21/10/2018 08:30
728 x 90

Dünyanın fransızdilli ölkələri Ermənistanın blefini başa düşəndə Frankofoniyanı boykot edəcəklər

Aydın Quliyev: “Ermənistanın Frankofoniya adı altında özünü fransızdilli ölkələrin platformasına pərçimləmək cəhdi perspektivsizdir”

img

Ermənistanın Frankofoniya (Fransızdilli Ölkələrin Beynəlxalq Əməkdaşlıq Təşkilatı) adı altında özünü fransızdilli ölkələrin platformasına pərçimləmək cəhdi perspektivsizdir. Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, Ermənistan Frankofoniyaya dünyada özünün düşdüyü “izqoy” vəziyyətindən mümkün çıxış platforması kimi baxır: "Frankofoniya sammitini dünyaya şişirdərək təqdim etmək cəhdlərinin arxasındakı niyyət məhz budur. Fransızdilli ölkələrin yaxınlaşma prosesinin başında Ermənistanın getməsinin heç bir tarixi, humanitar, dil və mədəni əsasları yoxdur. Sadəcə, Ermənistan özünün əsassız ərazi iddiaları və tarixi müttəfiqlərini tez-tez dəyişən xəyanətkar dövlət imici ilə “izqoy” vəziyyətinə düşdüyünü yaxşı bilir, bu vəziyyətini ört-basdır etmək üçün yollar axtarır".

Ekspert qeyd edib ki, Ermənistan müxtəlif platformalar üzrə dövlətlərin əlahiddə inteqrasiya proseslərinin hamısından kənarda qalıb: "Azərbaycanın ağıllı diplomatiyası hesabına Avrasiya inteqrasiyasından tam kənardadır. Hələ V əsrdə separatçı dini tezislərin daşıyıcısı olduğu üçün mərkəzi xristian kilsəsindən qovulması səbəbindən bu gün dünya xristian kilsəsi ətrafında vahid inteqrasiya proseslərinə də qoşula bilmir. Faktdır ki, bu gün müsəlman ölkəsi olan Azərbaycan xristianlığın mərkəzi olan Vatikanla daha sıx münasibətdədir, nəinki xristian Ermənistan. Bu şəraitdə Ermənistanın Frankofoniya adı altında özünü fransızdilli ölkələrin platformasına pərçimləməkdən başqa yolu qalmır. Ancaq bu yol perspektivsizdir, indiyədək Fransanın dövlət başçılarından heç birinin bu tədbirdə iştirak etməməsi bunun göstəricisidir".

Baş redaktor bildirib ki, Ermənistan bütün mültikultural dəyərlərdən uzaqdır, bu ölkədə ermənilərdən başqa millətin nümayəndələri yaşamır, dinlər və millətlərarası tolerantlıqdan danışa bilməz: "Belə göstəricilərə malik ölkənin dünyaya tolerant və multikultural çağırışlar etməsi sadəcə absurddur. Nə vaxtsa fransızdilli ölkələr Ermənistanın öz üzərinə götürdüyü Frankofoniya missiyasının "blef" olduğunu anlayacaq, niyə bu hərəkatın önündə Ermənistanın getməsinin absurd olduğunun fərqinə varacaq və Ermənistandakı Frankofoniya tədbirini boykot edəcəklər".

Son xəbərlər