23/01/2019 18:32
728 x 90

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək

img

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək. Trend-in məlumatına görə, bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı deyib.

O qeyd edib ki, ATƏT regionunda və ümumiyyətlə, bütün dünyada əsas problemlər daha çox əməkdaşlıq və dialoq aparılmasını tələb edir: “Slovakiya 2019-cu ildə ATƏT-də sədrliyi zamanı tərəfdaş və vasitəçi rolunda ədalətli olmaq istəyir. Biz diqqətimizi münaqişələrin həllində vasitəçilik və münaqişələrin qarşısının alınması, həmçinin onların insanlara təsiri məsələlərinə cəmləyəcəyik. Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə etmək istiqamətində işimizi davam etdirəcəyik”.

Son xəbərlər