18/03/2019 18:38
728 x 90

Erməni kilsə xadimlərinin dəhşətli korrupsiya faktları dünya mediasına yayıldı...

Qareginin illər öncə bir fəhləyə dediyi sözlər güllə kimi özünə dəyir...

img

Rusiyanın lenta.ru saytı erməni kilsə xadimlərinin korrupsiya və digər bağışlanmaz əməlləri barədə araşdırma yazı dərc edib.

Baki-xeber.com-un xəbərinə görə, yazıda erməni apostol kilsəsi rəhbərlərinin bahalı maşınlarda gəzməsi, silah gəzdirməsi və korrupsiyaya bulaşması konkret faktlarla təqdim olunur, bu əməllərin istər müasir qanunlar, istərsə də dini baxımdan yolverilməzliyinə diqqət çəkilir.

Məqalə müəllifi xatırladır ki, monoton ölkə olan Ermənistanda cəmi 3 milyona yaxın əhali yaşasa da, bütün dünya ölkələrinə səpələnmiş ermənilərin sayı 10-12 milyon civarındadır və onları bir araya gətirən Erməni Apostol Kilsəsidir.

Məsələ burasındadır ki, on ildir bütün ölkə üzrə avtoritetini sürdürən Pariarxın dayaqları ötən ildən laxlamağa başlayıb. Belə ki, Ermənistan əhalisinin böyük bir hissəsi ötən il patriarx II Qareginin istefası tələbilə dəfələrlə  aksiya keçirib, maşınını əhatə edərək çağırışlar səsləndirib, hətta Eçmiədzində kütləvi dava belə baş verib. Bütün bu etirazların əsas motivini isə kilsə xadiminin sultansayağı həyat tərzi keçirməsi təşkil edib. Daha bir səbəb kimi isə onun qohumbazlığı və yerlibazlığı göstərilir və öz sahəsində önəmli postlara qohum və dostlarının yerləşdirildiyi konkret faktlarla təqdim olunur.

Bu etirazlar əslində başlanğıcını daha əvvəldən – 2011-ci ildən götürür. Belə ki, həmin ildə Qaregin özünün doğum gününü təntənəli şəkildə İrəvanın ən bahalı restoranlarından olan “Florence”-də qeyd etməsilə gündəmə gəlib. Onun qonaqları arasında isə, din xadimləri ilə yanaşı, İrəvanın elit təbəqə nümayəndələri, məmurlar və biznesmenlər olub. Həmin restoranın sahibi isə o illərdə yeni mer seçilmiş Karen Karapetyandır.

Məqalədə qeyd olunur ki, Qaregin Eçmiədzinin Dini Seminariyasında “Biznesin əsasları” kursu apararkən dəfələrlə “biz pul qazanmağı bacarmalıyıq” sözünü işlədib və həyatda bunu uğurla tətbiq edə bilib. Belə ki, 2015-ci ildə jurnalistlərin beynəlxalq konsorsiumu “İsveçrə qaymaqları” (Swiss Leaks) adlı araşdırma apararaq bir sıra sənədləri mətbuatda dərc edib ki, həmin sənədlərdə HSBC bankının 1988 – 2007-ci illərdə müştəriləri barəsində məlumatlar yer alıb. Bu müştərilər arasında isə 1,1 milyon ABŞ dolları depoziti ilə II Qareginin də adı olub.

Lakin az qala sultan həyatı yaşayan təkcə II Qaregin deyil. Din xadimlərindən Ararat yeparxiyasınnın arxiyepiskopu Navasard Kçoyan 2011-ci ildə özünün “xaç atasından” 200 min dollarlıq “Benltey Continental Flying Spur” maşını hədiyyə alıb. Jurnalistin bu barədə sualına qıcıqla cavab verən Kçoyan onu “şəxsi həyatına qarışmaqda” suçlayıb. Bu isə onun adının qalmaqalda hallanması ilə bağlı ilk hadisə deyil. Belə ki, 2007-ci ildə Navasard o zamankı baş nazir Serj Sarkisyanın ona qiymətli silah hədiyyə etməsilə diqqətləri üzərinə çəkib və “odlu silah arxiyepiskopun nəyinə gərəkdir” kimi haqlı sualların gündəmə gəlməsinə səbəb olub.

II Qareginin avtomobil azartına gəldikdə, şəhərdə “Mercedes-Benz S-Class”-la gəzən patriarx dağlıq ərazilər üçün məxsusi “Lexus GX460”-dan istifadə edir. Bu azartı isə onu Roma Papası Frensiskin 2016-cı ildə İrəvana səfəri zamanı pis vəziyyətdə qoyub. Belə ki, Fransisk İrəvan küçələrində ağ rəngli “Renault Logan”da hərəkət etdiyi, hətta açıq pəncərəsindən heç bir müdaxilədən çəkinmədən sakinləri salamladığı halda Qaregin görüşə özünün ”Mercedes-Benz” maşınında, həm də “Toyota Land-Cruiser 200” kortejinin müşayiətilə gəlib, Ararat arxiyepiskopu isə “Range Rover Sport”un müşayiətilə özünün “Bentley”sində...

Erməni katolikosunun evi barədə isə məlumatlar o qədər də çox deyil.  Belə ki, o, çox zaman Ermənistanın Vatikanı adlandırılan Eçmiədzin monastır kompleksində yaşayır. Bu monastır kompleksinə isə kənar şəxslərin daxil olması qadağandır. Lakin o da məlumdur ki, bir neçə il əvvəl katolikos İrəvanda şəxsi iqamətgahının tikilməsi üçün ərazi alıb. 2011-ci ildə tikintisinə başlanan iqamətgahın dəyəri 5 milyon dollar civarında qiymətləndirilir. Maraqlıdır ki, həmin ərazidə Müqəddəs Anna kilsəsi də tikilib və bu tikintilərin aparılması üçün Ermənistan Elmlər Akademiyasının bu ərazidə yerləşən Dil İnstitutunun binası sökülüb ki, bu da ciddi qalmaqala səbəb olub.

Katolikosun adının zaman-zaman mətbuatda hallanmasının daha bir səbəbi onun evli olub-olmaması ilə bağlıdır. Belə ki, katolik ruhanilərin evlənməsi dinlə yasaq olduğu halda, müxtəlif zamanlarda fərqli qadınların onun arvadı olması iddiası ilə mətbuata çıxması sirr deyil, hətta onun ərgən yaşda qızlarının da olduğu deyilir. 2012-ci ildə isə məhz bu səbəbdən Qareginin impiçment məsələsi gündəmə gəlib. 2015-ci ildə katolikosa yaxın şəxs “Hraparak” qəzetinə Qareginin qızının 1981-ci ildə anadan olduğunu və nənəsinin xatirəsinə ona Xatun adı qoyulduğunu bildirib.

Evlilikdən savayı, Katolikosun adı bədnam eynicincli əlaqələrdə də hallanır. Elə Ermənistanın özünün “Shame” nəşri yüksək çinli kilsə xadimlərinin bu tip əlaqələrinin araşdırılmasına dair məqalə dərc edib ki, bu siyahıda 20 kilsə xadiminin eynicinsli əlaqələri faktlarla göstərilib. Üstəlik, onun adı uşaqbazlıqda da hallanır ki, eynicinsli əlaqələr dünyanın bəzi ölkələrində adi qəbul olunsa da, uşaqbazlığın bütün dünyada bəhanəsi yoxdur. Ötən illərdə isə II Qareginin qardaşı, Rusiya arxiyepiskopu Ezras Nersisyan azyaşlını zorlamaqda ittiham olunub. Məsələ burasındadır ki, həmin azyaşlı, erməni əsilli argentinalı Mikael (Marçello) valideynlərini avtoqəzada itirib və Mikaeli Eçmiədzin himayəsinə alıb, burda isə o, Nersisyanın təcavüzünə məruz qalıb.

Lakin pedofiliyada günahlandırılan təkcə Nersisyan deyil. 2015-ci ildə Fransada Hrayr Ezekelyan erməni arxiyepiskop David Saakyanı 1990-cı illərdə Qüdsdəki Erməni Apostol Kilsəsində ona təcavüz etməsilə bağlı məhkəməyə verib və 1 il sonra iş məhkəməyə verilib, lakin məhkəmə başa çatmadan günahlandırılan şəxs dünyasını dəyişib.

Bütün bu deyilənlər Ermənistanın və ümumiyyətlə ermənilərin hansı milli-mənəvi dəyərlərə malik olduğunu (əslində olmadığını) aşkar ortaya qoyan real faktlardır. Məsələnin Rusiya mətbuatının gündəminə gəlməsi isə ayrı bir söhbətin mövzusudur.

SAMİRƏ

Son xəbərlər