19/11/2018 16:15
728 x 90

“Doğma dili mükəmməl bilmədən başqa dilləri öyrənmək mümkün deyil”

Aydın Quliyev: “Yeri gəldi-gəlmədi, bir-iki yad kəlməni işlədənlər necə böyük günah işlətdiklərinin fərqinə varmalıdırlar”

img

“Dilimizin saflığının və leksik-qrammatik normalarının qorunub saxlanması strateji əhəmiyyətlidir. Xalqın özunəxaslığının ən böyük əlamətidir. Eyni zamanda milli düşmənlərimizin tarix boyu əlimizdən almaq və bizi öz qan yaddaşımıza yadlaşdırmaq istədikləri hədədir”. Bunu SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu mənada “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və cəbhə bölgəsindəki fikirləri xalqımızın həm də sabahını düşmən qəsdlərindən və yad xalqlardan qorumaq addımıdır: “Prezident dilimizdə yad sözlərdən istifadənin nə qədər ziyanlı okduğuna diqqət cəkməklə həm qloballaşmanın imkanlarından milli inkişaf naminə bəhrələnməyin vacibliyini önə çəkir, həm dilimizin əvəzsiz bir dəyər olduğunu göstərir, həm də fərqinə varmadan dilimizə yad sözlər gətirənlərin çox ziyanlı nümunə yaratdıqlarını önə çəkir.

Qloballaşma prosesinin içində müasir milli insan olmağın müstəsna şərti ana dilinin saflığına və milli mənəvi dəyərlərə dönmədən bağlı olmaqdır. Dilimizi yad təsirlərdən qorumaq işinin təşkilatçısı və təminatçısı olaraq dövlət və şəxsən cənab Prezident zəruri addımları atır. Bu gün ən vacib vəzifə cəmiyyətimizin və tək-tək insanların bu işə daha fəal dəstək verməsi, həqiqətən dövlətin yanında yer almasıdır. Əgər dünyada məlum düşmənlər dilimizi hər vasitə ilə korlamağa və əlimizdən almağa çalışırlarsa, bu yolda milyonlar şərh etməyə hazır olurlarsa bizlərin sadəcə vətənpərvər olması və dilimizin özəlliklərindən zövq almağı bacarması yetər. Cənab Prezident hər kəsə əsl azərbaycanlı olmağın yolunu bir daha göstərdi.

Prezidentin fikirləri milli dəyərlərimizi hamılıqla qorumağa çağırışdır, dilimizlə bağlı düşmən planlar əleyhinə ayıq-sayıq olmaq tələbidir. Bir iki kəlmə yad sözlərini yeri gəldi gəlmədi işlədənlər xalqımıza qarşı necə böyük günah etdiklərinin fərqinə varmalıdır. Prezidentin bu məsələ üzərində belə həssas dayanmasının kökü budur. Qloballaşma eyni zamanda həm dilimizi sevərək mükəmməl bilməyi, həm də mümkün qədər əcnəbi dilləri öyrənməyi tələb edir. Ancaq bir-birinə qarışdırmadan, hamısını şikəst etmədən. Həm də doğma dili mükəmməl bilmədən başqa dilləri öyrənmək mümkün deyil. Prezident əslində hər kəsi öz dilimizi mükəmməl bilməyə və bu baza üzərində baçqa dilləri öyrənməyə yönəltdi”.

Son xəbərlər