23/02/2019 05:41
728 x 90

Rusiya Münhendə Qarabağla bağlı üçtərəfli görüşün anonsunu verdi

img

"Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür".

Baki-xeber.com "Report"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüşü Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Orta Asiyaya səfəri yenicə başa çatıb: "Hazırda üçtərəfli görüşə detallı şəkildə hazırlıq gedir. Görüşdən əvvəl sizə ətraflı məlumat verəcəyik" - deyə o bildirib.

Son xəbərlər