30/09/2016 13:59
728 x 90

Fətullah Gülənin qara qutusu kimi tanınan ikinci adamı Türkiyədən qaçdı

img

Türkiyədə Fətullah Gülənin ikinci adamı sayılan Mustafa Özcanın ölkədən qaçdığı ortaya çıxıb. "Axar.az” xəbər verir ki, Mustafa Özcan hələ martın 20-də Brüsselə qaçıb.

Srağagün onun rəhbərlik etdiyi "Kaynak Holding”ə edilən basqından sonra yoxa çıxan Özcan nurçuların maliyyə işlərini idarə edirdi. Hətta onun Güləndən sonra camaata rəhbərlik edəcəyi də bildirilirdi. Nurçuların həm xəzinədarı, həm də qara qutusu kimi tanınan Özcanın bir daha ölkəyə qayıtmayacağı da qeyd olunub.

Amerikalı rəsmilər tərəfindən ölkəyə girişinə qadağa qoyulan Özcan məcbur olaraq Brüsselə qaçıb.

Son xəbərlər