18/08/2017 09:05
728 x 90

Azər­bay­can­lı uşaq­la­rın cis­ma­ni cə­za­lar­dan mü­da­fiə qa­nu­nu...

"Uşaq­la­ra qar­şı zo­ra­kı­lı­ğın qar­şı­sı­nı al­maq üçün tək­cə in­zi­ba­ti me­tod­lar ki­fa­yət et­mir"

img

Yu­sif Bə­ki­rov: "Azər­bay­can­da uşaq­la­ra cis­ma­ni cə­za­la­rı qa­da­ğan edən xü­su­si qa­nu­nun qə­bul olun­ma­sı­na eh­ti­yac var"

 

Son za­man­lar Azər­bay­can­da uşaq hü­quq­la­rı­nın qo­run­ma­sı sa­hə­sin­də müx­tə­lif təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir.

Mə­lu­mat­la­ra gö­rə, "Uşaq­la­rın cis­ma­ni cə­za­dan mü­da­fi­ə­si haq­qın­da" qa­nun la­yi­hə­si ha­zır­la­nır. Azər­bay­can Om­budsman Apa­ra­tı Mil­li Məc­li­sə (MM) "Uşaq­la­rın cis­ma­ni cə­za­dan mü­da­fi­ə­si haq­qın­da" qa­nu­nun qə­bu­lu­nu tək­lif edib. Om­budsman Apa­ra­tı­nın rəh­bə­ri Ay­dın Sə­fi­xan­lı me­dia nü­ma­yən­də­lə­ri­nə açıq­la­ma­sın­da de­yib ki, ar­tıq sö­zü­ge­dən qa­nun la­yi­hə­si bey­nəl­xalq ekspertlə­rin iş­ti­ra­kı ilə Om­budsman Apa­ra­tı tə­rə­fin­dən ha­zır­la­na­raq par­la­men­tə təq­dim edi­lib: "Uşaq hü­quq­la­rı haq­qın­da ümu­mi nor­ma­lar "Uşaq hü­quq­la­rı haq­qın­da" Qa­nun­da, İn­zi­ba­ti Xə­ta­lar Mə­cəl­lə­sin­də və s. var. Am­ma ye­ni la­yi­hə da­ha konkret­dir və mə­sə­lə­lə­ri da­ha de­tal­lı şə­kil­də özün­də əks et­di­rir. Bu la­yi­hə cis­ma­ni cə­za­dan mü­da­fiə ilə bağ­lı mə­sə­lə­lə­ri tən­zim­lə­yir. La­yi­hə­nin məq­sə­di uşaq hü­quq­la­rı­nın da­ha sə­mə­rə­li mü­da­fi­ə­si üçün on­la­rı zo­ra­kı­lıq­dan, ko­bud­luq­dan qo­ru­maq­dır".

A.Sə­fi­xan­lı qeyd edib ki, Om­budsman Apa­ra­tı uşaq­la­rın zo­ra­kı­lıq­dan qo­run­ma­sı məq­sə­di­lə MM-ə bu kon­ven­si­ya­nın ra­ti­fi­ka­si­ya­sı ilə bağ­lı mü­ra­ci­ət edib.

Uşaq hü­quq­la­rı üz­rə ekspert Yu­sif Bə­ki­rov bi­zim­lə söh­bə­tin­də qeyd et­di ki, uşaq­la­ra qar­şı zo­ra­kı­lıq hal­la­rı­na is­tə­ni­lən əra­zi­də rast gəl­mək olar: "Uşaq­la­ra qar­şı zo­ra­kı­lıq on­la­rın əmə­yi­nin is­tis­mar edil­mə­sin­dən tut­muş, psi­xo­lo­ji, mə­nə­vi və sek­su­al zo­ra­kı­lı­ğa qə­dər hal­lar­da rast gə­li­nir. Da­ha dəh­şət­li­si isə odur ki, be­lə zo­ra­kı­lıq hal­la­rı uşaq­la­rın ya­xın qo­hum­la­rı, xü­su­sən va­li­deynlə­ri tə­rə­fin­dən tö­rə­di­lir. Məhz bu ba­xım­dan Azər­bay­can­da uşaq­la­ra cis­ma­ni cə­za­la­rı  qa­da­ğan edən xü­su­si qa­nu­nun qə­bul olun­ma­sı gün­də­mə gə­lib. Be­lə bir qa­nu­nun qə­bul olun­ma­sı­na eh­ti­yac var. Mə­lu­mat üçün bil­di­rim ki, uşaq­la­ra cis­ma­ni cə­za­la­rın ve­ril­mə­si­ni qa­da­ğan edən nor­ma­lar "Təh­sil haq­qın­da" Qa­nun­da, elə­cə də Ai­lə Mə­cəl­lə­sin­də yer alıb. Ey­ni za­man­da, "Mə­i­şət zo­ra­kı­lı­ğı haq­qın­da" Qa­nun­da uşaq­la­rın ai­lə­də zo­ra­kı­lı­ğa mə­ruz qal­ma­sı­nı qa­da­ğan edən nor­ma­lar əks olu­nub. Bu zo­ra­kı­lıq tək cis­ma­ni de­yil, həm də mə­nə­vi və iq­ti­sa­di for­ma­lar­da ba­şa dü­şü­lür".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, uşaq­la­ra qar­şı zo­ra­kı­lı­ğın qar­şı­sı­nı al­maq üçün tək­cə in­zi­ba­ti me­tod­lar ki­fa­yət et­mir: "İlk növ­bə­də zo­ra­kı­lı­ğın ma­hiy­yə­ti dərk edil­mə­li­dir ki, on­dan ya­yın­maq müm­kün ol­sun. Çün­ki çox hal­lar­da zo­ra­kı­lıq an­caq dö­yül­mə fak­tı ilə əsas­lan­dı­rı­lır. Əs­lin­də isə uşaq­la­rın qi­da­dan məh­rum edil­mə­si, on­la­rın təh­sil­dən ya­yın­dı­rıl­ma­sı, is­ti­ra­hə­ti­nin məh­dud­laş­dı­rıl­ma­sı, qız­la­rın er­kən yaş­da ərə ve­ril­mə­si də zo­ra­kı­lıq hal­la­rı­nı özün­də əks et­di­rir. Nə­zə­rə al­maq la­zım­dır ki, Azər­bay­can­da bu sa­hə­də möv­cud prob­lem­lər kü­çə uşaq­la­rı, uşaq ev­lə­rin­dən çı­xan uşaq­la­rın üz­ləş­dik­lə­ri çə­tin­lik­lə­ri, məş­ğul­luq və ya­şa­yış ye­ri ilə tə­min olun­ma, er­kən ni­kah­lar, qız­la­rın təh­sil­dən kə­nar­da qal­ma­sı, ai­lə da­xi­lin­də uşaq­la­ra qar­şı şid­dət hal­la­rı və s. ilə bağ­lı­dır. Qeyd olu­nan mə­sə­lə­lə­rin həl­li ilə bağ­lı döv­lət tə­rə­fin­dən təd­bir­lər gö­rül­sə də, bu prob­lem­lə­rin ya­ran­ma­sın­da va­li­deyn mə­su­liy­yət­siz­li­yi önəm­li rol oy­na­yır. Yə­ni uşaq prob­lem­lə­ri­nin mey­da­na çıx­ma­sın­da əsas sə­bəb va­li­deyn mə­su­liy­yət­siz­li­yi­dir və il­lər­lə bu mə­sə­lə həl­li­ni tap­ma­mış qa­lır. Va­li­deynlər hət­ta qa­da­ğa­la­ra mə­həl qoy­ma­dan uşaq­la­ra qar­şı zor tət­biq et­mə­yi da­vam edir­lər".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər