23/03/2019 01:33
728 x 90

İspan idmanında cinayətkar erməni mafiyası – Almaniya, Qazaxıstan, İspaniya və... - VİDEO

img

Ermənistandan olan erməni əsilli diaspor nümayəndələrinin Avropada güclü və böyük bir cinayətkar şəbəkə qurması ilə bağlı çoxsaylı fakt mövcuddur. Araşdırmalar göstərir ki, erməni mafiyası bütün Avropada dərin kök salan təhlükəli cinayətkar qruplaşmalardan biridir.

Bir neçə ay əvvəl Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalı “Mitteldeutscher Rundfunk” radiosu ilə ortaq araşdırma apararaq, 2017-ci ilin oktyabrında Erfurt şəhərində bir erməniyə məxsus restoranda baş verən şiddətli atışmanın izlərini təqib edərkən üzə çıxardıqları faktlar dəhşətli mənzərəni canlandırdı. Jurnal araşdırma zamanı Almaniyanın Federal Cinayət Polisinin erməni mafiyasına qarşı mübarizə ilə bağlı məxfi məruzəsinə giriş əldə edə bilib və məlum olub ki, Almaniyada əlaqələri diplomatik dairələrədək gedib çatan güclü bir erməni mafiya şəbəkəsi mövcuddur.

Qeyd olunurdu ki, son 3 il ərzində Almaniyanın təhlükəsizlik qüvvələri məxfi əməliyyatlar çərçivəsində erməni mafiyasının üzvlərini həbs etməyə çalışıb. Lakin bu məsələdə ciddi uğur əldə edə bilməyiblər. “Fight against thieves in law” (“Qanuni oğrulara qarşı mübarizə”) kod adı altındakı əməliyyatlar 6 əyalətin müvafiq ixtisaslaşmış qurumları ilə birgə keçirilib.

Bu, indiyədək Almaniyada mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən ən irimiqyaslı əməliyyat-axtarış tədbirlərindən biri olub.

Almaniyanın hüquq-mühafizə orqanlarındakı istintaq materiallarında “qanuni oğrular” Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının ən yüksək avtoritetləri kimi göstərilib. Həmin sənədlərdə qeyd olunur ki, bu avtoritetlər Almaniyadakı erməni mafiyası strukturlarını da idarə edirlər.

Qeyd edək ki, Ermənistanın Almaniyadakı hazırkı səfiri Aşot Smbatyan 10 il əvvəl beynəlxalq qaçaqmalçılıq fəaliyyətlərinə cəlb olunmaqda şübhəli bilinirdi. 2014-cü ildə Ermənistanın Almaniyadakı səfiri xəstəlikdən vəfat etdikdə Serj Sarkisyan gözlənilməz şəkildə Aşot Smbatyanı onun davamçısı təyin edib.

Xatırladaq ki, Almaniyada baş verən bu qalmaqaldan bir neçə ay əvvəl İspaniya təhlükəsizlik qüvvələri Avropadakı ən böyük və təhlükəli erməni mütəşəkkil cinayətkar qrupunun qanunsuz əməllərinə son qoymaq üçün irimiqyaslı xüsusi əməliyyat keçirmişdi. Eyni vaxtda İspaniyanın 6 regionunda keçirilən 70-dən çox operativ-axtarış əməliyyatı nəticəsində erməni mafiyasının qanunsuz silah və narkotik satışı, tütün məhsullarının qaçaqmalçılığı, “çirkli pulların yuyulması” və gizli cinayətkar qruplaşmaların yaradılmasında şübhəli bilinən 140 üzvü həbs edilib.

Erməni diasporu adı altında gizlənən mafiyanın başqa bir cinayət əməli bir neçə gün əvvəl bütün Qazaxıstanı silkələdi. Deməli, Yeni il gecəsi, yəni 2019-cu il yanvarın 1-də “Qədim Roma” restoranında dava-dalaş düşüb. Nəticədə Qazaxıstan vətəndaşı, yerli etnosun 23 yaşlı nümayəndəsi bıçaqlanaraq qətlə yetirilib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Karaqanda Xüsusi İstintaq Məhkəməsi hadisədə şübhəli bilinən üç nəfəri - Malxasyan Torq Manveloviç, Malxasyan Soxhak Samveloviç və Nadırbekov Kair Xamitoviçin barələrində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib. Dördüncü şübhəli Narek Qururyan isə hadisə yerindən qaçaraq gizlənib. Bir neçə gün sonra isə o da həbs edilərək istintaqa təhvil verildi. Minlərlə qazaxıstanlı bu cinayətə etiraz olaraq aksiya keçirərək cinayətkarların cəzalandırılmasını tələb ediblər. Sakinlər qətli erməni diasporunun nümayəndələrinin törətdiyini bildiriblər. Həmin hadisədən sonra belə qənaətlər hasil oldu ki, Qazaxıstanda baş verən qətl hadisəsində siyasi motivlər də rol oynayıb və məsələdə Ermənistan siyasi rəhbərliyinin də  rolu olub. Məqsəd Nursultan Nazarbayevin KTMT çərçivəsindəki müzakirələrdə anti-Ermənistan mövqeyi sərgiləməsinə görə Qazaxıstandan qisas almaq olub.

Bir neçə gün əvvəl isə Avropada ermənilərdən ibarət növbəti cinayətkar dəstə ifşa edilib. Erməni KİV-lərinin “fəxrlə” tirajladığı məlumatda bildirilir ki, İspaniyada ermənilərin də daxil olduğu, danışılmış tennis oyunlarının təşkili ilə məşğul olan dəstə zərərsizləşdirilib, 15 nəfər saxlanıb. Bu barədə İspaniya Mülki Qvardiyası məlumat yayıb. Bildirilib ki, hazırda 68 nəfər barəsində araşdırma aparılır. Onlardan 28-i peşəkar idmançıdır. Danışılmış oyunlar əsasən “ITF Futures” və “Challenger” qruplarında oynayan tennisçilər tərəfindən reallaşdırılıb. Belə ki, onlar oyunların nəticəsi barədə əvvəlcədən razılığa gəliblər.

Dəstənin ən azı 2017-ci ilin fevralından fəaliyyət göstərdiyi qeyd olunub. Ehtimal edilir ki, bu müddət ərzində onlar milyonlarla avro gəlir əldə edib. Mülki Qvardiya əməliyyatı ötən ilin oktyabr ayında keçirsə də, onun təfərrüatları barədə yalnız indi məlumat verilib.

Axtarışlar İspaniyanın doqquz əyalətində aparılıb, 167 min avro nağd pul, bank kartları, tapança, bahalı avtomobillər və zərgərlik məmulatları aşkar edilib. 42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub.

Bütün bu sadalanan və rəsmi məlumatlara əsaslanan faktlar onu deməyə əsas verir ki, nankorluq, cinayət etməyə meyllik və asan qazanc əldə etməyə alüdəçilik ermənilərin bir millət olaraq xislətinə hopan məsələdir. Göründüyü kimi, dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, onların vahid identifliyi ortaya çıxır. Ən başlıcası isə, bütün bu cinayət əməlləri erməni diasporu adı altında, Ermənistanın hakim siyasi dairələrinin təşkilatçılığı və dəstəyilə həyata keçirilir. Tam olaraq belə nəticəyə gəlinir ki, Ermənistan başqa ölkələrə qarşı işğalçılıq siyasəti həyata keçirməklə yanaşı, eyni zamanda, bütün dünyaya kriminal elementləri ixrac edib, həmin dövlətləri daimi təhdid altında da saxlayır.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər