11/12/2018 11:45
728 x 90

Əli Hüseynli Zatulinin addımını Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdi adlandırdı

“Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur”

img

Uzun illərdir ki, Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin erməni lobbiçiliyə ilə məşğul olur. Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Zatilunun İrəvanda “Lazarev klub”unun iclasında Azərbaycana qarşı səsləndiridiyi fikirlərə münasibət bildirən komitə sədri deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir.

Ə.Hüseynli qeyd edib ki, son zamanlar Rusiya elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertlər Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu haqqında fikirlər söyləyiblər: “Lakin Zatulinin addımı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir. Azərbaycan-Rusiya münsaibətlərinə xələl gətirmək mümkün deyil. Zatulinin bu addımı Ermənistan-Rusiya arasında soyuq münasibətlərinə neqativ ruh verməkdən başqa bir şey deyil”.

“Lazarev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən komitə sədri vurğulayıb ki, Yerevanda keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil: “Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirir və bu addıma qarşı öz narazılığını ifadə edir. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur. O sıravı deputat olsa idi, bizi narahat etməzdi. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlament münasibətləri yüksələn xəttlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.

Son xəbərlər