25/09/2018 05:55
728 x 90

Paşinyan 7 rayon məsələsini Ermənistanın təcavüzkarlığını ifşa edən formada cavablandırdı...

“Paşinyanın cəbhədəki vəziyyətlə bağlı arxayınlığı onun bu cür real əsaslara söykənməyən bəyanatlar səsləndirməsinə gətirib çıxarır”

img

Məhəmməd Əsədullazadə: “Onun nə deməsindən asılı olmayaraq, geosiyasi şərtlər Azərbaycanın lehinədir və istənilən situasiyada ordumuz işğalçıları ərazilərimizdən təmizləyəcək”

 

Bu günlərdə Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan yenə də siyasətdən kənar sərsəm bəyanatları ilə yadda qalıb. Görünən odur ki, hazırki Ermənistanın hakimiyyət dairələri Dağlıq Qarabağ məsələsi üzərində ənənəvi siyasi manipulyasiyaını davam etdirməkdədir.

İndi də işğalçı ölkədə hakimiyyəti qəsb etmiş yeni baş nazir Paşinyan sözügedən ənənəyə sadiqlik nümayiş etdirməkdədir. Belə ki, yeni baş nazir indiyə qədər münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların mahiyyətindən yayınaraq mövcud status-kvonu saxlamağa çalışır. Elə bu səbəbdən də heç bir əsası olmayan, bu vaxta qədər aparılan danışıqlar formatında qəbul edilməyən iddialarla çıxış edir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə bildirmişdi ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, "DQR"in “parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğu; onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürmüşdü. Bu dəfə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya səfəri zamanı Qarabağla bağlı düşünülməmiş bəyanat verib. Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi gördüyünü bəyan edən Paşinyan, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcəklərini bildirib.

Bununla belə, Paşinyan Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində daha həyasız açıqlamalarla çıxış edib.

“Elə məsələlər var ki, Ermənistandan asılıdır. Mən hətta Ermənistan tərəfindən Azərbaycan ərazisi olduğu etiraf edilən yeddi rayon haqda danışıram. Onların qaytarılması haqda söhbət çoxdan gedir, lakin prosesdə irəliləyiş yoxdur”- “Kommersant”ın əməkdaşı Vladimir Solovyov deyib. Paşinyan isə deyib ki, həmin rayonlar “Dağlıq Qarabağın ərazisidir”. “Hazırda Dağlıq Qarabağın konstitusiyası var. Konstitusiyaya görə həmin ərazilər Dağlıq Qarabağın tərkib hissəsidir” - o bildirib.

Paşinyanın məqsədyönlü şəkildə danışıqlar prosesini pozması və bu cür sərsəm açıqlamalarla çıxış etməsu nə deməkdir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyanın bu cür yanaşması birbaşa Qarabağ konfliktinin həllindən yayınmaq kimi qiymətləndirilməlidir: “Onda da diplomatiyanın sona çatmasına və silahların işə düşməsinə zəmin yaranır. Hesab edirəm ki, Paşinyanın məlum açıqlamasına Azərbayacan bir müddətdən sonra təzyiqlə cavab verməlidir. Çünki erməni baş nazirinin cəbhədəki vəziyyətlə bağlı arxayınlığı onun bu cür real əsaslara söykənməyən bəyanatlar səsləndirməsinə gətirib çıxarır. Ermənistan, fakitiki olaraq, Azərbaycanın 20 faiz ərazilərini işğal edib və bu torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Qeyd edim ki, Dağlıq Qarabağ heç vaxt müstəqil subyekt omayacaq və mütləq şəkildə ərazi bütövlüyü çərçivəsində münaqişə həll ediləcək. Paşinyanın nə deməsindən asılı olmayaraq, geosiyasi şərtlər Azərbaycanın lehinədir və istənilən situasiyada ordumuz işğalçıları ərazilərimizdən təmizləyəcək. Bu gün onun verdiyi sərsəm bəyanatlar yalnız erməni auditoriyasına hesablanıb. Bu gün 7 rayonun Azərbaycana qaytarılması və Qarabağa aralıq statusun verilməsi gündəmdədir. Bundan sonra da danışıqlar bu formatda aparılacaq. Hesab edirəm ki, Azərbaycan Minsk Qrupu həmsədri olan ölkələrə Paşinyanın bu kimi bəyanatlarına görə müraciət etməlidir. Müraciətdən sonra hərbi təzyiqləri işə salmalıdır. Qeyd edim ki, Ermənistan özü Qarabağı müstəqil subyekt kimi tanımır. Separatçı qurumun “konstitusiyası” kağız parçasıdır və Xankəndindəki terrorçu qrup birbaşa İrəvana tabedir”.

Vidadi ORDAHALLI

Son xəbərlər