19/11/2018 18:27
728 x 90

Paşinyanın illər əvvəl yazdığı roman onun hazırki Qarabağ siyasətini alt-üst edir...

Elşən Həsənov: “Özü-özünü təkzib edən həmin romandakı fikirlərdə onun qabartdığı sülhpərvərlik səmimi deyil”

img

“Paşinyan həmin  fikirləri jurnalist kimi yazanda ağlına gəlməzdi ki, ondan yazdıqlarına dair siyasətçi kimi cavab vermək tələb olunacaq”

 

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın erməni portallarından birində dərc edilmiş  “Yerin tərs üzü” adlı avtobioqrafik romanında onun maraqlı etirafları üzə çıxıb. Paşinyan  romanında özünü dünyaya sülhsevər kimi göstərməyə çalışaraq hətta  müharibə olmaması naminə işğal altındakı torpaqlarımızın bir hissəsini qaytarmağa hazır olduqlarını da ifadə edir...

N.Paşinyanın  həyat yoldaşı  və uşaqları ilə birlikdə işğal altındakı Ağdamın xarabalıqlarında olan zaman yaşadığı təəssüratları nəzərinizə çatdırırıq:

“...Və mən Ağdamı xatırladım. Uşaqlarım dağıdılmış evlər arasında oyana-buyana qaçırdılar. Mən və arvadım isə bir təpədə durub şərqə tərəf baxırdıq. Bu, qeyri-adi bir hiss idi; biz sahibi və müdafiəçisi erməni əsgəri olan bir torpaq üzərində dayanmışıq. Və bu torpaq- düzdür, əsil düzənlikdir və buradan ucu-bucağı  görünmür. Mən burada öz eyniqanlı soydaşlarımın arasında dayanmışam. Burada erməni qanunları qüvvədədir. Bu, düzənlikdir və mənim baxışlarım Pamir dağlarına dirənir. Və mən bu müharibədə iştirak etmədiyim üçün utanıram. Həyat yoldaşım və mən eyni şeyi düşünürük, amma bunu yüksək səslə söyləməyə cəsarət etmirik. Sonda xanmım daha cəsarətli çıxır  və deyir:

- Bu torpaqları Azərbaycana necə qaytarmaq olar?..

Biz qəzetimizdə sərt xətt tərəfdarlarını tənqid edirik, şənbə və bazar günləri isə deyirik ki, düşmənə bir qarış da torpaq vermək olmaz. Bu nədir? Yalandır? Daha doğrusu, ürək və ağılın qarşıdurmasıdır. Ürək istəyir ki, düzənlik onun olsun, Pamir dağları mənim gözümün önündə uzansın.  Ağıl isə deyir: bir hissə üzündən bütövlüyü təhlükə altına atmaq olmaz. Və ən azı, bəyan etmək lazımdır, yüksək səslə bəyan etmək gərəkdir ki, bu çöllərə bizim ehtiyacımız yoxdur və biz bu torpaqları sülh naminə geri qaytarmağa hazırıq...”

Paşinyanın müəllifi olduğu romanda ziddiyyətli məqamların olduğu nəzərə çarpır. O, Qarabağın işğalı ilə nəticələnən müharibədə iştirak etmədiyinə görə utandığını deyir, sonra isə özünü sülsevər kimi göstərməyə cəhd edir.  Bildirir ki, onların işğal altında olan torpaqlara ehtiyacları yoxdu, həmin əraziləri sülh naminə geri qaytarmağa hazırdırlar. Hər halda biz yazıçı Paşinyanla, siyasətçi Paşinyan arasında da ciddi təzadlar görürük. Hazırda onun heç də sülhü yarada biləcək addım sayılan işğal edilən torpaqları qaytarmağa maraqlı olmadığı  nəzərə çarpır.Nikol Paşinyanın  düşüncə və davranışlarında ortaya çıxan kəskin  ziddiyyətləri necə izah etmək olar?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında belə amiləri Paşinyanın natamamlıq kompleksi ilə izah etdi: “Dedyiniz romandan olan hissələrlə mən də tanış oldum. Ədəbi baxımdan da, orda ziddiyyətlər nəzərə çarpır. Paşinyanın işğala haqq qazadırdığı və ya sülh istədiyi bəlli deyil.  Həmin fikirlərdə həm də   zərəli olan qondarma  Böyük Ermənistan xülaysı açıq ifadə olunur.  Yazır ki, burdan boş sahəyə baxıram gözümün önündə Pamir dağları canlanır. Bu o deməkdir ki, Paşinyanın zehniyyəti radikal erməni millətçisindən heç nə ilə fərqlənmir. Çünki istənilən milliyyətçi erməni Böyük Ermənistan xülyası ilə alışıb-yanır. Onların dənizdən-dənizə konsepsiyası ilə tanışam. Xəzrdən Qara dənizə kimi ərazilərdə Böyük Ermənistanı qurmağı hədəfləyirlər. İndi görünür ki, Paşinyan daha qatı düşünür və üznü əks tərəfə tutub Pamir dağlarına qədər ərazi iddiasında bulunur.  Bilirsinzi ki, o jurnalist olub. Yəni yazı-pozu adamı kimi heç vaxt ağlına gələ bilməzdi ki, nə vaxtsa ölkə başçısı seçilə bilər.  Təsadüfən belə bir uğura sahib olan şəxs kimi onun atdığı siaysi addımlarda da natamamlıq və ziddiyyət var.  Belə nəticəyə gəlmək olar ki, o, ümumiyyətlə tam yetkin şəxsiyyət kimi formalaşmayıb. Təbidir ki, özü-özünü təkzib edən həmin romandakı fikirlərdə onun qabartdığı sülhpərvərlik səmimi deyil. Əgər o, deyirsə ki, işğal edilmiş torpaqları sülh yaratmaq naminə qaytara bilərlər, buyursun sübut etsin. Onun əlinə bundan gözəl bir şans keçə bilməzdi ki. Paşinyan həmin  fikirləri jurnalist kimi yazanda ağlına gəlməzdi ki, ondan yazdıqlarına dair siyasətçi kimi cavab vermək tələb olunacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər