18/01/2017 13:58
728 x 90

Azərbaycanda xəstələrin hüquqları ayrıca qanunla qorunacaq

img

"Azərbaycanda “Pasiyentlərin hüquqlarının qorunması haqqında” yeni qanun layihəsi hazırlana bilər". Bunu Trend-ə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqinə artıq start verilib: “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun da icbari tibbi sığorta ilə sıx bağlı olacaq bir qanundur. Hesab edirəm ki, biz komitə olaraq yaz sessiyasında bunun da üzərində işlərə başlaya bilərik”.

Millət vəkili əlavə edib ki, “Psixoloji yardım haqqında” qanun layihəsi artıq bütün müvafiq qurumlarla razılaşdırılıb: “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi ilə bağlı məsələlər də həllini tapıb. Hər iki qanun layihəsi bu il Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarıla bilər".

Son xəbərlər