23/01/2019 18:25
728 x 90

Azərbaycanda radikal şəbəkəyə anonim maliyyə ötürən beynəlxalq mərkəzlərin taktikasını ifşa edən mühüm fakt...

img

Elçin Mirzəbəyli: “Prosesdə hansısa ölkələrin xüsusi xidmət orqanlarının iştirakına dair şübhələrin ortaya çıxmasına rəvac verir”
Mehman Muradlı: “Azərbaycanın hüquq-mühafizə orqanları indiyə qədər şəffaf olmayan belə əməliyyatlarla bağlılığı olan QHT-lərin əməllərini ifşa ediblər”

 

Jurnalist Elçin Mirzəbəylinin moderatorluğu efirə gedən "Xəzər Aktual” verilişində maraqlı fikirlər səslənib. E.Mirzəbəyli həmin verilişdə dedi ki, 2016-cı ildən sonra Milli Demokratiya Fondunun (NED) donorluğu ilə Azərbaycana yönəldilən qrant layihələrində şəffaflıq prinsipinə riayət olunmayıb.

Belə ki, ölkəmizə yönəldilən vəsaitlərin kimlər tərəfindən qəbul edildiyi həmin layihələrdə konkret göstərilməyib. Təyinatında sadəcə yazılıb ki, Azərbaycandakı tərəfdaşlarımıza filan məbləğdə yardım edirik. Qeyd olunan məbləğlər az deyil. Belə olan təqdirdə, onların tərəfdaş, dost kimi kimləri nəzərdə tutduqları bilinmir.

Bu ciddi məsələyə aydınlıq gətirmək üçün E.Mirzəbəylinin özü ilə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin məbləğlər ölkəmizdəki “5-ci kalon” nümayəndələrinə transfer edilib: “2011-ci ildən başlayaraq, 2015-ci ilin sonlarına doğru həmin məbləğlərin hansı təşkilatların hesabına göndərildiyi konkret göstərilir. 2016-cı ilin əvvəllərindən başlayaraq isə  göndərilən məbləğlərin həcmi artsa da, ünvanlar qeyd olunmayıb. Bu, ilk olaraq, korrupsiya amillərinin olmasına şübhə yaradır. Digər tərəfdən isə prosesdə hansısa ölkələrin xüsusi xidmət orqanlarının iştirakına dair şübhələrin ortaya çıxmasına rəvac verir. Hesab edirəm ki, belə şübhəli əməliyyatlar həyata keçirən donor təşkilatın fəaliyyəti nəzarətə götürülərək, onunla bağlı müvafiq araşdırmalar həyata keçirilməlidir”.

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizə daxil olan belə şübhəli pul axınları ilə bağlı ciddi araşdırmalar aparılmalıdır: “Hesab edirəm ki, belə addımlar Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsindən sonra atılıb. Bilirsiniz ki, bir neçə il əvvəl xarici qrantlara nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətində qanunvericiliyə yeni əlavələr edildi. Çox güman ki, həmin əlavələr şübhəli fəaliyyətləri stimullaşdıran donorları belə addımlar atmağa vadar edir. Qanunun təqibindən və şəffaflıqdan yayınmaq üçün, onlar pulun kimə göndərildiyini və necə xərcləndiyini açıqlamır. Təbii ki, belə fəaliyyət Azərbaycan üçün narahatlıq doğurur. Çünki yalnız şəffaf niyyətlər üçün nəzərdə tutulmayan vəsaitlərlə belə “konfidensial” davranış ortaya qoyula bilər. Azərbaycanın hüquq-mühafizə orqanları indiyə qədər şəffaf olmayan belə əməliyyatlarla bağlılığı olan QHT-lərin əməllərini ifşa edib, bundan sonra da edəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər