19/11/2018 16:12
728 x 90

Bolqarıstanlı nazir SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakını Azərbaycanla əməkdaşlığın dərinləşməsinin elementi adlandırdı

img

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstanın qazlaşdırılmasında mümkün iştirakı Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşməsinin elementidir. Trend-in məlumatına görə, bunu Sofiyada iqtisadi əməkdaşlıq üzrə Bolqarıstan-Azərbaycan hökumətlərarası komissiyasının beşinci iclasında Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib.

O bildirib ki, SOCAR-la “Bulqarqaz” arasında 2020-ci ildən başlayaraq ildə 1 milyard kubmetr qazın tədarükü barədə müqavilə enerji sahəsində prioritetlərimizin reallaşdırııması üçün böyük əhəmiyyət daşıyır.

Nazir qeyd edib ki, bu prioritetlər arasında Yunanıstanla interkonnektor (IGB) vacib rol oynayır və bu layihənin reallaşdırılması artıq həll olunmuş məsələdir.

Onun sözlərinə görə, IGB 2020-ci ildə istifayə veriləcək: “Azərbaycan qazı Bolqarıstanın qaz tələbatının 30 faizini təmin edəcək ki, bu da ölkənin enerji təhlükəsizliyini artıracaq. SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında mümkün iştirakı Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşməsinin elementidir”.

Son xəbərlər