18/03/2019 18:43
728 x 90

Almaniyada erməni və yəhudi diasporlarının paradoks qardaşlaşması – Hitlerə satılmış erməni generallar nə qədər yəhudi qırıb...

Qasım Hacıyev: “Yəhudi icması ilə erməni lobbisinin bir araya gələrək birgə tədbir keçirməsi inandırıcı görünmür”

img

“Düşünürəm ki, ola bilsin, bu tədbirdə iştirak edən yəhudilər, bütövlükdə, yəhudi xalqının təmsilçiləri yox, hansısa kiçik bir icmanın nümayəndələridir”
“Ermənilər də nasistlərlə birgə yəhudilərin kütləvi qırılmasında yaxından iştirak ediblər, yəhudilər bunu yaddan çıxarmalı deyillər”

 

Bəzən elə məlumatlara rast gəlirsən ki, onun doğru, yaxud yalan olduğunu çək-çevir etməyə məcbur olursan. Biz adətən erməni mətbuatında oxuduğumuz informasiyaların dəqiqliyinə şübhə etməli oluruq. Bu da əsassız deyil. Bir sıra hallarda ermənilər özlərini “böyük dövlətçiliyə” və “böyük, qədim mədəniyyətə sahib olan” millət kimi təqdim edirlər. Bunlar tamamilə uydurmadır.

Ermənistan mətbuatının yazdığına görə, 24-27 fevral tarixlərində Almaniyanın ikinci böyük şəhəri olan Hannover şəhərində “Biz Babilistandan sonra da yaşayacağıq - ermənilərin və yəhudilərin yaşam təcrübəsi” adlı beynəlxalq simpozium keçiriləcək. Tədbirin təşkilatçılarının Avropa Yəhudiləri Mərkəzi və Alman-erməni birliyi olduğu qeyd edilir. Həmçinin, bu tədbirə Ermənistanın Almaniyadakı səfirliyinin dəstək verdiyi, Aşağı Saksoniya Fondunun isə simpoziuma sponsorluq etdiyi bildirilir. Doktor Buman adına Konfessiyalararası Fondu və Hannover şəhərinin mədəniyyət idarəsi də tədbirə dəstək verir.

Ermənistan mətbuatı simpoziumda Ermənistandan, ABŞ-dan, Almaniyadan və İsraildən tanınmış alimlərin iştirak edcəcəyini yazır.

Qeyd edək ki, əksər tarixçi və politoloq Almaniyadakı yəhudi icmasının ermənilərlə birgə tədbir keçirməsi məsələsinə şübhə ilə yanaşır. Onlar bildirirlər ki, tarixdə fərqli çəkiyə, gücə, eyni zamanda, missiyaya malik iki toplumun bir araya gəlməsi inandırıcı görünmür. Bu qənaəti bölüşən tarixçilərin dediyinə görə, erməni və yəhudi diasporunun, icmasının bir araya gəlib tədbir keçirməsinin heç bir tarixi-mənəvi əsası yoxdur. Tarixçilərin vurğuladığına görə, dünyanın qədim xalqlarından biri olan yəhudilər öz mədəniyyətləri ilə ermənilərdən çox fərqlənirlər. Onları tarixdə heç bir cəhətin birləşdirmədiyini deyən alimlərin sözlərinə görə, ümumiyyətlə, tarixən Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda yəhudilər kompakt şəkildə yaşamayıblar. Yəhudilərin tarixən ermənilərə müsbət münasibət bəsləmədiyini və onlar arasında xüsusi əlaqənin, dostluğun olmadığını vurğulayan tarixçilərin dediyinə görə, ermənilər iddia edirlər ki, yəhudilərlə onları hər iki xalqın genosidə məruz qalması kimi tarixi faktlar birləşdirir. Tarixçilər bildirirlər ki, tarixdə həqiqətən də yəhudilərin soyqırıma məruz qalması faktdır, ermənilər isə soyqırıma məruz qalan yox, türkləri, eləcə də yəhudilərin özlərinə qarşı soyqırım törədən bir toplumdur. Ermənilərin qondarma soyqırımlarını dünyaya çatdırmaq üçün yəhudilərlə işbirliyi qurmaq istədiklərini qeyd edən alimlərin dediyinə görə, ermənilər İkinci Dünya Müharibəsində nasistlərlə, faşistlərlə birləşərək yəhudilərin kütləvi qətlə yetirilməsində yaxından iştirak ediblər.  

Nasistlərin “Auşvitz” , “Beljets”, “Buhenvald”, “Cenni-Vanda Barkman”, “Daxau”, “Ebenzee”,

“Qross-Rozen” və s. həbs və ölüm düşərgələrində saxlanan yəhudilərin qətlində İkinci Dünya Müharibəsində faşistlərə əsir düşən və orada faşistlərin xeyrinə casusluq edən ermənilərin yaxından iştirak etdiyi tarixi bir faktdır.

Maraqlıdır ki, ermənilərlə yəhudilərin birgə keçirəcəkləri “Biz Babilistandan sonra da yaşayacağıq -ermənilərin və yəhudilərin yaşam təcrübəsi” adlı beynəlxalq simpozium nəyə xidmət edir? Ermənilərlə yəhudiləri birləşdirən cəhətlər nə ola bilər?

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərlə yəhudilərin birgə simpozium keçirməsi ilə bağlı yayılan xəbər inandırıcı görünmür. “Tarixdə yəhudilərlə erməniləri birləşdirən heç bir ortaq cəhət yoxdur. Nə dini, nə milli, nə tarixi, nə də ərazi baxımdan bu iki xalqın bir araya gəlməsi üçün səbəb tapa bilmirəm. Ola bilsin ki, yəhudilərin ermənilərlə birgə tədbir keçirməsi xəbərini erməni mətbuatı yalandan yazıb. Çünki onların mətbuatında belə saxta məlumatlar çox yer alır. Yəhudilərlə ermənilərin nə mədəniyyətlərində oxşarlıq var, nə də adət-ənənələrində. Yəhudi icması ilə erməni lobbisinin bir araya gələrək “Biz Babilistandan sonra da yaşayacağıq - ermənilərin və yəhudilərin yaşam təcrübəsi” adlı beynəlxalq simpozium keçirməsi inandırıcı görünmür. Ona görə ki, yəhudilərlə ermənilərin heç bir tarixi yaxınlıqları yoxdur. Düşünürəm ki, bu tədbirdə iştirak edən yəhudilər, bütövlükdə, yəhudi xalqının təmsilçiləri yox, hansısa kiçik bir icmanın nümayəndələridir. Ola bilsin ki, erməni lobbisi müəyyən şirnikləndirici təklif və vədlərlə həmin yəhudi icmasını ələ alıb. Bütövlükdə isə, böyük bir yəhudi icmasının erməni icması ilə yaxınlığı mümkün görünmür. Yəhudilərin böyük tarixləri, mədəniyyətləri var. Ermənilərin isə tarixi də saxtadır, mədəniyyəti də, dövləti də. Ermənilər Azərbaycan torpaqlarını işğal edib və mədəniyyətimizi, dəyərlərimizi mənimsəyiblər. Yəhudilər hər zaman Dağlıq Qarabağ probleminin ədalətli həllinə tərəfdar olublar və onlar həmişə Azərbaycanın haqq işini müdafiə ediblər. Yəhudilər də türklər kimi soyqırıma məruz qalıblar. Ermənilər nasistlərlə birgə yəhudilərin kütləvi qırılmasında yaxından iştirak ediblər, yəhudilər bunu yaddan çıxarmalı deyillər. Bundan başqa, Quba qırğınları zamanı ermənilər burada da çoxlu sayda yəhudi öldürüb. Bunlar tarixi faktlardır və inanmıram ki, yəhudi xalqı bunu unudub. Ermənilərin saxta soyqırım kələkləri ilə yəhudilərin Holokos qırğını arasında ciddi fərqlər var. Ermənilər uydurma soyqırımı təbliğ edirlər, yəhudilər isə faktiki soyqırıma məruz qaldıqlarını bəyan edirlər. Bu baxımdan da ermənilərlə yəhudiləri birləşdirən ortaq cəhət yoxdur” - deyə bildirən Q.Hacıyevin sözlərinə görə, Sovet dövründə yəhudilər Ermənistanda yaşamağa heç vaxt maraq göstərməyiblər.

İradə SARIYEVA

Son xəbərlər