19/11/2018 16:16
728 x 90

Fəzail Ağamalı Qüdrət Şükürovun 10 milyon manatlıq hamamının pulunun dövlət büdcəsinə keçirilməsini təklif etdi

img

Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycandan maliyyə axınına nəzarətin gücləndirilməsini təklif edib. “Trend”in məlumatına görə, F.Ağamalı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı xəbərlər yayılır:

“Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi, sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın.

Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, həmin hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?"

Son xəbərlər