18/03/2019 18:40
728 x 90

Prezident tələbə gəncliyi maddi-mənəvi dəstəkləyir, radikallar onu dağıdıcı meydanlara çəkir...

Tələbələr, doktorant və magistrlər də Prezidentin yeni dəstəyi altına alındılar

img

Prezident İlham Əliyev əhalinin aztəminatlı hissəsinin sosial dəstəklənməsi istiqamətində növbəti addımı atdı. Belə ki, təqaüd alan tələbələrin sayı artırılıb, əlaçı tələbələrə Prezident təqaüdü təsis edilib, habelə doktorantura və magistratura tələbələrinə təqaüdlərin verilməsi haqqında sərəncamlar imzalayıb.

Prezidentin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncamında qeyd olunur ki, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılsın və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə də fərman imzalayıb.

Fərmana əsasən, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği 185 manatdan 210 manata artırılıb.

Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.

Prezident doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilib:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat

1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

Göründüyü kimi, son ayların sosial müdafiə sistemində atıılan addımlar bir-birini əvəz edir. Az əvvəl ehtiyac meyarı ölkə üzrə 183 manata qaldırılmaqla ünvanlı sosial yardım alan ailələrin sayı minlərlə artırıldı. Ardınca minimum əməkhaqqı 135 manatdan 180 manata qaldırılmaqla ölkə üzrə azı 600 min nəfərin əməkhaqqının 25-30 faiz artımına baza yaradıldı, ardınca minimum pensiya həddi 116 manatdan 160 manata qaldırıldı və sair. Əlbəttə, buraya 6500-dən çox əlil və şəhid ailələrinə mənzillərin verilməsini, həlak olmuş hərbi qulluqçu ailələrinə 11 min manat birdəfəlik yardımları da əlavə etməliyik. Yüzdən artıq çadır şəhərciyinin ləğvi, məcburi köçkünlərin müasir evlərlə təminatı da intensiv şəkildə aparılan sosial müdafiə və sosial təminat addımlarıdır. Sözsüz ki, cəmiyyət böyük miqdarda vəsaitlər hesabına görülən belə işlərin asan başa gəlmədiyini başa düşür və gərəkli minnətdarlığını edir. Lakin əfsuslar ki, bəziləri bu işlərin dəyərini vermək əvəzinə ona qara yaxmaq üçün fürsət gəzir, “bu işlərə vəsait hardandır” sualı ilə şübhələr oyatmaq istəyir. Belə sualların cavabını isə Prezident REAL TV-yə müsahibəsində səsləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, həyata keçirilən sosial, iqtisadi, kənd təsərrüfatı islahatları müsbət nəticələrini verib və son bir ayda xeyli əlavə vəsait əldə etmişik. Prezident həmin vəsaitin sosial infrastrukturlara yox, sosial dəstək işlərinə yönəldilməsini daha məqbul saydığını da əlavə etdi.

Gənclərə yönəlik iki siyasətin əlamətləri ortadadır. Biri dövlət adından Prezidentin dəstək siyasəti, digəri isə radikalların gəncliyi dağıdıcı ideologiya üstündə küçə və meydanlara çəkmək siyasəti. Hansının real, səmərəli və perspektivli olduğunu görmək üçün tarixin qərarını gözləməyə ehtiyac yoxdur. Elə indidən hər şey göz qabağındadır.

Namiq QULİYEV

Son xəbərlər