15/12/2018 16:13
728 x 90

Moskva Vaşinqtonu hədələdi – ABŞ raketlərinə ev sahibliyi edən ölkələri hədəf alacağıq

img

Rusiya prezidenti Vladimir Putin ABŞ “Qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə”dən çıxacağı halda ölkəsinin buna sərt cavab verəcəyini bəyan edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti, ABŞ-ın Moskvanın orta və yaxın mənzilli raketlərin ixtisarına dair fundamental müqaviləni pozduğuna dair bəyanatını rədd edib.

Rusiya lideri deyib ki, ABŞ razılaşmadan çıxmaq üçün bəhanə axtarır və Rusiyanın razılaşmanı pozduğunu iddia edir, ancaq ortaya heç bir dəlil qoya bilmirlər.

“ABŞ Konqresi müqavilədən sonrakı dövr üçün raketlərin hazırlanmasına maliyyə ayırıb, yəni qərar çoxdan səssizcə verilib. Ancaq bizim bunu bilmədiyimizi düşündülər. Pentaqonun büdcəsi ilə bu raketlər inkişaf etdirilir.

Digər addım isə bəzilərini günahlandırmaq lazım idi. Əlbəttə Qərb üçün ən sadə və bilinən günahkar Rusiyadır. Ancaq bu belə deyil, biz bu müqavilənin pozulmasına qarşıyıq. Əgər ABŞ razılaşmadan çıxarsa, buna qarşılıq vermək məcburiyyətində qalarıq" – Putin deyib.

Putin bildirib ki, ABŞ-ın müqavilədən çıxması o deməkdir ki, Vaşinqton bu silahlara malik olmalı olduğu və Moksvanın da eyni işi görəcəyi haqda nəticəyə gəlib.

Putin qeyd edib ki, Birləşmiş Ştatlar silahların ixtisarına dair soyuq müharibə dövründə əldə edilmiş mühüm müqavilədən çıxsa və silah istehsalına başlasa, Rusiya orta mənzilli nüvə silahlarının inkişaf etdirilməsinə başlayacaq.

Rusiya Baş qərargah rəisi Valeri Gerasimov isə bildirib ki, “Qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqavilə” ləğv ediləcəyi halda, Rusiyanın cavab tədbirləri Amerika torpaqlarını deyil, ABŞ-ın orta və qısa mənzilli raketlərinə ev sahibliyi edən ölkələri hədəf almaq olacaq.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo Brüsseldə bildirib ki, Rusiya şərtlərə əməl etməsə, Birləşmiş Ştatlar 60 gündən sonra müqavilədən altı ay müddətində çıxarılma prosesinə başlayacaq.

Pompeo Rusiyanı nüvə başlıqları daşımaq qabiliyyətinə malik olan orta mənzilli qanadlı raketlərdən ibarət “SSC-8 raketlərinin bir neçə batalyonunu” yerləşdirməkdə ittiham edib: “Birləşmiş Ştatların Rusiyanın pozuntularına cavab vermək qabiliyyətini məhdudlaşdıran bu müqavilədə qalmasının heç bir mənası yoxdur. Rusiya Avropada nüvə riskinin azaldılması trayektoriyasını dəyişib”

1987-ci ildə ABŞ-ın o zaman prezidenti olan Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanmış sözügedən müqavilə qısa müddət ərzində nüvə hücumu keçirmək qabiliyyətini azaldaraq, 500 və 5 min 500 kilometrlik məsafəni qət edə bilən bütün nüvə raketlərinin ixtisarını nəzərdə tutur.

NATO müttəfiqləri Avropada yeni silah yarışının başlana biləcəyindən ehtiyat edərək, ABŞ-ın müqavilədən çıxması ilə bağlı narahatlıqlarını bildirib. Lakin bununla belə, NATO müttəfiqləri Rusiyanın müqaviləni pozduğunu rəsmən elan etməyə razı olduqlarını bildirib və Moskvanı dərhal müqavilənin şərtlərinə əməl etməyə çağırıb.

Londonda Birgə Xidmətlər İnstitutunun beynəlxalq məsələlər üzrə direktoru Conatan Eval Pompeonun müttəfiqlərə işarəli bir mesaj verdiyini deyib. “Birləşmiş Ştatların müqavilədən çıxmasından şikayət etmək əvəzinə avropalılar Birləşmiş Ştatların nəyə görə müqavilədən çıxdığı məsələsinə vaxt ayırmalıdır” – deyə, o bildirib.

“Avropanın heç bir dövləti Amerikanın mövqeyinə qarşı olmayıb. Kəşfiyyat məlumatları Rusiyanın müqaviləni pozduğunu göstərir. Buna görə də mənim fikrimcə, Amerikanın arqumenti belə olmalıdır ki,`gəlin bir olaq və Moskvaya ciddi mesaj verək ki, əgər müqaviləni qorumaq istəyirsə, güzəştə getməlidir və ona riayət etməlidir”, Eyal “Amerikanın Səsi”nə bildirib.

Son xəbərlər