23/01/2019 18:24
728 x 90

Karaqanda qətlindən sonra Ermənistan-Qazaxıstan münasibətlərinin gələcəyi – Ermənistanda antiqazax çağırışları başladı...

“Artıq o dərəcəyə çatdırıblar ki, qazaxlar ermənilərin ölkədən çıxarılmasını səsləndirirlər”

img

Məhəmməd Əsədullazadə: “Rəsmi İrəvan çalışır ki, proseslər Qazaxıstanın...”

 

Ermənilərin nankorluğu, xəyanəti, istənilən an zərbə vurmağa hazır olmaları tarixdən hər kəsə yaxşı məlumdur. Məsələ ondadır ki, uzun müddət yaşadıqları ölkələrdə bütün təminatları olsa da, onlara qarşı heç bir ayrıseçkiliyə yol verilməsə də, yenə də öz mənfur əməllərindən əl çəkmirlər. Aranı qarışdırmağa, arxadan zərbə vurmağa fürsət axtarırlar. Ən azı ortada Azərbaycan nümunəsi var. Bu cür faktlar hər zaman olub və sonuncu Karaqanda hadisələri göstərdi ki, illər keçsə də, erməni xisləti dəyişməz olaraq qalır və bundan sonra da belə olacaq.

Məlum olduğu kimi, yanvarın 1-də Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan "Drevniy Rim" restoranında cinayət hadisəsi baş verib. Belə ki, qeyd edilən iaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc, 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif bədən xəsarətləri alıb. Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrdə yayılıb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş erməni əsilli şəxslər həbs edilib.

Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub. Ancaq ermənilər özlərini günahkar hesab etmək əvəzinə, Qazaxıstanın ünvanına kəskin ifadələr, böhtanlar, çağırışlar səsləndirirlər. Hətta Ermənistanda Qazaxıstanla münasibətlərin kəsilməsinə dair çağırışlar səslənir. Artıq neçə gündür erməni mediası bu səpkidə materiallar çap etməkdədir. O da məlumdur ki, Qazaxıstanla Ermənistan həm KTMT-də, həm də Avrasiya İqtisadi İttifaqında təmsil olunurlar. Karaqanda hadisələri iki ölkənin sonrakı münasibətlərinə necə təsir göstərəcək?

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, iki ölkə münasibətləri üçün yaxşı heç nə vəd etmir: “Ermənilər dünyanın hər bir nöqtəsində daim kriminal işlərlə məşğul olublar. Onlar pul qazanmağı bu yolla həyata keçirirlər. Qazaxıstanda ermənilərin qazaxlara qarşı bu kimi cinayətləri ilk fakt deyil. Artıq o dərəcəyə çatdırıblar ki, qazaxlar ermənilərin ölkədən çıxarılmasını səsləndirirlər. Çünki təxribata, cinayətə meylli olan ermənilər daim Qazaxıstanda ictimai asayişi kobud şəkildə pozurlar. İnsanlara ağır bədən xəsarəti yetirirlər. Ermənistanda bu olaya görə Qazaxıstanla əlaqələrin kəsilməsinə dair çağırış təsadüfi deyil. Bu əsasən KTMT-də Qazaxıstanın Ermənistana qarşı siyasətinə bir cavabdır. Hesab edirəm ki, Ermənistan ictimai dairələri bununla guya Qazaxıstana öz etirazlarını bildirmək istəyirlər. Ümumiyyətlə, Ermənistanın işğalçı siyasəti daim Qazaxıstan tərəfindən ciddi tənqid olunub və bu ölkənin Ermənistana mənfi münasibəti məhz işğalçı siyasətindən qaynaqlanır. Qeyd edim ki, Qazaxıstan Ermənistanla əlaqələrin genişlənməsində maraqlı deyil. Bu, Ermənistan üçün daha vacib məsələdir. Ermənistan bu hadisəyə görə Qazaxıstanla münasibətləri korlamayacaq. Bununla əsasən KTMT-də olan incikliyini büruzə verir. Ona görə də rəsmi İrəvan çalışır ki, proseslər Qazaxıstanın sərt reaksiyası ilə üzləşməsinə gedib çıxmasın. Sadəcə, Ermənistan rəhbərliyi siyasi gediş edir. Sonda Qazaxıstan Ermənistanla əlaqələri kəsərsə, KTMT parçalana bilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər