19/11/2018 07:48
728 x 90

Paşinyan Putinlə uğursuz görüşdən sonra Rusiyanı şantaj cəhdlərini bir az da artıracaq

Aydın Quliyev: “Ziddiyyətləri görmək üçün onun apreldən indiyə qədərki bəzi bəyanatlarını sadalamaq kifayətdir”

img

Ermənistanın baş naziri Nikol Paşinyan RF Prezidenti Vladimir Putinlə uğursuz görüşdən sonra Rusiyanı şantaj cəhdlərini bir az da artıracaq. Bunu Trend-ə açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, N.Paşinyanın Qarabağ diplomatiyası formaca avantürist düşüncənin məhsulu olan rabitəsiz və ziddiyyətli fikirlərə oxşayır: "Ziddiyyətləri görmək üçün onun apreldən indiyə qədərki bəzi bəyanatlarını sadalamaq kifayətdir. Paşinyan hakimiyyətə gələn kimi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda tərəf kimi iştirakı şərtini səsləndirdi. Azərbaycanın buna kəskin reaksiyasını görəndə Prezident Əliyevlə danışıqlara hazır olduğunu bildirdi. Bu gunlərdə Moskvada verdiyi müsahibədə isə qondarma rejimin adından danışmaq səlahiyyətinə malik olmadığını deməklə əvvəlki mövqeyinə qayıtdı. Qondarma rejimin adından danışmaq səlahiyyətinə malik olmayan şəxsin Azərbaycan Prezidenti ilə danışıqlara hazır olduğunu deməsi məntiqsizlikdir".

Ekspertin sözlərinə görə, N.Paşinyan bir tərəfdən, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi danışıqlarda müstəqil tərəf kimi qəbul etdirmək istəyir, digər tərəfdən, Moskvada "Qarabağı Ermənistanın tərkibində təsəvvür edirəm" kimi fikir işlədir: "Moskvaya ilk səfərində Qarabağın tarixən guya heç vaxt Azərbaycanın tərkibində olmadığını demişdi. İndiki səfəri zamanı isə Qarabağın ətrafındakı 7 rayonun taleyi barədə suala "onlar qondarma rejimə birləşdirilib" kimi yenə absurd cavab verdi. Bunlar təsadüf deyil. Paşinyan ziddiyyətli bəyanatların təsiri altında müharibə variantını yetişdirməklə əslində Rusiyanı şantaj etməyə çalışır. Putinlə uğursuz görüşdən sonra Paşinyanın Rusiyanı şantaj cəhdləri bir az da artacaq. Məlumdur ki, hazırda bölgəmizin müharibələrdə ən maraqsız dövlətlərindən biri Rusiyadır".

Baş redaktor bildirib ki, N.Paşinyan Rusiyanı santaj etməklə özünün Qərbyönümlü siyasəti yolundakı ən böyük maneəni neytrallaşdırmaq istəyir: "Bu onun uzaq strateji hədəfidir. Ancaq yanılır. Regionun qüvvələr nisbətində müharibə əleyhdarlarının çox güclü olduğunu görmək lazımdır. Bunlar, ən azı Rusiya, İran, Azərbaycan, Türkmənistan, Qazaxıstan və Gürcüstandır. Bu faktorlar Paşinyanın Qərbyönümlü siyasət kursu və onun üstündə qurduğu avantüraların öncədən uğursuzluğa məhkum olduğunu göstərir. Bu avantüraya uymamaq Rusiyanın planlarında Azərbaycanın strateji müttəfiq statusunun güclənməsinə əsaslı təsir göstərən amildir".

Son xəbərlər