16/11/2018 22:49
728 x 90

Prezident İlham Əliyev ATƏT-in baş katibi ilə görüşdə Paşinyanı siyasi cəhətdən ən zəif yerlərindən vurdu

img

Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edərkən Ermənistanda demokratiya və insan haqlarının indiki durumunun müzakirə mövzusuna çevirməsi taktiki və strateji əhəmiyyətə malikdir. Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Azərbaycan Prezidentinin Ermənistanda siyasi rəqiblərin təqib olunması, insan haqlarının pozulması, konstitusiya normalarının manipulyasiya edilməsi faktlarına diqqət yetirilməsinin vacibliyi barədə baş katibə etdiyi müraciət heç bir halda təsirsiz qalmayacaq: "Məlumdur ki, Ermənistanın yeni rəhbərliyi ölkədəki proseslərin guya demokratik normalara uyğunluğunu Qərb dünyasına qəbul etdirmək üçün var gücü ilə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan Qərb məkanında öz manevr imkanlarını genişləndirmək üçün belə taktika seçib. O, birbaşa demokratiya imitasiyasını həm siyasi rəqiblərinə qarşı yönəltmək, həm də Qərblə daha sıx inteqrasiya silahına çevirmək istəyir. “Mən demokratiya qururam” şüarı altında Qərblə daha da yaxınlaşmaq onun əsas hədəfidir. Bu mənada, ATƏT-in baş katibi qarşısında Azərbaycanın “Ermənistanda antidemokratiya” demarşı Paşinyanın Qərbə yaxınlaşmaq üçün istifadə etdiyi əsas silaha vurulan zərbə kimi diqqəti cəlb edir. İndiki Ermənistan rəhbərliyi ölkədəki vəziyyətin demokratiyaya əks proseslər kimi qiymətləndirilməsini və mötəbər beynəlxalq tribunalarda müzakirə edilməsini qətiyyən istəmir. Bu mənada Prezident İlham Əliyevin ATƏT rəhbərliyinə etdiyi müraciətlər Ermənistan baş nazirinə “ən zəif yerlərə zərbə” effektinə malikdir".

Baş redaktor qeyd edib ki, Ermənistanda demokratiya imitasiyasının və Qarabağ münaqişəsinə dair ziddiyyətli bəyanatların ifşası N.Paşinyanın siyasi cəhətdən ən zəif yerləridir və Azərbaycan diplomatiyası da bu zərbə üçün zamanı düzgün seçməsi ilə diqqəti cəlb edir: "Zamanın münasibliyi ondadır ki, Ermənistanda insan haqlarının ağır durumunun beynəlxalq tribunalara daşınma prosesi artıq başlayıb, AŞ PA-nın müvafiq komitəsi Ermənistanın monitorinq altına alınmasına qərar verib. Azərbaycan Prezidenti başlanmış prosesə yeni vüsət verməklə əslində Qarabağ müharibəsində Azərbaycanın mövqelərini gücləndirən əhəmiyyətli diplomatik gediş etdi".

Son xəbərlər