23/01/2019 18:33
728 x 90

Vidadi İsgəndərli ilə bağlı gənclər kütləvi petisiya imzalama hərəkatına başladı

Makron və Fransanın daha 9 səlahiyyətli şəxsi qarşısında tələb qoyuldu

img

Bir qrup fəal vətənpərvər gənc saxta yollarla "siyasi dissident” adına sahiblənmiş Vidadi İsgəndərli barədə Fransa dövləti və hakimiyyətinə tələb irəli sürüb, eləcə də petisiya hazırlayıb.

Gənclər Fransa prezidenti Emmanuel Makrona və daha 9 nəfər səlahiyyətliyə ünvanladıqları müraciətdə Vidadi İsgəndərlinin Azərbaycanda iğtişaş, terror, qeyri-sabitlik çağırışları etdiyi xatırladılır və Fransanın dövlət qurumlarından onun barəsində müvafiq ölçülərin götürülməsi tələb edilir.

Həmçinin bildirilir ki, bu şəxs ölkədə olarkən, bir sıra cinayət əməlləri törədib və heç bir siyasi proseslərdə iştirak etməyib.

Fransa hakimiyyəti və bu ölkənin müvafiq qurumları həmin ölkədə yaşayanın digər bir ölkədə qanunsuzluqlar törətmək çağırışlarına qarşı dərhal tədbirlər həyata keçirməlidir.

Petisiyaya qatılmaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

http://https://www.change.org/p/emmanuel-macron-nous-appellons-%C3%A0-mettre-fin-aux-appels-au-terrorisme-%C3%A0-partir-du-territoire-fran%C3%A7ais-45a1268e-62da-449b-bb88-b18d4acb2dfa?fbclid=IwAR0oqap-1NSx_VaSgc2uogk_Ws_OF7DUB8qRrtO10VHWlcP_UiJfHl7bZH

Son xəbərlər