23/02/2019 05:44
728 x 90

Azərbaycanın yaratdığı imkanlar Xəzərdə Türkmənistan üçün yeni fəaliyyət forması açdı

“Bütün bu proseslərdə Azərbaycan bu və ya digər şəkildə mühüm faydalı rol oynayıb”

img

Fikrət Sadıqov: “İqtisadi sahədə sahilyanı dövlətlər arasında çoxşaxəli əməkdaşlıq qurula bilər”

 

Məlum olduğu kimi, bu il avqustun 12-də Türkmənistanın paytaxtı Aşqabadda I Xəzər İqtisadi Forumu keçiriləcək. Xəzər dənizinin hüquqi statusi haqqında konvensiya ötən il avqustun 12-də imzalandığı üçün, Xəzəryanı dövlətlərin ilk tarixi forumu məhz Xəzər günü ilə üst-üstə düşür. Tədbirdə qarşılııqlı əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirə olunacağı gözlənir.

Xəzər dənizi beynəlxalq səviyyəli strateji qovşağa çevrilir. Xəzər hövzəsində əməkdaşlıq nəinki Xəzəryanı ölkələrə, qonşu regionlara da səmərə gətirəcək. Bu fikirlər isə Türkmənistanda 1-ci Xəzər İqtisadi Forumuna həsr edilən beynəlxalq mediaforumda səsləndirilib. Məlumata görə, Türkmənistan I Xəzərt İqtisadi Forumunun keçirilməsinə detallı şəkildə hazırlaşır. Tədbirə hazırlıq məqsədilə təşkilat komitəsi yaradılıb. Tədbirlər planı çərçivəsində Aşğabadda I Xəzər İqtisadi Forumuna həsr olunan beynəlxalq mediaforum təşkil edilib. Qeyd olunub ki, regional və regionlararası geosiyasi və geoiqtisadi proseslərdə Xəzər dənizinin strateji əhəmiyyəti, onun mühüm tranzit-nəqliyyat və logistik qovşaq rolu Xəzəryanı dövlətlərin səylərinin daha sıx birləşməsini zəruri edir. Bu baxımdan forum Xəzər dənizində və ətraf regionlarda iqtisadi, ticari və investisiya əməkdaşlığı prosesinə güclü qurucu impuls verəcək.

O da məlumdur ki, uzun müzakirələrdən sonra ötən ilin avqustunda Xəzərin statusu ilə bağlı sahilyanı ölkələr arasında konvensiya imzalandı. Xəzərin statusu ilə bağlı razılığın əldə olunması sahilyanı ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar açır. Bunun nəticəsidir ki, I Xəzər İqtisadi Forumunun keçirilməsinə hazırlıq gedir. Bütün bunlarda Azərbaycanın rolu nədən ibarətdir?

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bütün bu peoseslərdə Azərbaycan bu və ya digər şəkildə mühüm faydalı rol oynayıb: “Bunun nəticəsidir ki, Xəzərin statusu ilə bağlı razılıq əldə edildi. Eyni zamanda, I Xəzər İqtisadi Forumunun keçirilməsinə yol açıldı. Azərbaycan sahilyanı dövlət olaraq sözügedən proseslərdə fəallıq göstərib. Qarşılıqlı maraqlara söykənən layihələrin reallaşdırılması üçün səy göstərib. Hesab edirəm ki, Xəzərin statusu ilə bağlı razılıq əldə edildikdən sonra praktiki addımlar atılmalıdır. Həm Azərbaycan, həm də digər sahilyanı dövlətlər tərəfindən. Çünki bir var ümumi konvensiyaya imza atasan, bir də var bir sıra istiqamətləri müəyyənləşdirib konkret çoxtərəfli əməkdaşlığa keçəsən. Ona görə də keçiriləcək I Xəzər İqtisadi Forumu əhəmiyyətli olacaq. Bu kimi forumlarda bir sıra məsələlərə aydınlıq gətiriləcək. Nef-qaz hasilatı sahəsində istehsal, ixrac məsələləri yoluna qoyula bilər. İqtisadi sahədə sahilyanı dövlətlər arasında çoxşaxəli əməkdaşlıq qurula bilər. Bütün bu və digər məsələlər Xəzəryanı ölkələr üçün çox mühüm əhəmiyyət kəsb edir. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, Xəzərin statusu ilə bağlı konvensiyadan əvvəl Rusiya və Qazaxıstanla Azərbaycan müqavilə imzalayıb. Müəyyən çətinliklər Türkmənistanla var idi, onlar da, demək olar, əsasən yoluna qoyulub. Türkmənistan öz ərazisində belə bir forum keçirirsə, bu o deməkdr ki, adıçəkilən ölkə çoxtərəfli əməkdaşlığa hazırdır. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan Xəzərdə çoxtərəfli əməkdaşlıqda maraqlı olan ölkədir. Sözügedən məsələlərin praktiki nəticələri də yaxın gələcəkdə özünü göstərəcək və biz bunun şahidi olacağıq”.

Vidadi ORDAHALLI

Son xəbərlər