23/02/2019 05:38
728 x 90

Türkiyə İnsan Haqları Fondu Makronun ermənipərəst qərarına faktla cavab verdi

img

Ermənilərin tarixi Anadoluda və Azərbaycanda günahsız qətlə yetirilmiş insanların qanı ilə ləkələnib. “Trend”in məlumatına görə, bunu Türkiyənin İnsan Haqları Fondunun Etika komitəsinin üzvü Aşkın Yıldırım Fransa prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib.

A.Yıldırım bildirib ki, ermənilərin 1915-ci ildə qondarma "soyqırımı" iddialarının heç bir əsası yoxdur.

O vurğulayıb ki, tarixdə heç vaxt "erməni soyqırımı" olmayıb, yalnız böyük erməni yalanı var: "Erməni quldurlarının 1915-1918-ci illərdə Anadoluda dinc sakinlərə qarşı vəhşiliyi isə faktlarla sübut olunub".

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir. Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan E.Makron, seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, Fransa təqviminə qondarma "erməni soyqırımı" ilə bağlı anım gününün əlavə ediləcəyini açıqlayıb.

Fransa 1915-ci il hadisələrini qondarma "soyqırım" kimi tanıyan ilk dövlətlərdən biridir.

Son xəbərlər