23/01/2019 18:36
728 x 90

Avropada kriminal erməni mafiyasına növbəti zərbə...

img

Almaniyadan sonra daha bir Avropa ölkəsində erməni mafiyasına qarşı aparılan genişmiqyaslı araşdırma öz müsbət nəticələrini verib. Belə ki, İspaniyada danışılmış oyunlarla bağlı ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanıb. Məlumatlarda tennis üzrə danışılmış yarışların təşkilində şübhəli bilinən Ermənistandan olan 15 nəfərlik mütəşəkkil dəstənin zərərsizləşdirildiyi bildirilir. İdmançılar da daxil olmaqla, daha 68 nəfərlə bağlı araşdırma aparılır.

Ümumilikdə, 83 nəfərdən 28-nin peşəkar idmançı olduğu vurğulanır. Dəstənin, ən azı, 2017-ci ilin fevralından fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, istintaq çərçivəsində İspaniyanın 9 əyalətində aparılan axtarışlar zamanı nağd şəkildə 167 min avro, bank kartları, tapança, bahalı maşınlar və zinət əşyaları müsadirə olunub. Həmçinin 42 bank hesabına və daşınmaz əmlaklara həbs qoyulub. Həbs olunanlara qarşı mütəşəkkil dəstəyə üzv olmaq, korrupsiya, dələduzluq, “çirkli pullar”ın yuyulması, qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb. Araşdırmanın gedişində mfiya üzvü olan daha çox sayda erməninin saxlanılması istisnalıq təşkil etmir.

Xatırladaq kui, bundan əvvəl erməni mafiyasının Almaniyada çökdürülməsi istiqamətində mühüm addımlar atılmışdı. Hələ 2008-ci ildə Almaniyada futbol oyunlarında olan manipulyasiyaları araşdırmaq məqsədilə Bohum polisi tərəfindən yaradılmış “Soko Flankengott” adlı əməliyyat qrupu qeyd olunan xüsusda maraqlı məqamları üzə çıxarmışdı. Araşdırmalardan bəlli olmuşdu ki, erməni mafiyası müxtəlif idman növlərində yaxşı transmilli əlaqələrə malikdir və xüsusilə keçmiş şərq blokuna daxil olan ölkələrdən olan idmançılarla əlaqələr hesabına idman mərc oyunlarında manipulyasiyalar edilir. Erməni mafiyasının bu fəaliyyəti ilə əlaqədar ötən ilin iyun ayında Brüsseldə polis əməliyyatı keçirilib, 21 mənzildə axtarış aparılıb, nəticədə oyunları mərcə çıxarılmış Belçika tennisçilərinə məğlub olmaq üçün rüşvət verildiyi faktı ortaya çıxarılıb. Həmin mərclərin manipulyasiyasına görə 13 şəxs həbs edilib, 6 erməniyə qarşı ittiham irəli sürülüb. Araşdırmalara görə, Almaniyadakı erməni mafiyası Belçikadakı erməni mafiyası ilə idman mərclərinə dair məlumat mübadiləsi edib. Belçikadakı polis əməliyyatından sonra iz itirmək məqsədilə bu əlaqələrə bir müddət son qoyulsa da, bir neçə aydan sonra şəbəkənin fəaliyyəti tam bərpa edilib.

İndi isə İspaniyada üzə çıxan məqamlardan sonra hesab edilir ki, Belçika da daxil olmaqla, bir çox digər Avropa ölkələrində erməni mafiyasının həqiqi mənada çökdürülməsi üçün genişmiqyaslı işlərə ciddi ehtiyac var. Bundan əvvəl ABŞ, Fransa, Bolqarıstan, Slovakiya və Niderlandda da həyata keçirilən əməliyyatlar erməni mafiyasının saxta idman oyunları üzərindən böyük gəlirlər əldə etdyini üzə çıxarır. Amma görülən tədbirlər erməni mafiyasını hələ tam çökdürməyə imkan vermir. Məhz bu səbəbdən əməliyyatların daha da intensivləşdirilməsi vacib sayılır. Qeyd edək ki, erməni mafiyasının kök atdığı ölkələrdən biri də qonşu Rusiyadır. Rusiyalı analitik Yevgeni Mixaylov qeyd edir ki,  Ermənistan hakimyyətinin mafiya, “qanuni oğrularla” əlaqələri məlumdur və sirr deyil ki, həmin “oğrulardan” bəziləri Rusiyada təqib olunarkən məhz Ermənistanda gizlənib: “Çirkli pulların yuyulması, narkotik, qaçaqmalçılıq – bütün bunlar dünyada erməni mafiyasının fəaliyyətinin çox az hissəsidir. Qərb xüsusi xidmət orqanlarının bu mafiya ilə məşğul olması onu göstərir ki, onlar rusiyalı həmkarları ilə qarşılıqlı fəaliyyət göstərir. Rusiyada da ermənilər əksər vaxtlarda çirkli pulların yuyulması və digər cinayətkar qrupların başında dayanır”. Analitik əlavə edib ki, Ermənistan hökumətinin siyasi dəstəyi olmadan cinayətkarlar özlərini belə sərbəst apara bilməzdi: “Bundan başqa, ölkənin digər dövlət strukturları də dünyada erməni cinayətkar qruplaşmaları ilə əlaqələrə qurşanıb”.

Xatırladaq ki, erməni mafiyası cinayət yolu ilə əldə etdiyi böyük pullardan siyasi məqsədlər üçün də istifadə etməyə çalışır. Rusiyada, Qərbdə siyasətçilərin pulla ələ alınması cəhdləri də bunu təsdiq edir. O da bəllidir ki, erməni mafiyası Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və ümumiyyətlə Avropa siyasi sistemində siyasətçilərin pulla ələ alınmasına heç də az vəsait xərcləmir. Bəzi Avropa ölkələrində Azərbaycana qarşı kampaniyaların aparılması kimi çirkin işlər də adətən bu pullar hesabına təşkil olunur. Lakin erməni mafiyasına qarşı atılan addımlar onların mövqeyinin tədricən sıradan çıxdığını da göstərir. Bununla belə, sözügedən mafiyanın hələ tam çökmədiyi də sirr deyil. Onların fəaliyyəti Avropa ölkələrinin özləri üçün də ciddi təhdid yaratdığından, mafiyaya qarşı əməliyyatların miqyasının daha da genişləndirilməsi Qərbin özü üçün də vacib əhəmiyyət kəsb edir.

Tahir TAĞIYEV

Son xəbərlər