11/12/2018 11:42
728 x 90

BMT rəsmisi Azərbaycanın insan hüquqlarının qorunması sahəsində çox fəal olduğunu dedi

img

Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır və BMT-nin İnsan Hüquqları Bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirir. Trend-in məlumatına görə, bunu "Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

Onun sözlərinə görə, Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir, insan haqlarına olan hörmətini nümayiş etdirir, bir çox beynəlxaq sazişlərə qoşulub: "BMT insan hüquqlarının qorunması sahəsində müntəzəm işlər görür. Bununla belə, bizim qət edəcəyimiz yolumuz hələ böyükdür. BMT insan hüquqlarının qorunması sahəsində hələ çox işlər görəcək. Bir çox insanlar hələ də öz hüquqlarının pozulmasından əziyyət çəkir".

İnsan hüquqlarının Azərbaycan Konstitususiyasında öz əksini tapdığını deyən Q.İshaqzai əlavə edib ki, dünyada vətəndaş cəmiyyətinin insan hüquqlarının qorunması ilə bağlı atacaqları addımlar getdikcə daralır: “Hər bir şəxsin hüquqlarının qorunması hamımızdan asılıdır. İnsan haqlarının müdafiəçiləri hələ də təqiblərə məruz qalırlar. Dayanıqlı inkişaf üçün yoxsulluğun aradan qaldırılması insan hüquqlarının yaxşılaşmasına yönəlmiş addımdır”.

BMT-nin nümayəndəsi bildirib ki, insanlar getdikcə dünyada baş verən dəyişikliklərdən, proseslərdən, qeyri-müəyyənliklərdən əziyyət çəkirlər: "İnsan hüquqlarının qorunması bu mənada çox vacibdir. Azərbaycan bu sahədə də uğurlar qazanıb, çox fəal şəkildə müntəzəm olaraq aidiyyəti qurumlara hesabatlar təqdim edir. Biz Azərbaycana bu istiqamətdə dəstək veririk".

Son xəbərlər