18/03/2019 18:38
728 x 90

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı Ermənistan təcavüzkarlığına ağır zərbə faktoruna çevrilir

img

Hərbi müstəvidə Azərbaycanın qurduğu çoxsaylı beynəlxalq əməkdaşlıq bu gün ölkəmizə böyük üstünlüklər qazandırmaqda, çoxsaylı müasir hərbi texnikanın idxalına imkan yaratmaqdadır. Bu xüsusda Azərbaycanın yaxından əməkdaşlıq etdiyi ölkələrdən biri də işğalçı Ermənistanı bir dövlət  olaraq tanımayan Paksitandır.

Azərbaycan və Pakistan arasında müxtəlif, o cümlədən də hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir. Pakistanın “Disatch News Desk” agentliyi yazır ki, məsələ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin bu ölkənin federal müdafiə naziri Pərviz Xattaq ilə görüşündə yenidən müzakirə mövzusu olub. Görüşdə Pərviz Xattaq vurğulayıb ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azərbaycanın yanındadır və bu mövqe sonra da davam etdiriləcək. O bildirib ki, Azərbaycanın strateji mövqeyi, iqtisadiyyatının sürətlə inkişaf etməsi qardaş Pakistanı sevindirir: “Pakistan Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi istiqamətdə əlaqələrin genişləndirilməsində maraqlıdır”.

Bu arada o da bəlli olub ki, martın 23-də İslamabadda keçiriləcək hərbi paradda Azərbaycan ordusunun bir qrup hərbi qulluqçusu iştirakçı qismində çıxış edəcək. Parada Azərbaycan Ordusunun bir nümunəvi bölməsi və paraşütçüləri qatılacaq. Azərbaycan hərbçiləri ayrıca qutu şəklində tribuna önündən keçid edəcək. Paraşütçülər isə meydanın üzərində Azərbaycan və Pakistanın bayraqlarını açacaqlar.  Qeyd edək ki, bu, Azərbaycan Ordusunun şəxsi heyətinin Rusiyanın Moskva və Fransanın Paris şəhərlərində İkinci Dünya müharibəsinin başa çatmasına həsr olunmuş hərbi paradlarında iştirakından sonra ölkə xaricində qatıldıqları üçüncü hərbi paraddır. Paradda yüksək səviyyəli qonaq qismində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, eləcə də Azərbaycanın ayrı-ayrı qurumlarından nümayəndələr iştirak edəcək. Bütün bunlar bir daha iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu təsdiqləyir.

Hazırda Azərbaycan üçün maraq doğuran əsas məqamlardan biri Pakistandan “ JF Thunder” qırıcılarının alınmasıdır. Görülən tədbirlər nəticəsində yaxın tezlikdə bu qırıcıların ordumuzun ixtiyarında olması gözlənir. Elə bu da Ermənistanda ciddi təşvişə yol açmaqdadır. Erməni hərbi ekspert Vaan Ambartsumyan bu qırıcıların alınmasından sonra Azərbaycanın hərbi üstünlüyünü daha da artıracağını etiraf edir. Onun sözlərinə görə, Ermənistanın Rusiyadan 4 Su-30SM qırıcılarını alacağı məlum olan kimi Azərbaycan “Thunder JF-17 Block 2” qırıcılarının alınmasına dair Pakistanla danışıqları fəallaşdırdı.

Xatırladaq ki, bundan əvvəl də Vaan Ambartsumyan Azərbaycanın Hərbi Hava Qüvvələrinin imkanları barədə danışaraq, erməni ictimaiyyəti üçün təşviş doğuracaq informasiyalar açıqlamışdı. Bildirmişdi ki, Azərbaycan Türkiyədən aldığı SOM supermüasir hava-yer raketləri ilə İtaliyadan böyük partiyada sifariş verdiyi “Alenia Aeromachi” M-346 təlim-döyüş təyyarələrini təchiz edəcək. Bu raketlərə qarşı müdafiə vasitələri mövcud deyil və onlar Ermənistanın S-300 zenit-raket komplekslərinin özlərini asanlıqla məhv edə bilər. Ambartsumyan sensasion iddia irəli sürərək deyib ki, Azərbaycan Rusiyadan Su-30 MKM qırıcılarını da almaq istəyir və artıq öz pilotlarını bu tipli təyyarələrdə təlim keçmək üçün Əlcəzairə göndərib. Indi isə Ambarstumyan iddia edir ki, Azərbaycan neçə vaxtdır maraq göstərdiyi JF-17  qırıcılarını almaq üçün artıq müqavilə bağlayıb: “Mən deyə bilmərəm ki, onlar həmin qırıcılardan neçə vahid alacaqlar, lakin Bakı onları elə bu il almağı planlaşdırır. Mahiyyətcə bunlar Çinin FC-1 Xiaolong qırıcılarının Pakistanda yığılan variantıdır, lakin göstəriciləri yaxşılaşdırılıb. Pakistan versiyası hava döyüşünün aparılması, yerüstü, yeraltı və suüstü hədəflərin vurulması üçün nəzərdə tutulub. Onun əsas üstünlüklərindən biri budur ki, Rusiyadakı rəqibi Su-30 SM-lə müqayisədə xeyli ucuzdur, döyüş xarakteristikasına görə isə ondan heç nə ilə geri qalmır”. Erməni hərbi ekspert qeyd edib ki, Pakistan qırıcılarının döyüş xarakteristikaları əsasən onda Çin istehsalı olan xüsusi asqı konteynerinin yerləşdirilməsi imkanına görə artır. Pakistanlılar isə bu asqını daha müasir və mükəmməl Türkiyə asqı konteyneri “ASELPOD”la əvəz ediblər. Ambarstumyana görə, Bakının silahlanma sahəsində son addımları, xüsusən də hava döyüş texnikası sahəsində sövdələşmələri Azərbaycanın Qarabağ məsələsini hərbi yolla həll etməyə hazırlaşdığını göstərir.

Bu arada o da məlum olub ki, Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan yeni silahı da sınaqdan keçirib. Pakistanın “The Express Tribune” qəzeti yazır ki, bu uğurlu sınaqdan sonra “JF-17 Thunder” gecə və gündüz yüksək dəqiqliklə müxtəlif hədəfləri nəzarətdə saxlaya biləcək. Yeni silah pakistanlı mütəxəssislər tərəfindən quraşdırılıb. Xatırladaq ki, “JF-17 Thunder” qırıcıları “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu AircraftIndustry Corporation” şirkətlərinin birgə layihəsidir. Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcılarını almaq üçün çoxdandır müzakirələr aparır. Bu yaxınlarda belə məlumatlar yayılmışdı ki, Bakı azı iki eskadrilyanı silahlandırmağa bəs edəcək sayda qırıcı sifariş verməyə hazırlaşır. Onu da bildirək ki, “JF-17 Thunder” yüngül qırıcılardır və xüsusən dağlıq relyefdə döyüş əməliyyatlarının aparılması üçün əlverişlidir.

Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert  Kayzer Tufayl bildirir ki, “JF-17 Thunder” qırıcıları Azərbaycan üçün çoxsaylı üstünlüklər vəd edir: “Bu təyyarələrin dağlıq ərazidəki döyüş əməliyyatlarında istifadə edilməsi ilə əlaqədar olaraq deyə bilərəm ki, onlar belə şəraitdə asanlıqla fəaliyyət göstərə bilər. JF-17-də olan KLJ-7 radarları çox səmərəlidir və yerdən müdaxiləni dəf edə bilir. Bu təyyarələrdə uçan pilotlar bu radarları F-16-nın APG-68V radarı ilə müqayisə edir və onu tərifləyirlər. Yeri gəlmişkən, JF-17 qırıcıları Türkiyənin SOM raketlərinə bənzər iki ədəd qanadlı raketi daşıya bilir. Mənim sözlərimin təsdiqi kimi, Hərbi Hava Qüvvələrinin JF-17-də quraşdırılan Pakistanın "Raad" qanadlı raketinin sınaqlarını müvəffəqiyyətlə keçirməsini göstərə bilərəm. SOM kimi, "Raad" raketi də "stels" texnologiyadan istifadə edilərək yaradılıb ki, bu da ona düşmən radarı tərəfindən aşkar edilməsinə imkan vermir. JF-17 Azərbaycan üçün ideal seçimdir. Bununla yanaşı, Azərbaycan üçün digər bir üstünlük də Pakistanın zəruri hallarda təyyarələrin texniki xidmətində yardım göstərməyindən ibarət olacaq. Hərbi əməliyyatlar baxımından bu mühüm amildir”.

Lakin Azərbaycanı təkcə “JF-17 Thunder” qırıcıları maraqlandırmır. Azər­bay­can Pa­kis­tan­dan digər hər­bi tex­no­lo­gi­ya, si­lah­lar və mü­da­fiə tə­yi­nat­lı di­gər məh­sul­lar id­xal et­məkdə maraqlıdır.

Məlumat üçün bildirək ki, Pa­kis­tan Asi­ya re­gi­o­nun­da güc­lü hər­bi sə­na­ye komplek­si­nə ma­lik öl­kə­lər­dən bi­ri­dir. Bu hər­bi-sə­na­ye komplek­si Pa­kis­tan or­du­su­nun ki­çik atı­cı si­lah­lar­dan tut­muş tankla­ra və ar­til­le­ri­ya va­si­tə­lə­ri­nə, təy­ya­rə­lər­dən tut­muş bal­lis­tik ra­ket­lə­rə, ən müx­tə­lif dö­yüş sur­sat­la­rı­na qə­dər prak­ti­ki ola­raq bü­tün eh­ti­yac­la­rı­nı ödə­yə bi­lir. Azər­bay­can üçün isə Pak­si­ta­nın uzaq­mən­zil­li ra­ket­lə­ri və hər­bi təy­ya­rə­lə­ri da­ha çox ma­raq do­ğu­rur. Çün­ki Pa­kis­tan 2 min ki­lo­met­rə qə­dər mən­zil­li bal­lis­tik ra­ket­lə­rə ma­lik­dir. Ha­zır­da bu öl­kə qi­tə­lə­ra­ra­sı bal­lis­tik ra­ket is­teh­sa­lı üzə­rin­də iş­lə­yir. Pa­kis­ta­nın hər­bi sə­na­ye­si Çin tex­no­lo­gi­ya­sı əsa­sın­da 300 ki­lo­metrdən 3000 ki­lo­met­rə­dək hə­dəf­lə­ri vu­ra bi­lən bal­lis­tik ra­ket­lər is­teh­sal edir. Bun­la­ra “Xətf-1”, “Xətf-2”, “Xətf-1A”, “Xətf-4”, “Xətf-9” ra­ket­lə­ri da­xil­dir. Bun­dan əla­və, Pa­kis­tan hər­bi sə­na­ye­si "Ba­bur" və "Ra­ad" qa­nad­lı ra­ket­lə­ri, yük­sək də­qiq­lik­li H-2 qa­nad­lı ra­ke­ti is­teh­sal edir. Bu raketlərin müəyyən növlərinin idxalı Azərbaycan üçün maraqlıdır. Pakistan istehsalı olan orta mənzilli “Şahin” ballistik raketləri də çoxdan Azərbaycanı maraqlandırır.

Azər­bay­can Pa­kis­tan­dan 750 ki­lo­metr mən­zil­li “Şa­hin-1" bal­lis­tik ra­ket­lə­ri­ni al­maq­da ma­raq­lı tə­rəf ki­mi çı­xış edir. Qeyd edək ki, “Şahin” raketlərinin bir neçə modifikasiyası mövcuddur. Çin texnologiyasının köməyilə istehsal edilən və Hindistanla qarşıdurmada Pakistanın əsas çəkindirici elementi olan “Şahin” ballistik raketlərinin radiusu 500-600 kilometrdən 2300 kilometrə qədər dəyişir. Raketlər 700-1230 kq ağırlığında müxtəlif modifikasiyalı döyüş başlıqları daşıya bilir. Düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün raketlərin döyüş başlığı hədəfə yaxınlaşanda əsas blokdan ayrılır. Raketlər 12-oxlu mobil platforma üzərində yerləşdirilib. Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməsindən sonra  bu raketlərin də alınmasına dair müəyyən danışıqlar gedib və yaxın tezlikdə həmin raketlərin müəyyən partiyasını ölkəmizə gəlişi gözləniləndir.

Rusiyalı hərbi ekspert Pavel Felqenhauer də Paksitanın Azərbaycana raket satışını tamamilə mümkün sayır: “Pakistan Azərbaycana orta uzaqmənzilli raketlər verə bilər. Bu raketlər Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raket komplekslərinə qarşı istifadə edilə bilər”. Onun sözlərinə görə, Pakistan şəxsi raket sistemlərini istehsal edir: “İstisna deyil ki, Azərbaycan və Pakistan bu raket sistemlərinin çatdırılması haqqında razılaşıb və bu raketlər Azrbaycanın hərbi mövqelərini daha da gücləndirəcək”. Felqenhauer qeyd edib ki, Pakistan Azərbaycana silahı Rusiya və İsraildən daha ucuz qiymətə satacaq. Bütün bunlar Azərbaycan-Paksitan hərbi əməkdaşlığının yüksək səmərə verdiyini aydın surətdə nümayiş etdirir. Elə Ermənistanı da qorxudan məqam məhz budur. Düşmən bilir ki, zəbt edilmiş əraziləri könüllü tərk etməsə, Azərbaycan Paksitan və digər ölkələrdən aldığı, eləcə də öz istehsalı olan silahları düşmənə qarşı tətbiq etməli olacaq. Bu isə Ermənistanın sonu deməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər