21/11/2018 06:38
728 x 90

Erməni kəşfiyyat rəhbərlərinin səs yazısında şok fakt – ordu oliqarxların əmlakını qoruyurmuş...

“Erməni ordusunun fundamental əsası işğal hadisələri, təcavüzkarlıq, yağmalamaq, qarətlər, soyqırımı ilə qoyulub”

img

Zahid Oruc: “Erməni ordusunun pul müqabilində oliqarxların sifarişini yerinə yetirməsi, onların siyasi ambisiya və mülklərinin qoruyucusuna çevrilməsi elə də təəccüblü görünmür”

 

Ermənistanda siyasi mübarizə artıq kompromat savaşı stadiyasına qədəm qoyub. Münaqişə tərəfləri bir-birini əllərində olan səs yazıları və digər kompromat materialları ilə şantaj etməyə üstünlük verirlər. Belə bir sensasion məlumatla keçirdiyi mətbuat konfransında Ermənistanın Xüsusi İstinaq Xidmətinin rəhbəri Sasun Xaçatryan çıxış edib.

Qeyd edək ki, bu günlərdə internetdə yayılan və böyük qalmaqala səbəb olan səs yazısında danışığı aparanlardan biri məhz Sasun Xaçatryan olub. Həmin şəxs 2008-ci il hadisələrində Ermənistan ordusunun səlahiyyətinə aid olmayan işlərlə məşğul olduğunu konkret faktlarla sübut edib: “Ordu birləşmələri onlara eyvandan atılan yandırıcı maddələrə cavab vermək məcburiyyətində qalıb, yaşayış binalarına tərəf atəş açdı. Leo küçəsində konkret ünvanlar var ki, hərbçilər ora atəş açıb. 0038 saylı gizli əmrdən sonra İrəvana müxtəlif regionlardan hərbi hissələr cəmləşməyə başladı. Ən dəhşətlisi isə ordunun müzdluya çevrilməsi anı oldu. Varlı oliqarxlar 23 fevraldan 8 marta kimi hərbçilərə pul ödəyirdilər ki, bunun müqabilində onların əmlakı və siyasi ambisiyaları qorunsun”.

Ermənistan ordusunun səlahiyyətlərinə aid olmayan çirkli işlərlə məşğul olması rəsmi şəxsin dilindən eşidilirsə, onda həmin orduya hansı adı vermək olar?

Millət vəkili Zahid Orucun sözlərinə görə, Ermənistanda heç vaxt nümunəvi ordu ola bilməz: “İstənilən ordunun gərək ki, fundamental əsasları möhkəm olsun. Gəlin Ermənistan ordusunun nəyin bazasında yarandığına fikir verək. Erməni ordusunun fundamental əsası işğal hadisələri, təcavüzkarlıq, yağmalamaq, qarətlər, soyqırımı və s. ilə qoyulub. Həmçinin, texnologiyadan əvvəl psixoloji məqam da diqqətə alınmalıdır. Hərbi siyasət elə quruldu ki, ordunun əsgərinə, zabitinə mübarizə təşviq edildi, bunun əsasında təşəbbüslər göstərildi. Səhra komandirləri isə sonradan erməni analarının balalarını "yeməyə” başladılar. Beləliklə, Ermənistan ordusu öz millətinə qarşı təhlükə mənbəyinə çevrildi.

Sabiq prezident Serj Sarkisyanın ağlına, şüuruna, qərarlarına bağlı olaraq, yaradılan sistem sökülüb, təzədən yığılmalıdır. İş o yerə çatıb ki, Seyran Ohanyandan sonra Sarkisyan prezident administrasiyasının rəhbərini ordunun başına qoydu. Çünki burada itaətsizlik hallarının, üsyanın baş verə biləcəyini istisna etmirdi. Ordu mülki əhalidən fərqlidir, silaha malikdir, tank və topları idarə edir. Keçmiş prezident özünü əhaliyə qəhrəman kimi sırımağa çalışsa da, generallar əsgərlərə əziyyət verdiyindən, qarşıdurmalar qaçılmaz idi. Bu baxımdan da belə ordudan nə desən gözləmək olar. 2008-ci ildə bu ordunun  pul müqabilində oliqarxların sifarişini yerinə yetirməsi, onların siyasi ambisiya və mülklərinin qoruyucusuna çevrilməsi elə də təəccüblü görünmür. Çünki həmin ordunun kökü sapıqdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər