26/03/2019 23:52
728 x 90

Ermənistanın elm ictimaiyyəti ciddi ittihamlarla ayağa qalxır…

“Ermənistandan emiqrasiya edənlərin sırasında elm adamları birinci yeri tutub”

img

Əpoş Vəliyev: “Ermənistanda hakimiyyət bir neçə aydır özünü formalaşdıra bilmirsə, batan elmi necə xilas edəcək?”

 

Ermənistanda elmin də acınacaqlı vəziyyətdə olması ilə bağlı həyəcan təbili çalınır. Ermənistanda yaşayıb fəaliyyət göstərən Qriqor Barseqyan adlı gənc elmlər doktorunun erməni KİV-lərində dərc olunan məqaləsində bildirilir ki, Paşinyan hakimiyyəti də elmi xilas etmək gücündə deyil.

Sitat: “Vəziyyət bundan əvvəlki qaydada davam edir. Paşinyandan əvvəlki hakimiyyət elmlə heç bir əlaqəsi olamayan adamları institutlara, akademiya sisteminə yerləşdirmişdi. Nəticədə onlar Ermənistanda elmi reanimasiyaya göndərdilər. Amma baş verənlərdən belə nəticə çıxarmaq olur ki, heç Paşinyan hakimiyyəti də reanimasiyada olan elmi diriltmək, hətta müalicə etmək gücündə deyil. Ən azı bu 8 ay ərzində belə cəhdləri görmürük. Mənim təqdim etdiyim islahatlar dünyanın ən aparıcı ölkələrində öyrənilib və tətbiq olunub. Amma Paşinyanın elmi tapşırdığı şəxslərlə görüşəndə onlar məndən “CV” tələb etdilər. Bütün bunlardan sonra belə nəticəyə gəlirəm ki,  Paşinyan hakimiyyəti elmdə islahat aparmaqda maraqlı deyil”.

Göründüyü kimi erməni alim elm sahəsində də vəziyyətin kritik həddə olduğunu dilə gətirir. Ermənistan elminin belə acınacaqlı duruma düşdüyünü nə ilə izah edə bilərik?

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev “Bakı-Xəbər”ə bidirdi ki, Ermənistanda elmlə bağlı belə siqnalın verilməsi təbiidir: “Əslində, bu acınacaqlı durum illər əvvəl yaranıb. Biz bunu araşdırmalarımız nəticəsində müəyyən edə bilirik. Eyni zamanda, beynəlxalq elmi konfranslarda Ermənistanın, demək olar ki, təmsil olunmaması həmin ölkədə elmin məhv olduğu  mənzərəsini yaradır. Bunun da başlıca səbəbi Ermənistanın  apardığı işğalçı siyasətlə bağlıdır. Bilirsiniz ki, həmin siyasət səbəbindən Ermənistan iqtisadi blokadaya düşüb. Bu da ölkənin vəziyyətini daha da ağırlaşdırıb. Onsuz da kasıb olan Ermənistanın vəziyyəti daha da pisləşib. Bəllidir ki, ölkədə inkşafı şərtləndirən amil dövlətin zənginliyidir. Ermənistan isə bundan məhrumdur. Bu da ölkə əhalisinin kütləvi şəkildə oranı tərk etməsi ilə nəticələnib. Ermənistandan emiqrasiya edənlərin sırasında elm adamları birinci yeri tutub. Ölkədə perspektiv görməyən nisbətən yaşlı nəslin elm adamları ölkəni tərk edib, dünyanın müxtəlif dövlətlərinə səpələniblər. Bu da yeni alimlərin yetişdirilməsinə ciddi maneə yaradan amilə çevrilib. Gənc alimlərin elmə gəlməsini isə həmin ölkədə heç nə stimullaşdırmır. Bu səbəbdən də elmə maraq çox zəifdir. Ciddi, fundamental elmi araşdırmaların aparılması üçün çoxlu maddi vəsait lazımdır ki, bunu da təmin etmək Ermənistanın imkanları xaricindədir. Göründüyü kimi, bu acınacaqlı vəziyyəti indi onların öz alimləri etiraf edirlər. Belə vəziyyətə düşən elmi inkişaf etdirmək üçün dövlətin qayğısı və dəstəyi lazımdır. Ermənistanda hakimiyyət bir neçə aydır özünü formalaşdıra bilmirsə, batan elmi necə xilas edəcək? Bəli, Paşinyanın verdiyi vədlər sırasında elmin inkişafı da var. Amma 8 aylıq idarəetmə göstərir ki, onların qarşısında daha ciddi problemlər var, elmə çatmalarına hələ çox var. Hesab edirəm ki, erməni alimin toxunduğu məqamlar reallığı əks etdirir. Bu nəticəyə gəlmək olar ki, yaxın illərdə elmdəki tənəzzül daha da dərinləşəcək. Çünki Ermənistanda heç bir sahədə inkişaf nəzərə çarpmır ki, onların köməyi ilə elm də xilas olunsun”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər