17/12/2018 09:55
728 x 90

Aydın Quliyev:”Prezident İlham Əliyev rəsmi qurumların təqdim etdikləri hesabatlardan daha çox, apardığı şəxsi təhlillərə söykənir”

img

Prezident İlham Əliyev rəsmi qurumların təqdim etdikləri hesabatlardan daha çox, apardığı şəxsi təhlillərə söykənir.

Bunu “Trend”-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Prezident İlham Əliyev ölkəmizin son 9 aydakı inkişaf mənzərəsini dolğun əks etdirən rəqəmləri və analitik təhlil mülahizələrini növbəti dəfə ölkə ictimaiyyətinə və beynəlxalq müşahidəçilərə təqdim etdi: "Ən maraqlı cəhətlərdən biri odur ki, cənab Prezident rəsmi qurumların müşavirədən əvvəl ona təqdim etdikləri hesabat və faktlardan daha çox, Azərbaycanda bütün sahələrə aid apardığı şəxsi təhlillərə söykənir. Ölkənin gələcəyi ilə bağlı mümkün olan bütün risqləri qabaqcadan görmək, müsbət və mənfi təzahürləri nəzarətə götürmək üçün bu metod əvəzsizdir. Bu müşavirəni izləyən istənilən obyektiv şəxsin ilk təəssüratı budur ki, cənab Prezident öz ölkəsinin iqtisadi, sosial, demoqrafik sferasını, xarici siyasətini, malik olduğu potensialları işlək mexanizmə çevirməyin yollarını şəxsən bilir, bunun üzərində daimi olaraq işləyir. Regionumuzda və dünyada iqtisadi-siyasi xarakterli çətin proseslərin getdiyi indiki vaxtda cənab Prezidentin Azərbaycanın əldə etdiyi nəticələri inandırıcı şəkildə təqdim etməsi sonrakı mərhələlərdə də təsirli rol oynayan qiymətli mesajlardır. Müşavirədə aparılan müzakirələrin ən mühum nəticələrindən biri Azərbaycanın bütün istiqamətlər üzrə dönməz bir tərəqqi prosesinin içində olduğunun nümayiş etdirilməsidir. Azərbaycanın seçilmiş doğru yolla qətiyyətlə davam edəcəyinə daxildə və xaricdə inamın daha da möhkəmlənməsində cənab Prezidentin bu çıxışının böyük əhəmiyyəti var".

Ekspert qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə bağlı yenidən ifadə edilən prinsipial mövqe bundan sonrakı mərhələdə vasitəçilərin fəaliyyətinə və təcavüzkar Ermənistanın əsas xətdən yayınmaq taktikasına təsirsiz ötüşməyəcək: "Cənab Prezidentin hərbi texnika alınmasında indi artıq seçim etməyimiz barədə fikri Azərbaycan diplomatiyasının Ermənistanı üstələməkdə nə qədər böyük yol keçdiyini aydın nümayiş etdirir. Çıxışı diqqətlə izləyəndə bütün məsələlər barədə belə aydın mesajlar almaq mümkündür".

O vurğulayıb ki, dövlət başçısının ölkəmizin sosial-iqtisadi həyatındakı nöqsanlar və bürokratiya barədə açıq tənqidləri xüsusi diqqət çəkir: "Cənab Prezident bu istiqamətdə həm nələri etməyin vacibliyini göstərdi, həm də cəmiyyətimizin hətta ən kiçik narahatlığına səbəb ola biləcək məqamların vaxtında dövlət nəzarətinə alındığını nümayiş etdirdi. Azərbaycanın sabit inkişafının və dostlar, tərəfdaşlar qarşısında öhdəliklərinin qətiyyətlə davam etdiriləcəyinə daha möhkəm inam yaratmaqda müşavirənin rolu mühümdür".

Son xəbərlər