24/09/2018 08:26
728 x 90

Paşinyan böyük sirr açdı – “Danışıqlarda Azərbaycanın torpaqlarını qaytarmaq var...”

Ermənistan parlamenti Azərbaycana “müharibə elan etdi”

img

Ermənistanda mövcud vəziyyətin təhlili bu ölkədə Qarabağ məsələsinin siyasi mübarizədə hələ də istifadə edilən əsas vasitələrdən biri olduğunu təsdiq edir. Hər halda, Qarabağ məsələsinin yenidən Ermənistan parlamentində çəkişmə predmeti olması da qeyd edilənlərin real sübutu sayıla bilər.

Məlumatlara görə, Qarabağ məsələsində mübahisə bu dəfə Ermənistanın Respublika Parityasından olan deputat Armen Aşotyanla baş nazir Nikol Paşinyan arasında yaşanıb. Belə ki, Aşotyan parlamentdə çıxışı zamanı Paşinyanın son mitinqdə etdiyi çıxışa diqqəti yönəldib: “Siz son mitinqinizdə “Onlar əraziləri verməyə gəliblər. Mən bunu sənədlər əsasında bilirəm. Ona görə ki, kimin nə dediyini görürəm” ifadələrini işlətmisiniz. Mən məktub yazaraq sizdən xahiş etdim ki, danışıqların hansı mərhələsində belə bir şeyin olmasını dəqiqləşdirəsiniz. Siz dediniz ki, danışıqların məxfiliyini pozmaq haqqına sahib deyilsiniz. Mən Serj Sarkisyana müraciət etdim və öyrəndim ki, onun dönəmində danışıqlarda hər zaman əsas məsələ Qarabağın statusu məsələsi olub”.

Bundan sonra Paşinyan Aşotyanın ittihamlarına cavab verib: “Danışıqlar masasında heç vaxt Qarabağın statusunu zəmanət altına alacaq və dəqiq göstərəcək variant olmayıb. Siz bunu bilirsiniz. Son illər isə Qarabağın statusu daha çox kənara atılmağa başlanıb. Mən vərəsəliklə Qarabağın statusu haqqında heç bir şeyin olmadığı variantını əldə etmişəm. Bu variantda yalnız Azərbaycanın ərazilərini geri qaytarmaq yer alır. Bunu rəsmi şəkildə sizə deyirəm. Mən demirəm ki, bu sənəd imzalanıb”.
Erməni şərhçi Akop Badalyan isə yazır ki, Sarkisyan əslində ilkin mərhələdə 5 rayonun qaytarılması, bölgəyə sülhməramlıların yerləşdirilməsi, azad olunmuş ərazilərə azərbaycanlıların qayıdışını nəzərdə tutan sənədlə razılaşıb: “Sənəddə Qarabağa yalnız aralıq statusun verilməsi nəzərdə tutur, lakin bunun nə vaxt olacağı qeyri-müəyyən olaraq göstərilir”. O da vurğulanır ki, Sarkisyanın bu sənədə imza atması Ermənistanın yeni rəhbərliyinə əraziləri qaytarmaqdan başqa çıxış yolu qoymur. Paşinyan da bildirir ki, bu sənədlər ona keçmiş hakimiyyətdən miras qalıb. Digər tərəfdən, razılaşmanın əldə olunmasında vasitəçi olan Rusiya da İrəvana təzyiq edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Paşinyan hakimiyyətinə “keçmiş razılaşmalara sadiq qalın” çağırışı da bunun tərkib hissəsidir. İndi Paşinyanın iki yolu qalıb: ya razılaşmanın şərtlərini yerinə yetirməli, ya da Azərbaycan ordusu ilə qarşı-qarşıya gəlməlidir. Bu dəfə Rusiya da Ermənistanı müdafiə etməyəcək. Amma bütün bunları billə-bilə Ermənistan və onun indiki rəhbərliyi hələ də absurd siyasət yürütməkdə davam edir. Hər halda, Ermənistan parlamentinin özünün fövqəladə yığıncağında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərarına dair yayılan xəbərlər də bunu təsdiq edir.  Məlumatlara görə, bu qərar sentyabrın 11-də başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində çıxarılıb. Qərarda deyilir:

“Ermənistan hökumətinin sentyabrın 12-də “Müharibə elan edilməsinin dəstəklənməsi barədə” təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq və “Ermənistan Milli Məclisinin Nizamnaməsi”nin 105-ci bəndinə əsaslanaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır”.

“Şant-2018” hərbi təlimləri çərçivəsində Ermənistanda hərbi vəziyyət elan edilib, bildirilir ki, bu ümumdövlət təlimləri “planlı xarakter daşıyır” və dövlətin müdafiəyə hazırlığını, səfərbərlik orqanlarının və hərbi idarəetmə strukturlarınn təcavüz zamanı səfərbərlik hazırlığını yoxlamaq, bütün dövlət strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi imkanlarını yoxlamaq üçündür. “Şant” təlimləri Ermənistanda bundan əvvəl də keçirilirdi, amma bu təlimlər çərçivəsində parlamentin Azərbaycana müharibə elan etməsi barədə qərar çıxarması ilk dəfədir baş verir. Ekspertlər hesab edir ki, bununla İrəvan müharibəni körükləyir. Özü də bu müharibədə sarsıdıcı zərbə alacağını billə-bilə.

Digər təərfdən analitiklər bəyan edir ki, Paşinyan iqtidarının Qarabağ mövqeyi də savaşdan başqa yol qoymur. Qeyd edək ki, elə Ermənistan parlamentində son çıxışı zamanı da Paşiynan yenidən separatçı rejimin danışıqlarad tərəf kimi çıxış etməsində israrlı olduğunu bildirib. rbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev isə vurğulayır ki,  Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini məhv etməkdən ibarətdir. O, gücdən istifadə edərək, Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəfin Ermənistan olduğunu bildirib: "İşğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanı təsbit edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz". XİN rəsmisi deyib ki, N.Paşinyan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “dağlıq qarabağ xalqı” deyə müraciət etməsi tamamilə əsassızdır: "ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hazırda müzakirədə olan bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə, Ermənistan baş nazirinə sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadını artırmağı tövsiyə edirik". O deyib ki, bu kimi provokativ və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət tam şəkildə Ermənistan baş nazirinin üzərinə düşür.

Tahir TAĞIYEV

Son xəbərlər