23/02/2019 05:48
728 x 90

Gürcüstan-Ermənistan sərhəd-keçid məntəqəsində qarşıdurma...

img

Ermənistan-Gürcüstan sərhəd-keçid məntəqəsində bir qrup erməni ticarətçi ilə gürcü gömrükçüləri arasında insident baş verib.

Ermənilər Baqrataşen gömrük postunda Gürcüstana istiqamətində hərəkət edən gürcü maşınlarının şüşələrini sındırıb və bəzilərinə qarşı güc tətbiq edərək xəsarətlər yetiriblər. Polislər araya girsələr də, tərəfləri heç cür sakitləşdirə bilməyiblər. Təcili hadisə yerinə hər iki ölkənin səfirləri yollanıb.  Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan  etirazçı kütləni əmin etməyə çalışıb ki, məsələnin tezliklə həlli istiqamətində əlindən gələni edəcək. Məlumat üçün bildirim ki, Gürcüstan hökumətinin qərarına əsasən, 1fevral 2019-cu ildən etibarən Ermənistana daşınacaq yükün çəkisi 2 dəfə azaldılıb, dəyər vergisinin məbləği isə 3 dəfə qaldırılıb. Belə ki, hər bir erməni 25 kq-dan artıq yük keçirərsə, əlavə olaraq 4,5 dollar  (təqribən hər kq üçün 17 min dram) ödəniş  etmək məcburiyyətində qalacaq.  Qonşu Gürcüstanın bu qərarı düşmən ölkənin ictimaiyyəti  tərəfindən ciddi narazılıqlarla qarşılanıb.

Erməistanın sabiq İqtisadiyyat naziri Tiqran Moquçyan mətbuata verdiyi açıqlamada bildirib: “Gürcüstan tərəfi məsələnin həlli istiqamətində hər hansı güzəştlərə getməzsə, Ermənistanda hissolunacaq dərəcədə qiymət artımlarına gətirib çıxaracaq. Xüsusən də ərzaq məhsullarında”. Ermənistanı Gürcüstan üzərindən Rusiya ilə birləşdirən yeganə Verin Lars  yolu da bölgəyə xeyli qar yağması səbəbindən bir aydan çoxdur ki, yük maşınlarının hərəkəti üçün bağlıdır. Əldə etdiyimiz məlumatlara görə, son bir ayda İrəvan şəhərinin market və bazarlarında 15-20 faiz bahalaşmalar olub. Bütün bünlar bir daha onu göstərir ki, günü-gündən aclıq və səfalət içində boğulan bədnam qonşularımız daha bir ağır zərbə ilə üz-üzədir. Görəsən xunta rejiminin başçısı olan Paşinyan aclıq tüğyan edən bu amorf ölkədə məzlum xalqın problemlərini necə həll edəcək?..

Aydın EYVAZOV
AMEA Qafqazşünaslıq İnstitutu,
Erməni şöbəsinin əməkdaşı

Son xəbərlər