23/01/2019 18:34
728 x 90

“Səs” qəzeti 28 ildə bu qədər yol qət etdi…

img

Sevinc Seyidova: “28 ildir “Səs” qəzeti həqiqətən də media məkanına səs gətirməyi bacarıb və peşəkarlığı, dövlətə bağlılığı ilə hər zaman fərqlənib”
Vüqar Rəhimzadə: “Bu gün də Azərbaycan dövlətinin, dövlətçiliyinin təbliğində, ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında öz mühüm töhfələrini verir”

 

Azərbaycanda nəşr olunan qəzetlər sırasında “Səs” qəzetinin xüsusi yeri, ayrıca yolu, özünəməxsus dəst-xətti var. Səsimizi, xalqımızın mədəniyyətini, tarixini, Qarabağ problemi ilə bağlı həqiqətləri, Azərbaycanın haqq səsini dünyaya yayan, eləcə də gündəlik ictimai-siyasi mənzərəsini yerli və  beynəlxalq ictimaiyyətə çatdırmaq missiyasını layiqincə yerinə yetirən “Səs” ictimai-siyasi qəzetinin ad günüdür. 28 il əvvəl media üfüqlərində görünən “Səs”in öz səsini səsimizə qatması həqiqətən də təqdirəlayiqdir.

“Azərbaycanın ən çətin dövründə işıq üzü görməyə başlayan…”

“Səs”in keçdiyi yolun kifayət qədər faydalı və uğurlu olduğunu bildirənlərin sayı kifayət qədərdir. Biz də onlardan bir neçəsinin təbriklərini sizə çatdırmaq istəyirik.

“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinin ad gününü təbrik erərək bildirdi ki, bu nəşrin milli mətbuat tariximizdə öz yeri, siması var: “Səs” qəzetinin media tariximizdə xüsusi yeri var. Artıq 28 ildir “Səs” qəzeti həqiqətən də media məkanında səs gətirməyi bacarıb və peşəkarlığı, dövlətə bağlılığı ilə hər zaman fərqlənib. Azərbaycanın ən çətin dövründə işıq üzü görməyə başlayan bu mətbu orqan bütün çətinlikləri arxada qoyaraq bugünkü səviyyəsinə gəlib çatmağı bacardı. Bu gün artıq “Səs” Media Qrupunun tərkibində “Səs” İnformasiya Agentliyi, “Səs” internet televiziyası da fəaliyyət göstərir. Başda Bəhruz Quliyev olmaqla, bu gün "Səs" qəzetinin peşəkar kollektivi formalaşıb. Mən də baş redaktor Bəhruz Quliyevi, qəzetin kollektivini ad günü münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram”.

Azərbaycan xalqına ideoloji işdə düzgün yol göstərən qəzet…

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də “Səs”i təbrik etdi. “Bu qəzet müstəqil mətbuat orqanları arasında ilk qaranquşlardandır. Hesab edirəm ki, “Səs” qəzeti Azərbaycan mətbuatında öz dəst-xətti, prinsipial mövqeyi olan qəzetdir. O, Azərbaycanın ən ağır vəziyyətində fəaliyyətə başlayıb, Azərbaycan xalqına ideoloji işdə düzgün yol göstərən qəzet olub. Yəni keçən əsrin 1990-91-ci illərində Azərbaycandakı problemlərin səbəbinin və mahiyyətinin nə olduğunu göstərməyi bacarıb. Düşünürəm ki, “Səs” qəzeti həm də ulu öndərimiz Heydər Əliyevin xalqın təkid və tələbi ilə qayıdışına insanların, cəmiyyətin və vətəndaşların bir tribunası olaraq öz mövqeyini qoruyub, bu gün də Azərbaycan dövlətinin, dövlətçiliyinin təbliğində, ölkə reallıqlarının dünya ictiamiyyətinə çatdırılmasında öz mühüm töhfələrini verir. “Səs” qəzetinin rəhbəri Bəhruz müəllimi və bütün kollektivi bu əlamətdar gün münasibətilə təbrik edirəm. “Səs” ancaq nəşr kimi deyil, həm də “Səs” İnformasiya Agentliyi və “SƏS” TV kimi fəaliyyət dairəsini genişləndirir. Bu da qəzetin nə qədər əhəmiyyətli olmasına dəlalət edir və nəşrin oxucular tərəfindən nə qədər sevildiyini, təqdir edildiyini göstərir” - deyə V.Rəhimzadə bildirdi.

İradə SARIYEVA

Son xəbərlər