23/02/2019 05:45
728 x 90

Prezident İlham Əliyev: "Qaydaların olmaması və ya onların pozulması əlbəttə ki, mənfi nəticələnə bilər" - VİDEO

img

Qaydaların olmaması və ya onların pozulması əlbəttə ki, mənfi nəticələnə bilər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, yəni etibar sarsılır, ölkələr arasında qarşılıqlı fəaliyyət səviyyəsi azalır: "Bu, müəyyən münaqişələrə, müəyyən çətinliklərə, bir çox ölkələr arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarır”.

Prezident İlham Əliyev qeyd edib ki, bugünkü mənzərəni müşahidə etmək təəssüf doğurur: “Dediyim kimi, bu, həm də beynəlxalq məsələlərə, eləcə də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad azalır, əvvəlcədən proqnozlaşdırma pisləşir və biznes aparmaq daha da çətinləşir”.

Son xəbərlər