24/03/2019 03:48
728 x 90

MDB-də istehlakın bahalaşmasına görə Ermənistan “lider” oldu…

“Ermənistanda qiymət artımı tək istehlak mallarında deyil, bir sıra sahələrdə özünü uzun müddət göstərəcək”

img

Aydın Hüseynov: “Xaricdə yaşayan ermənilər tərəfindən ölkəyə göndərilən valyutanın azalması…”

 

2019-cu ilin yanvarında MDB ölkələrində sənaye istehsalı keçən ilin analoji dövrü ilə müqayisədə 1,3% artıb. Bu barədə məlumatı MDB Statistika Komitəsi yayıb. Məlumata görə, cari ilin yanvarında istehlak qiymətləri MDB ölkələrinin ərazisində 1% yüksəlib.

İstehlak qiymətləri ən çox Ermənistanda (1,7%) yüksəlib. Ondan sonrakı yerləri Özbəkistan (1,5%) və Moldova (1,3%) tutub. Ən az artım isə Qazaxıstan (0,5%), Qırğızıstan (0,4%) və Azərbaycanda (0,2%) qeydə alınıb. Yanvar ayında MDB ölkələri arasında ən çox Tacikistanda ümumdaxili məhsul artımı (7,3%) yaşanıb.

Cari ilin yanvar ayında istehlak qiymətlərinin ən çox Ermənistanda yüksəlməsi barədə fikir bildirən millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanda qiymət bahalaşması hələ uzun müddət davam edəcək. Qiymət artımı tək istehlak mallarında deyil, bir sıra sahələrdə özünü göstərəcək: “Məlumdur ki, Ermənistan artıq özünü dünyadan təcrid etmə dövrünü yaşayır. Çünki həmin ölkə işğalçılıq siyasəti apardığı üçün qonşu ölkələrlə ticarət münasibətləri apara bilmir. Eyni zamanda, Ermənistan regional layihələrdən kənarda qalır. Onu da bildirim ki, Ermənistan diasporun ianələri hesabına yaşayırdı. Ancaq indi diaspor məlum ianələri azaldır. Xaricdə yaşayan ermənilər tərəfindən ölkəyə göndərilən valyutanın azalması qiymət artımına səbəb olur. Təbii ki, bu hal adıçəkilən ölkənin iqtisadiyyatının zəifləməsinə gətirib çıxarır”.

Millət vəkili onu da vurğuladı ki, Ermənistanda səriştəsiz hökumət formalaşıb. Bu hökumət sayəsində Ermənistanın dünya ölkələri ilə əlaqəsi kəsilir: “Düşmən ölkədə daxili resurs, demək olar ki, yox səviyyəsindədir. Bu kimi səbəblər Ermənistan iqtisadiyyatını zəiflədir”.

Günel CƏLİLOVA

Son xəbərlər