27/04/2017 13:01
728 x 90

ATU-nun Təd­ris Te­ra­pev­tik Kli­ni­ka­sı­nın Kar­di­o­lo­gi­ya şö­bə­sin­də uni­kal ye­ni­lik...

img

Azər­bay­can Tibb Uni­ver­si­te­ti­nin (ATU) Təd­ris-Te­ra­pev­tik Kli­ni­ka­sı­nın Kar­di­o­lo­gi­ya şö­bə­si in­no­va­tiv restruk­tu­ri­za­si­ya və mo­dernləş­mə iş­lə­ri­nin mü­vəf­fə­qiy­yət­lə ba­şa çat­dı­rıl­ma­sın­dan son­ra fə­a­liy­yə­ti­ni tam şə­kil­də bər­pa edib.

Kli­ni­ka­nın 10-cu mər­tə­bə­sin­də yer­lə­şən bu şö­bə­nin bir his­sə­si mü­a­yi­nə­lər, di­gər his­sə­si isə sta­si­o­nar mü­a­li­cə məq­sə­di­lə qə­bul olun­muş xəs­tə­lər üçün nə­zər­də tu­tu­lub. An­gi­oq­ra­fi­ya, stend və baş­qa mü­əy­yən in­va­ziv mü­a­yi­nə­lə­rə aid ci­haz­lar isə kli­ni­ka­nın bi­rin­ci mər­tə­bə­sin­də qu­raş­dı­rı­lıb. Kar­di­o­lo­gi­ya ilə bağ­lı hər bir la­zı­mi və mü­a­sir ava­dan­lıq­la­ra bu­ra­da rast gəl­mək müm­kün­dür. Kar­di­a­lo­gi­ya şö­bə­sin­də xü­su­si qey­diy­yat ota­ğı və 9 pa­la­ta fə­a­liy­yət gös­tə­rir.

ATU-nun rek­to­ru, pro­fes­sor Gə­ray Gə­ray­bəy­li Təd­ris Te­ra­pev­tik Kli­ni­ka­nın ye­ni­cə is­ti­fa­də­yə ve­ri­lə­cək Kar­di­o­lo­gi­ya şö­bə­si ilə ta­nış ola­raq, be­lə ye­ni­lik­lə­rin çox va­cib ol­du­ğu­nu qeyd edib. Bu­ra­da qu­raş­dı­rı­lan ava­dan­lıq­lar­la ta­nış olan rek­tor mər­kə­zin qu­ru­cu­la­rı və kli­ni­ka rəh­bər­li­yi ilə bir sı­ra fi­kir mü­ba­di­lə­si apa­rıb. Rek­tor G.Gə­ray­bəy­li bil­di­rib ki, əv­vəl­cə ATU-da təh­sil alan  tə­lə­bə­lər, re­zi­dentlər bu ye­ni­lik­lər­lə ta­nış ol­ma­lı, la­zı­mi bi­lik­lər əl­də et­mə­li­dir. Rek­tor bu ye­ni mər­kəz­də tez­lik­lə hə­kim­lər tə­rə­fin­dən apa­rı­lan pre-in­va­ziv, in­va­ziv mü­da­xi­lə­lə­rin dərs ota­ğı­na tə­lə­bə­lər üçün translya­si­ya edil­mə­si­nin təd­ris­də çox va­cib bir ye­ni­lik ol­du­ğu­nu qeyd edib: "Bi­zim ye­ni­lik­lə­ri­miz iki yön­lü­dür - bir tə­rəf­dən xəs­tə məm­nu­niy­yə­ti və di­gər tə­rəf­dən tə­lə­bə təh­si­li. Bu­na gö­rə də ilk ola­raq bu­ra­da apa­rı­lan iş­lə­ri tə­lə­bə­lər prak­tik ola­raq gör­mə­li­dir­lər ki, əl­də et­dik­lə­ri bi­lik­lər və prak­tik vər­diş­lər on­la­rın dərslə­ri­nə bi­la­va­si­tə kö­mək ol­sun. Dərs ota­ğın­da be­lə bir şə­ra­i­tin ya­ra­dıl­ma­sı ol­duq­ca va­cib­dir".

Mər­kə­zin rəh­bə­ri F.Əli­yev bil­di­rib ki, Azər­bay­can­da tex­ni­ki ba­xım­dan mü­a­sir olan və ha­zır­da bu cür in­cə­lik­də, də­qiq­lik­də exo­kar­di­oq­ra­fi­ya edən, mü­rək­kəb di­aq­nos­tik pro­se­du­ra­la­rı be­lə də­qiq­lik­də hə­ya­ta ke­çi­rən ikin­ci bir mər­kəz yox­dur.

Qeyd edək ki, sö­zü­ge­dən mər­kəz­də Azər­bay­can­da ilk də­fə ola­raq "Transte­li­fo­nik EKQ hol­ter" mü­a­yi­nə­si ci­ha­zı da yer­ləş­di­ri­lib. Bu apa­rat ürək­də baş ve­rən gün­də­lik də­yi­şik­lik­lə­rin iz­lə­nil­mə­si üçün ən son və ən ye­ni ava­dan­lıq­dır. Azər­bay­can­da ilk də­fə ATU-nun Təd­ris Te­ra­pev­tik Kli­ni­ka­sı­nın Kar­di­o­lo­gi­ya şö­bə­si­nin po­lik­li­ni­ka­sın­da qu­raş­dı­rı­lan bu apa­rat, elə­cə də di­gər in­no­va­tiv ci­haz­lar həm kli­ni­ka­da mü­a­yi­nə və mü­a­li­cə olu­nan xəs­tə­lər, həm də bu mü­a­li­cə və təd­ris mü­əs­si­sə­sin­də təh­sil alan tə­lə­bə və re­zi­dentlər üçün tibb el­mi­nin kar­di­o­lo­gi­ya sa­hə­si­nin ən son na­liy­yət­lə­ri­nə əsas­la­nan uni­kal ye­ni­lik­lər­dir. Bu ye­ni­lik­lər­dən hər kəs bəh­rə­lə­nə bi­lər. 

Ba­ki-xe­ber.com

Son xəbərlər