23/02/2019 05:48
728 x 90

“Paşinyan gözlənildiyindən də tez diktatora çevrilir...”

img

Ermənistanda yeni hakimiyyətin formalaşmasından artıq xeyli müddət keçsə də, ölkədə müsbətə doğru dəyişən ciddi nəsə yoxdur. Əksinə, iqtisadi vəziyyətin ağırlaşması, ölkədə insan haqlarının daha geniş miqyasda pozulması müşahidə olunur.

Baş nazir vəzifəsini tutan Nikol Paşinyan mövqeyindən sui-istfiadə edərək qarşısındakıların hamısını, belə demək olarsa, silib-süpürərək ölkədə yeganə dominant fiqur olmaq niyyətindədir. Qeyd olunan xüsusda Ermənistanın “1-in.am” portalında dərc edilən yazıda vurğulanır ki, Paşinyan gözlənildyindən də tez diktatora çevrilir: “Baş nazir Nikol Paşinyan Dövlət Gəlirləri üzrə Komitənin (DGK) sədri David Ananyanla görüşüb, özü də bu haqda məlumat verib. Paşinyan bildirir: “DGK sədri David Ananyanla işgüzar görüşüm başa çatıb. DGK sədri vətəndaşların şikayət və təkliflərini diqqətə alaraq qanuna uyğun olaraq bu ilin 1 yanvarından hökmən yeni nəsil kassa aparatları olmalı olan subyektlərə onu 160 000 dram əvəzinə 60 000 drama təqdim etmək qərarı alacaq. Hissə-hissə, yəni indiyə kimi olduğu kimi iki il boyunca ödəmək imkanı saxlanır…”.

Söhbət iqtisadi siyasətin prioritetlərindən, hökumətin fəaliyyət strategiyasından getsəydi, Nikol Paşinyanın qeydini tamamilə sitat gətirmək olardı. Amma xeyr, baş nazir DGK sədrilə hətta DGK sədrinin səviyyəsindən də aşağıya aid məsələni müzakirə edib. Baş nazir niyə bu qədər qeyri-adekvatlıq göstərir və həmin DGK-nın uyğun bölmə başçısının həll edəcəyi məsələ ilə şəxsən məşğul olur? Çünki baş nazir istisnasız olaraq bütün məsələlərlə məşğul olur. Nikol Paşinyan bir dəfə yarızarafat deyib ki, hətta avtomobilin rənginin dəyişdirilməsi məsələsini də onunla dəqiqləşdirirlər. Amma bu zarafat deyil, sərt gerçəklikdir.

Ermənistanda Serj Sarkisyanın dönəmində qüvvədə olan qərar almaq mexanizmi fəaliyyətini sürdürür. Bu isə təkbaşına qərar almaq mexanizmi, cəmi bir adamın iradəsindən asılılıq mexanizmidir. Və bu adam bu gün Nikol Paşinyandır. İdarəçiliyin əsas prinsiplərindən biri olan qərar almağın mərkəzsizləşdirilməsi deyilən proses Ermənistanda praktik olaraq tamamilə yoxdur. Qərarlar piramidal dövlət idarəçiliyi sistemində yalnız institusional adlandırılan, həmin nəzəriyyəyə görə, situativ, operativ deyil, strateji, konseptual məsələlərlə məşğul olmalı olan ali rəhbərlik səviyyəsində qəbul olunur. Yəni hakimiyyətə gələn və Serj Sarkisyandan qalanın varisi olmuş Nikol Paşinyan qərar almaq mexanizmində heç nəyi dəyişməyib və faktiki olaraq girova çevrilib. Çünki insan hətta fiziki mənada dəxli olan bütün informasiyaya yiyələnmək, çeşidləmək və bu çeşidləmə nəticəsində alınmış mümkün ssenarilərdən seçim etmək və qərar qəbul etməyin elmi şəkildə əsaslandırılmış prosedurunun nəzərdə tutduğu kimi qərar qəbul etmək iqtidarında deyil. Bundan savayı bütün məsələlər üzrə qərar almaq ölkədə baş verənlərə görə tam məsuliyyət deməkdir. Bu, daşınması bir nəfər üçün son dərəcə ağır bir yükdür. Serj Sarkisyan bu problemi öz bildiyi kimi həll etmişdi.

Dövlət idarəçiliyi sisteminə paralel hərəkət edən və çox vaxt daha effektli qeyri-formal münasibətlər sistemi (oliqarxlar, iqtisadi faizlər, cinayətkarlar, “problemləri həll edənlər”, “pul alanlar”) var idi. Belə bir şəraitdə rəsmən qəbul edilmiş qərarların sayı bir qədər az idi. Amma Serj Sarkisyan və Nikol Paşinyan arasında daha bir umimi cəhət var – hər ikisinin tənhalığı. Həm Serj Sarkisyanın, həm də Nikol Paşinyanın mühitində dövlət başçısıyla bərabər şəkildə danışmaq hüququ olan adamlar yox idi və yoxdur: həm Serj Sarkisyanın, həm də Nikol Paşinyanın çevrəsi belə bir iyerarxiya üzrə qurulub – hamı bir neçə subordinasiya müstəvisiylə öz rəhbərindən aşağıdadır. Məsələn, Robert Köçəryanın vaxtında önəmli qərarların alınması zamanı fikirləri nəzərə alınan Serj Sarkisyan onunla bərabər hüquqlara malik idi. Levon Ter-Petrosyanın dönəmində mənzərə daha tutumlu idi – Vano Siradeqyan, Vazgen Sarksiyan, Babken Ararktsyan, Qrant Baqratyan … təkcə vəzifəsinə görə deyil, həm də şəxsi münasibətlərə görə bərabər şəkildə danışmaq, mövqe ifadə etməkdə qeydə alınan və alınmayan bir sıra məmurlar. Bu da təkbaşına qərarı istisna etməklə unikal əks-tarazlıq sistemi yaradırdı.

Dövlət idarəçiliyi sistemi bu mənada son 20 ildə faktiki olaraq deformasiya olunub, ya da tənəzzülə uğrayıb. Bugünkü dövlət başçısının yanında məsləhətçi (rəsmi səlahiyyətli məsləhətçilər mənasında deyil, gerçək məsləhətçilər), tənqidçilər, opponentlər rolunda çıxış edə biləcək adamlar yoxdur.

Nikol Paşinyan bu qayda ilə praktik olaraq bütün məsələlər üzrə təkbaşına qərar alır. Artıq yuxarıda yada saldığımız kimi bu bir yandan, təkbaşına qərar almaq mexanizminin, o biri yandan kadr aclığının ifadəsidir. Nikol Paşinyan DGK-nin uyğun imkanlara və qərar qəbul etmək bacarığına yiyələnmiş məmurları  olduğuna əmin olsaydı, kassa aparatları məsələsini DGK sədrilə müzakirə də etməzdi. Amma Nikol Paşinyanda belə bir əminlik ola bilməz, çünki bütün dövlət idarəçiliyi sistemi səriştəsiz, təcrübəsiz kadrlarla doludur.  Bu siyasət isə buna gəririr ki, dövlət idarəçiliyi sistemində əsasən inqilaba and içənlərə, inqilabı kürəsəl və çox böyük hadisə sayanlara, kim ki …. yer var. Bir sözlə, dövlət idarəçiliyi sistemi, belə deyək, yalnız inqilab kölələrinin qarşısında açıqdır. Onlar isə, bir qayda olaraq, təcrübəsiz və səriştəsizdirlər. Və deməli, Nikol Paşinyan bu gülünc kadr siyasətinə son qoymaq istəyirsə, dövlət idarəçiliyi sistemini sözün birbaşa və məcazi mənasında hamı üçün, o cümlədən ixtisaslı və səriştəli kadrların, inqilab qarşısında tam səcdə etməyənlərin, ya da Qarabağ savaşındakı qələbənin “məxməri inqilab”dan daha böyük dəyəri olduğunu düşünməyə cürət edənlərin qarşısında açmalıdır. Əks halda Nikol Paşinyan məktəb dərsliklərinə lisenziya, tibbi müəssisələrə dərmanlar, metro qatarlarına vaqonlar və dəlləkxanalar haqda qərar almağı davam etdirəcək. Bu, dövlət idarəçiliyi sistemini aşındırmağa ən qısa yoldur, yumşaq deyilsə, nəticələri nə Nikol Paşinyanı, nə hökumətini, nə də dövləti sevindirəcək”. Bütün bu qeyd edirlənlər Ermənistanda artıq yeni diktatura rejiminin formalaşmaqda olduğunu bir daha əyani surətdə nümayiş etdirir.

Tahir TAĞIYEV

Son xəbərlər