11/12/2018 11:44
728 x 90

Fransada çevriliş təhlükəsi... Kəşfiyyat rəsmiləri Makrona xəbərdarlıq etdi - FOTO

“Bir neçə min gənc fəal Parisi dağıtmaq və öldürmək üçün paytaxta gələcək”

img

Fransada hökumətin bir neçə sahədə, o cümlədən yanacaq qiymətlərinin artırılması, təhsil sistemində dəyişikliklərə dair islahatlar paketi bir neçə həftədir ölkə boyu "sarı gödəkcəlilər" adı almış kütləvi etirazlara səbəb olub.

Baki-xeber.com xəbər verir ki, kütləvi aksiyalara görə, Fransa hakimiyyəti geri addım ataraq yanacağın qiymətinin artırılması barədə qərarının icrasını 6 aylığa dayandırmaq qərarına gəlib. Bu qərardan sonra isə qiymət artımlarının 2019-cu il üçün ləğv edildiyi açıqlanıb. Ancaq buna baxmayaraq ölkədə etirazlar səngimək bilmir. "Sarı gödəkcəlilər" şənbə günü bütün Fransa boyu aksiyalara hazırlaşırlar.

“Sarı gödəkçəlilər” hərəkatı həftə sonu bütün Fransa boyu dördüncü etiraz aksiyalarına hazırlaşır. Fransa hökuməti şənbə günü baş verəcək aksiyaların daha şiddətli olacağından ehtiyat edir. Hətta Fransa hakimiyyəti ölkədə çevriliş təhlükəsinin yarana biləcəyindən qorxur. Beləki Fransa mətbuatı, Prezident Sarayına istinadən, "sarı gödəkcəlilər"in şənbə gününə planlaşdırdığı aksiyalarda çevrilişə cəhd ediləcəyini iddia edir. Bildirilir ki, administrasiya, etirazçıların Yelisey Sarayını hədəf ala biləcəyi və və çevrilişə cəhd olunacağından ehtiyatlanır.

Adı açıqlanmayan hökumət rəsmilərindən biri isə deyib: “Böyük bir qarşıdurmadan qorxmamız üçün səbəblər var və bir neçə min gənc fəal Parisi dağıtmaq və öldürmək üçün gələcək”.

Fransız kəşfiyyatının məlumatına görə, bəzi nümayişçilər, şəhəri dağıtmaq və hətta ölüm hadisələrinə yol açmaq üçün paytaxta gələcəklər. Kəşfiyyat rəsmilərinin təhlükə barədə Yelisey Sarayına xəbərdarlıq etdiyi və silahlı etirazçıların millət vəkillərinə, hökumət üzvlərinə, prezident sarayına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etməyi və hətta öldürməyi planlaşdığına dair məlumat verdiyi bildirilir.

Baş nazir Eduard Filip isə şənbə günü bütün ölkə boyu təhlükəsizlik tədbirlərinin artırılacağını deyib. Bu məqsədlə paytaxta 65 min nəfərdən çox polis əməkdaşının cəlb olunması planlaşdırılır. Baş nazir, hökumətin toplaşmaq azadlığına həmişə hörmətlə yanaşdığını, lakin zorakılıq törədənlərin cəzalandırılacağını bildirib.

Fransa polisi, şənbə nümayişləri ilə əlaqədar Parisin məşhur Şanzelize prospektindəki mağaza və restoranların sahblərinə obyektərini bağlı saxlamağa çağırıb. Rəsmilər, ötən həftə yaşanan mağazaların yağmalanması, bəzi binaların yandırılması kimi hadisələrin yenidən təkrarlana biləcəyindən ehtiyatlanır.

Şanzelize prospektindəki muzey və teatr binaları da şənbə günü bağlı olacaq.

Bu arada, Fransa parlamentindəki üç solçu partiya Makron hökumətinə etimadsızlıq haqqında məsələni nəzərdən keçirmək barədə razılığa gəlib. BFMTV hökumətdəki mənbələrə istinadən xəbər verir ki, sosialistlər, kommunistlər və "Təslimolunmaz Fransa" partiyasının üzvləri sözügedən məsələni səsverməyə çıxarmaqla bağlı razılaşıblar.

Bütün bu hadisələrin fonunda prezident Emmanuel Makronun reytinqi kəskin şəkildə aşağı düşüb. Ən son rəy sorğularına görə fransızların 76%-i prezidentin fəaliyyətindən narazıdır. Baş nazirin fəaliyyətindən isə əhalinin cəmi 18%-i razıdır. Bir ay əvvəl isə bu göstərici 21 faiz idi. Ancaq "sarı gödəkcəlilər"in aksiyasından sonra Makronun reytinqi sürətlə aşağı düşməyə başlayıb.

TAHİR

Son xəbərlər