Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
15/12/2018 16:13
728 x 90

Zakir Həsənov cəbhəboyu zonada yerləşən tank hərbi hissəsinin açılışını etdi - FOTO/VIDEO

img

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti bır sıra hərbi təyinatlı obyektlərdə olub.

Nazirlikdən baki-xeber.com-a verilən məlumata görə, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən Müdafiə naziri burada yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirən general-polkovnik Z.Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar verib.

Sonda Müdafiə naziri tankçılarla birgə nahar edib.

Son xəbərlər