20/11/2018 22:24
728 x 90

Azərbaycanın beynəlxalq arenada son uğurları və ATƏT-in ölkəmizlə münasibətlərdə yeni potensiallar axtarışı...

“Bu münasibətin formalaşmasının arxasında Azərbaycanın son zamanlar bütün sahələr üzrə həyata keçirdiyi uğurlu siyasət durur”

img

Aqşin Əliyev: “Bütün bu faktorlar ATƏT-in Azərbaycanla bağlı yeni marağının yaranmasına mühüm təsir edib”

 

ATƏT-in baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib ki, onlar ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirlər. Baş katib qeyd edib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".

T.Qreminger bildirib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır: "Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına, siyasi və hərbi məsələlərə mühüm töhfələr verir. Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur”.

Göründüyü kimi, ATƏT-in baş katibi səfərinin başlıca məqsədinin Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdan ibarət olduğunu qeyd edib. Azərbaycanın son vaxtlar dövlətlər arasında iqtisadi, siyasi, investisiya və sülhün möhkəmlənməsinə yönəlik intensiv fəaliyyəti ATƏT-in Azərbaycana bu yeni marağının yaranmasında necə rol oynayıb?

Ekspert Aqşin Əliyevin sözlərinə görə, ATƏT-lə Azərbaycan arasında əməkdaşlığın tarixi yeni deyil: “Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, ATƏT-lə də çox etibarlı şəkildə əməkdaşlıq qurub və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Bilirsiniz ki, ATƏT çoxprofilli fəaliyyət sahələrini əhatə edən bir təsisatdır. Bizim üçün bu qurumla əməkdaşlıq etməyin daha bir marağı və özəlliyi bundan ibarətdir ki, sözügedən qurum Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasını üzərinə götürüb. ATƏT-in eqidası altında fəaliyyət göstərən Minsk Qrupu lazım olan nəticəni əldə etməsə də, ölkəmiz həmin qurumla əməkdaşlığı davam etdirir. ATƏT baş katibinin açıqlamasından görünür ki, onlar gələcək əməkdaşlıqda ciddi potensial görürlər. Təbii ki, bu münasibətin formalaşmasının arxasında Azərbaycanın son zamanlar bütün sahələr üzrə həyata keçirdiyi uğurlu siyasət durur.  Biz ATƏT məkanında münaqişələrin həllində ATƏT-in məsuliyyətinin prioritet kimi saxlanmasının tərəfdarıyıq. Bu gün dinamik inkişaf edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Ölkəmizin birbaşa və fəal iştirakı ilə reallaşan qlobal miqyaslı neft və qaz kəmərləri, Şərqlə Qərbi birləşdirən dəmir yolu xəttinin istifadəyə verilməsi bu fikirlərin əyani sübutudur. ATƏT PA-da Azərbaycanın təşəbbüsü ilə İpək Yoluna dəstək qrupu yaradılıb. Bu mövzuda keçirilən konfrans Avropa ölkələrinin adıçəkilən məsələyə marağının əyani göstəricisidir. Təbii ki, bütün bu faktorlar ATƏT-in Azərbaycanla bağlı yeni marağının yaranmasına mühüm təsir edib”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər