23/02/2019 05:47
728 x 90

Paşinyan pofiqist olmağa başlayır...

img

Ermənistanın baş naziri Nikol Paşinyan iki gün əvvəl özünün feysbuk səhifəsində maraqlı məlumat verib, daha doğrusu onun özü barədə şübhələri artıran məlumatdan söhbət gedir.

Paşinyan gecə oxumaq üçün kitab mağazasından aldığı kitablardan danışıb. Baş nazir Mark Mensonun "İncə pofiqizm sənəti" adlı bestsellerini aldığını yazıb. Pofiqizmin həmin məşhur kateqoriyanın eynisi olub-olmaması diqqətimizi çəkdi. Araşdırdıq və məlum oldu ki, pofiqizm heç də yaxşı anlayış deyil və insanın hər şeyə saymaz münasibətinin eynidir. Onu adi saymazlıq anlayışı ilə eyniləşdirmək də olmaz. Məişət səviyyəsində pofiqizmi laqeydlik kimi başa düşmək olar. Ancaq böyük siyasətdə pofiqizm məhz saymazlıqdır - ictimai rəyə, real konfiqurasiyaya. Pofiqizmi bəzən "xalq üçün ağlayanın gözü kor olar" misalı ilə də eyniləşdirirlər. Bütün hallarda Paşinyanda pofiqizmə meylin haradan yarandığı həqiqətən maraqlıdır.

Ramil QULİYEV

Son xəbərlər