­çə yüz nə­fər ar­tır.

Ai­lə, Qa­dın və Uşaq Prob­lem­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­si səd­ri­nin mü­a­vi­ni Sə­da­qət Qəh­rə­ma­no­va bir ne­çə gün ön­cə mət­bu­a­ta açıq­la­ma­sın­da qeyd edib ki, il ər­zin­də 15-17 yaş­lı qız­lar 3 mi­nə ya­xın uşaq dün­ya­ya gə­ti­rir­sə, bu bi­zi na­ra­hat et­mə­li­dir: "Bu qə­dər uşaq dün­ya­ya göz açır­sa, bu­nun­la bağ­lı qa­nun­ve­ri­ci­li­yə uy­ğun ola­raq han­sı say­da gü­nah­kar­lar mə­su­liy­yə­tə cəlb edi­lir? Bu sa­hə­də hü­quq-mü­ha­fi­zə or­qan­la­rı ilə bə­ra­bər di­gər ic­ra struk­tur­la­rı da qa­nun­ve­ri­ci­li­yi po­zan in­san­la­rın mə­su­liy­yə­tə cəlb olun­ma­sın­da ak­tiv iş­ti­rak et­mə­li­dir. Yer­li or­qan­lar da bu sa­hə­də prob­lem­lə­rə həs­sas­lı­ğı­nı ar­tır­ma­lı­dır".

Qeyd edək ki, or­ta mək­tə­bi bi­tir­mə­yən qız­la­rın ai­lə qur­ma­sı ilə bağ­lı nə qə­dər mü­ba­ri­zə apa­rıl­sa da, prob­lem həll olun­ma­mış qa­lır.

15-17 yaş­lı qız­la­rın ana ol­ma­sı doğ­ru­dan da acı­na­caq­lı hal­dır. On­la­rın həm­ya­şıd­la­rı əlin­də ki­tab dər­sə get­di­yi hal­da, o, ev­də uşaq sax­la­yır.

Psi­xo­loq Kö­nül Va­qif­qı­zı "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd

et­di ki, mək­təb yaş­lı qız­la­rın ana ol­ma­sı on­lar üçün ağır zər­bə­dir: "Həm­ya­şıd­la­rı əl­lə­rin­də ki­tab mək­tə­bə yol­la­nar­kən on­lar uşaq əmiz­dir­mə­li olur. Bu on­la­ra psi­xo­lo­ji trav­ma­dır. Ai­lə qay­ğı­la­rı, uşa­ğın tər­bi­yə­si ilə bağ­lı prob­lem­lər za­man keç­dik­cə on­la­rın psi­xi­ka­sı­na mü­əy­yən mən­fi tə­sir­lər gös­tə­rir. Qu­ru­lan ai­lə­də ai­lə­da­xi­li mü­na­si­bət­lər doğ­ru tən­zim­lən­mə­dik­cə, prob­lem­lər ya­ra­nır. Çox vaxt on­la­rın şi­ka­yə­ti uşa­ğa bax­maq­la bağ­lı olur. Çün­ki on­lar öz­lə­ri hə­lə uşaq­dır. Bu prob­lem­lər ai­lə qu­ran za­man ilk vaxtlar özü­nü bü­ru­zə ver­mir. Bu na­ra­hat­lıq özü­nü xü­su­si bir for­ma­da gös­tər­mə­yə də bi­lər. Za­man keç­dik­cə, bu trav­ma­nın tə­si­ri on­la­rın psi­xi­ka­sın­da özü­nü gös­tə­rir. Dep­res­siv hal­lar olur, sə­bəb­siz ağ­la­yır­lar, aq­res­siv olur­lar. Bu uşaq­la­rın bö­yüt­dü­yü uşaq­lar ye­ni­yet­mə ya­şı­na ça­tan­da ana­da yo­rul­ma baş ve­rir, hə­yat­dan zövq ala bil­mir, hər şey­dən na­ra­zı olur. Əsa­sən uşaq yaş­da ai­lə qu­ran qız­lar təh­sil ala bil­mir. Təh­sil alan qız­lar mü­əy­yən qə­dər cə­miy­yə­tə adap­ta­si­ya olur. Təh­sil­siz adam­la­rın çev­rə­si çox dar olur, ət­raf­la kom­mu­ni­ka­si­ya­la­rı zə­if­lə­yir. Ev, mə­i­şət qay­ğı­la­rı, za­man keç­dik­cə, on­la­rın psi­xo­lo­ji du­ru­mun­da mü­əy­yən prob­lem­lər ya­ra­dır. Ai­lə qur­maq ba­xı­mın­dan qız­lar üçün 20-21, oğ­lan­lar üçün isə 24-25 yaş ide­al­dır".

So­si­o­loq Ay­tə­kin Kam­ran­qı­zı he­sab edir ki, uşaq yaş­da qız­la­rın ərə ve­ril­mə­si uşaq hü­quq­la­rı­nın po­zul­ma­sı ilə bə­ra­bər, həm də cin­si is­tis­mar de­mək­dir: "Mək­təb yaş­lı qız­lar cin­si hə­ya­tın nə de­mək ol­du­ğu­nu dərk et­mir. Bu on­la­ra tək fi­zi­o­lo­ji de­yil, ey­ni za­man­da, psi­xo­lo­ji də mən­fi tə­sir edir. Er­kən ev­li­lik son nə­ti­cə­də mil­li ge­ne­fon­dun zə­də­lən­mə­si­nə sə­bəb olur. Ki­çik bir sta­tis­ti­ka­nı da de­yim si­zə, ha­zır­da dün­ya­da hər il 10-12 mil­yon qız uşa­ğı er­kən ev­li­li­yə məc­bur edi­lir. Er­kən ni­kah­la­ra da­ha çox Af­ri­ka və Cə­nu­bi Asi­ya­da rast gə­li­nir. Av­ro­pa­da ev­li­lik­lə­rin 10 fa­i­zi er­kən ni­kah­dır­sa, Af­ri­ka və Cə­nu­bi Asi­ya­da bu rə­qəm 70 fa­i­zi ke­çib. Ni­ge­ri­ya­da 75, Çad­da 72, Banqla­deş­də 66 fa­iz­lik sta­tis­ti­ka­ya ma­lik er­kən ni­kah dün­ya­nın ən va­cib prob­le­mi ola­raq qa­lır. Mən qor­xu­ram ki, ya­xın il­lər­də biz də bu sta­tis­tik si­ya­hı­da yer alaq".

Gi­ne­ko­loq Pər­va­nə Mus­ta­fa­ye­va bi­zim­lə söh­bə­tin­də de­di ki, qız­la­rın 14 yaş­da ai­lə qur­ma­sı və öv­lad dün­ya­ya gə­tir­mə­si o ai­lə üçün fa­ci­ə­nin baş­lan­ğı­cı de­mək­dir: "Mək­təb yaş­lı qız­la­rın ha­mi­lə­li­yi risq qru­pu­na da­xil­dir. Çün­ki on­lar­da bə­dən tam for­ma­laş­ma­mış en­dok­rin sis­te­min, mad­də­lər mü­ba­di­lə­si­nin po­zul­ma­sı baş ve­rə bi­lər. Epi­lep­si­ya, dar ça­naq ola bi­lər, bun­lar isə risqli he­sab olu­nur. Bə­dən for­ma­laş­ma­dı­ğı­na gö­rə dü­şük­lər olur. Çün­ki uşaq­lıq ye­tiş­mə­dən ha­mi­lə­li­yin ol­ma­sı risqli­dir. Bun­dan baş­qa, do­ğuş ağır pa­to­lo­gi­ya­lı, trav­ma­tik, instru­men­tal, cər­ra­hi ola bi­lər. Ye­ni­yet­mə döv­rün­də ha­mi­lə­lik olar­sa, bu tip prob­lem­lə­rin ya­ran­ma­sı in­kar olun­mur".

"Və­fa" So­si­al-İc­ti­mai Prob­lem­lə­rə Dəs­tək Bir­li­yi­nin rəh­bə­ri Fa­ti­mə Ha­cı­bəy­li he­sab edir ki, er­kən ni­kah prob­le­mi uzun il­lər­dir mü­za­ki­rə olu­nur: "Bəl­li­dir ki, o yaş­da olan qız­lar öz is­tə­yi ilə de­yil, va­li­deynlə­ri­nin tə­ki­di nə­ti­cə­sin­də məc­bu­ri ərə ve­ri­lir. 14-15 yaş­lı qız­la­rın öz­lə­ri­nin ana­ya eh­ti­ya­cı ol­du­ğu bir vaxtda ana ol­ma­sı da bir prob­lem­dir. Çün­ki bu qız­lar çox za­man öv­lad tər­bi­yə­sin­dən xə­bər­siz olur. Bu da hə­yat təc­rü­bə­si­nə ma­lik ol­ma­yan in­sa­nın ye­tiş­dir­di­yi uşa­ğın da dün­ya­gö­rü­şü­nə tə­sir gös­tə­rir".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, er­kən ev­li­li­yə məc­bur edi­lən qız­la­rı yal­nız on­la­rın təh­sil al­dı­ğı mək­təb bu prob­lem­dən qur­ta­ra bi­lər: "Mək­təb rəh­bər­li­yi, qı­zın mü­əl­li­mi hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­na vax­tın­da şi­ka­yət et­sə ki, mə­sə­lən, 14 yaş­lı şa­gir­di va­li­dey­nin is­ra­rı ilə ərə ve­ri­lir, hü­quq-mü­ha­fi­zə or­qan­la­rı hə­min pe­da­qo­qun şi­ka­yə­ti­ni nə­zə­rə alıb, o cür ev­li­lik­lə­rin baş tut­ma­sı­na ma­ne olar".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər